Yeni tamaşanın premyerası olub - Fotolar
Tarix: 24-05-2023 11:28 | Bölmə: Mədəniyyət
Yeni tamaşanın premyerası olub

Müstəqil “M.Teatr”da (“Mənim teatrım”) tanınmış fransız dramaturqu, aktrisa Jasmina Rezanın “Art” adlı əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Teatrdan Reyting.az-a bildiriblər ki, yeni tamaşanın quruluşçu rejissoru Ərturan Nəcəfi Göl, rəssamı Sevinc Məmmədova, rejissor köməkçisi Cavid Babadır.

Komediya janrında qurulan tamaşada rolları Vüqar Hacıyev, Şamil İbrahimov və Ərturan Nəcəfi Göl ifa edirlər.

Səhnə əsəri üç köhnə dostdan bəhs edir. Dostlardan biri ağ rəngdə bir rəsm əsəri alır, bu isə onların arasında böyük qalmaqala səbəb olur.

Əsər klassik düşüncə ilə modernizm arasında olan zidiyyətlərdən, eləcə də dostların biri-birinə olan münasibətindən bəhs edir.





ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}