07:43 / 22-10-2025
Çin eyni anda 15 947 dron qaldırıb - Video
07:34 / 22-10-2025
NASA Maskın şirkətindən imtina edə bilər
07:16 / 22-10-2025
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
00:11 / 22-10-2025
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
23:44 / 21-10-2025
Əli Əsədov Gürcüstana səfər edib
23:39 / 21-10-2025
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
23:28 / 21-10-2025
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
14:55 / 21-10-2025
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
14:50 / 21-10-2025
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
14:40 / 21-10-2025
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
14:12 / 21-10-2025
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
14:08 / 21-10-2025
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
12:11 / 17-10-2025

12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

13:12 / 21-10-2025

Biz yazmasaq... - Əliqismət Lalayev yazır
Tarix: 21-01-2023 22:28 | Bölmə: Mədəniyyət

Əliqismət Lalayev
Mehriban Ələkbərzadəyə məktub
Son vaxtlar teatr məkanımızda yaranan tamaşalar haqqında o qədər qarışıq fikirlər səslənir ki, nəyin yaxşı, nəyin pis olması barədə fikir söyləmək belə çətinləşir. İndi hətta yaxşı olmayan hansısa bir işi, hansısa “zərurətdən” irəli gələrək dağ başına qaldırırlar. Haqqında saatlarla danışıla biləcək, maraq doğuran başqa bir sənət nümunəsini isə az qala daşdan-daşa vurub paramparça edirlər. Belə bir fikir burulğanı içərisində imzasına hörmət bəsləyənlər isə kənarda dayanır və ya sadəcə, “boş ver” deyərək, öz fikirlərini özləri ilə müzakirə etməkdən savayı bir çarələri qalmır.
Bütün bunlara rəğmən bu da bir həqiqətdir ki, ölkənin teatr aləmində çoxlu yeniliklər var. Hansısa tamaşada bir aktyorun gözəl bir rolu haqlı olaraq teatr tarixinə düşəcək qədər dəyərləndirilir. Hansısa tamaşanın musiqi tərtibatı haqqında ürəkdən tikan çıxaracaq qədər gözəl sözlər deyilir. Hansısa bir tamaşada əsərin bədii tərtibatı təqdim olunan işə öz möhürünü vurur. Amma gəlin etiraf edək ki, tamaşanı ərsəyə gətirən rejissor haqqında hər zaman belə gözəl təəssuratla danışa bilmirik. Görməzdən gəlirik? Ya arzu etdiyimiz və görmək istədiyimiz elə bir mükəmməl rejissor işi həqiqətən yoxdur?

Mehriban Ələkbərzadə
Əziz Mehriban xanım, nəyin pis, nəyin yaxşı olduğu ayırd edilməyən bir vaxtda bu məktubumun özü bəlkə də sizə qəribə gələcək. Amma mən bu məktubu mütləq yazmalıydım. Belə bir deyim var ki, “əgər sən bunu yazmaya bilərsənsə, yazma”. Mən isə bunu yazmaya bilmədim.
Onu da qeyd edim ki, mən bu məktubumda “modern leksikon” tərzindən istifadə edib kimlərdənsə sitat gətirməyəcəm. Çünki mən Məşədi İbad demişkən, “Tarixi-Nadiri” yarıya qədər oxusam da, bəzən elə yazılardan özüm də baş aça bilmirəm. Ona görə də bu yazını elə bizim dildə - tam anamın dilində yazmağı qərara aldım ki, bütün teatr cameəsi oxuyaraq, deyilənlərdən bir mətləb anlaya bilsin.
Ötən il dekabrın ortalarında stolumun üstünə qoyulmuş “Kod adı “V.X.A” tamaşasının proqramı artıq məndə ən azından peşəkar bir tamaşaçı kimi böyük maraq yaratdı. Proqramdakı sizin ön sözünüzdən başlayaraq, burada qeyd olunan hər bir sətir – prosesin yaradıcı qrupu, mühakimə edilənlər, hətta prosesdə çalışanlara qədər, bütünlüklə gördüyüm hər bir təqdimat artıq bu tamaşanın fərqli olacağından xəbər verirdi və sizin söz verdiyiniz kimi, “ən dəhşətli zamanda ləyaqətini qorumağın nümunəsi” olan bu tamaşaya baxmağa maraq yarandı məndə. Bəlkə də, tamaşaçı üçün daha maraqlısı o idi ki, davamiyyət birinci hissə - 2 saat, ikinci hissə - 2 saat qeyd olunmuşdu proqramda. Azərbaycan teatrında görmədiyimiz bir fakt. Bütün bunlar barədə niyə bu qədər ətraflı danışıram? Ona görə ki, bu tamaşada teatr, proqramı tamaşaçıya təqdim etdiyi vaxtdan onunla ünsiyyətə girə bilir. Və 4 saat ərzində tariximizin qara ləkəsi sayılan 37-ci il hadisələrinin bu qədər realist bir formada təqdimatına, səhnədə baş verən dəhşətlərin arasında səbrini sıxaraq gözünün qarşısındakı olaylara bir seyirçi marağı ilə baxmağın özü də insandan son dərəcə hövsələli olmağı tələb edir.

Görüntüləri təkcə səhnədən izləsək də, baş verənlərin mərkəzində dayanmış kimi qəhrəmanlarla birgə o faciələri yaşayaraq sən də hadisələrin içində olursan. Ruhən, bütün əhvalınla o qəhrəmanların arasında hiss edirsən özünü. Sizin proqramda təqdim etdiyiniz bəlli məkanda, bəlli insanlarla yaşanan, özünüzün dediyiniz kimi, tamamən sənədli faktlara söykənmiş və bədiiləşmiş bu həyat hekayəti bəzən insanın əsəblərini o qədər tarıma çəkir ki, hətta rejissora “Dayan, dur!” demək istəyirsən. Səhnədə 1937-ci ilin qurbanı olan yetmişə yaxın personajın (mən hər iki cəbhənin iştirakçılarını tarixin qurbanları siyahısına daxil edirəm) hər birinin eyni zamanda, eyni dəqiqədə, hətta eyni anda rejissorun tapşırdığı vəziyyətə uyğun hərəkətdə olması, səhnənin nəbzinin daima, bir an belə fasilə vermədən vurması ancaq Mehriban Ələkbərzadə kimi bir rejissorun özünü ifadə etmək bacarığından irəli gələ bilər. Mən bu səhnələrin hər birində sizin hadisələrə münasibətinizi, beyninizi neçə illərdir məşğul edən bu mövzuya qarşı bir vətəndaş mövqeyinizi, səhnəyə gətirdiyiniz qadınların acı taleyini öz daxilindən keçirmək bacarığınızı, hətta bu insanlara o dəhşətləri yaşadan surətlərə qarşı, elə o qədər də dəhşətli intiqam hissinizi oxudum. Səhnə tərtibatında (rəssam Mustafa Mustafayev), musiqidə (bəstəkar Azər Hacıəsgərli), montaj və qrafika işində (Benyamin Sayılov), aktyor oyununun plastik həllində (Ceyhun Dadaşov) - duyduğum hər bir fikirdə Mehriban Ələkbərzadəni gördüm.
Şükriyyə Axundzadə (Kəmalə Müzəffər), Ceyran Bayramova (Leyli Vəliyeva), Umgülsüm Sadıxzadə (Qəmər Məmmədova), Xavər Qarayeva (Şəfəq Əliyeva), Dilbər Axundzadə (Aygün Fətullayeva)... bu xanımların hər biri elə bir tale yaşayıblar ki, onları olduğu kimi tamaşaçıya təqdim etmək hər kəsin biliyi və bacarığı daxilində deyil, bunu ancaq Mehriban Ələkbərzadə edə bilərdi və etdi. Həyatda göyərçin qədər çox zərif, teatrdakı Leyli rolundan sevdiyim Asya Atakişiyeva belə Tamara Hüseynovanın obrazında qüvvətli, əzablara dözməyi bacaran bir qızcığaz obrazını gözümüzdə o qədər böyütdü ki, aktyorla rejissorun işi deyərkən mən tamaşanın bu tərəflərini düşündüm. Mən tamaşada iştirak edən bütün xanımlara öz sevgi və sayqımı bildirərək onların hamısının böyük zəhmətin nəticəsi olan işindən zövq aldığımı bildirirəm. Sadəcə bir yazıda 70-ə yaxın aktyorun adını çəkmək mümkün deyil. Mən uzun illər yaradıcılığını izlədiyim Yasin Qarayevin, Şövqi Hüseynovun, Elnur Kərimovun təbii və emosional oyunlarına böyük dəyər verdiyimi bildirir və bütün iştirakçılar arasında ayrıca olaraq heç kəsi fərqləndirməyi bacarmıram. Çünki səhnədə sözün həqiqi mənasında işləyən (!) aktyorların hər çıxışında, hər danışığında, hər baxışında, tərəf müqabilinə hər bir münasibətində mən Mehriban Ələkbərzadəni gördüm. Hadisələrə rejissor müdaxiləsi o qədər güclüdür ki, baş verən hər səhnənin arxasında müəllif-rejissorun obrazı aydın görünür. Budur rejissorun böyüklüyü!

Səhnədə baş verənlərdə tamaşanın ali məqsədinə doğru atılan hər bir addım səni məşğul edir, düşündürür. Və bir də beynindən o keçir ki, bu qədər çevik və heyranedici fantaziya dramaturqun və rejissorun bir şəxsdə birləşməsinin təzahürüdürmü? Yoxsa yaradıcı insanın mövzuya sonsuza qədər bələd olması? Etiraf edək, Mehriban Ələkbərzadənin təkcə öz sənətinin deyil, müraciət etdiyi mövzunun da alt qatlarına qədər gedib çıxa bilməsi böyük və başqalarında olmasını da arzu etdiyimiz fərqli bir keyfiyyət, peşəkarlıq nümunəsidir.
Şükriyyənin (Kəmalə Müzəffər) bu günə qədər bəlkə də, bir əfsanə sandığımız böyük sevgiyə söykənən bir hərəkəti (yəqin ki, tamaşaya baxanlar həmin səhnəni mənim kimi uzun müddət unutmayacaqlar) tamaşaçı zalını necə silkələdisə, kimsə qəzəbini göz yaşına çevirə bildi, kimsə gördüyündən bir şok yaşadı! Bütün bunların arxasında görünən isə tamaşanın müəllifi idi – dramaturq və quruluşçu rejissor Mehriban Ələkbərzadə. Tamaşanın tərtibatında unudulmayan səhnələrin işlənməsi – susuz, soyuq, dəhşət doğuran sonsuz Qazaxıstan çöllərinə ağrı çəkə-çəkə gedən vaqon (səhnədə biz yalnız bir vaqon görsək də işıq və səs effektləri ilə elə təəssurat yaranır ki, bu vaqon 1937-ci ildə insanları ölümə sürüyüb aparan elə sonsuz bir qatardır), sonradan onun baraklara çevrilməsi, acı taleləri ilə barışıb insanı insanlıqdan çıxaracaq qədər ağır işlərə sürüklənən qadınların bütün tamaşa boyu baş verənlərdə bir ailə, bir el, bir yurd timsalı ilə birləşməsi insanda elə böyük bir qürur yaradır ki... Bu, rejissor Mehriban Ələkbərzadənin qürurudur. O qürur ki, Mehriban xanım bütün yaradıcılığında tamaşadan-tamaşaya “Vətən daşı” (M.Araz) olaraq ölkəsinin əsl vətəndaşı olduğunu, bu əsəri ürəyinin qanı ilə yazdığını bizim üçün bir daha sərgilədi.

Mən xüsusən, tamaşanın texniki tərəflərini ən yükəsk səviyyədə təqdim edən bədii texniki heyətin əməyini qiymətləndirmək istəyirəm. İşıqdan və səhnənin hər türlü cazibəsindən məqsədyönlü istifadə ... hər bir effekt qədərində... və ustalıqla işlənib. Qrafika... qəhrəmanların fotolarının canlanaraq əsrin o üzündən bizə yollanan sevgi, nisgil, ağrı, iztirab dolu səsləri... Bütün bunlar o qədər bənzərsiz təqdim olunur ki, heyranlığını gizlədə bilmirsən və proqramla ilk tanışlıqda davamiyyətin 4 saat olacağından narahatlıq keçirdiyinin indi fərqinə varmırsan. 4 saat elə sürətlə axıb keçir ki... Bax, budur teatrın uğuru, rejissorun tamaşaçı üzərində qələbəsi!
Mən eyni zamanda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadənin böyük bir yaradıcı işə son dərəcə məsuliyyətlə və sevgi ilə yanaşmasını vurğulamaq istəyirəm. Səhnədə gördüyümüz hər bir detalı rejissor beyninin, fikrinin, fantaziyasının, təxəyyülünün, rejissorla rəssamın birgə yaradıcılığının məhsulu olaraq qiymətləndirsək də, onların icrası fonunda Naidə xanımın və onun komandasının çox böyük əməyini, eləcə də teatrın rəhbəri ilə baş rejissor və bütün yaradıcı heyətin tandemini görməmək mümkün deyil.

Əziz Mehriban xanım, şübhə etmirəm ki, siz bütün həyatınız boyu kimlərdənsə xeyli məktublar almısınız. Bilmirəm belə mövzuda sizə məktub yazan olub, ya yox, amma mən ilk dəfədir ki, belə bir məktub yazıram. Nədən mən bu məktubu yazmaq qərarına gəldim? Çünki “Kod adı “V.X.A” adlı, bütün salonun nəfəs dərmədən baxdığı 4 saatlıq tamaşadan sonra mən Əlahəzrət Teatrımızı daha çox sevməyə başladım. Mən teatrımızın gələcəyinə daha böyük ümidlə baxdım. Çünki, mən bu tamaşada yaradıcılığı boyu - istər televiziya, istər kino, istərsə də teatrda ərsəyə gətirdiyi bütün işlərindən hissə-hissə boylanan, bu tamaşada isə tam olaraq böyük şəxsiyyət kimi boy verən rejissorumuzu tanıdım, yenidən kəşf etdim. Və yəqin, həmkarlarım da mənimlə şərik olarlar. Bu gün Azərbaycan teatrına – həyatımızı verdiyimiz TEATRa sizin kimi şəxsiyyət ola biləcək rejissorlar nə qədər lazımdır!
Dərin hörmət və sevgilərimlə,
Əliqismət Lalayev
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:16
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
20-10-2025, 18:17
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
20-10-2025, 17:24
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
20-10-2025, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
20-10-2025, 09:08
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
25-09-2025, 11:29
Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edilib
24-09-2025, 17:51
Nəsiminin qohumları Şamaxıya gəliblər - Fotolar
24-09-2025, 14:12
Stallone süni intellekt vasitəsilə "Rembo" olmaq istəyir
23-09-2025, 15:59
3300 il əvvəl hazırlanmış fit tapıblar - Fotolar