08:57 / 21-10-2025
Rusiya Budapeşt sammitindən irəliləyiş gözləyir
08:45 / 21-10-2025
İsrail ordusu atəşkəsə əməl etmir
08:38 / 21-10-2025
Bayden prostat xərçənginin müalicəsini tamamlayır
08:31 / 21-10-2025
Bessent: ABŞ “G7”-dən Rusiyaya təzyiqi artırmasını gözləyir
08:24 / 21-10-2025
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
08:19 / 21-10-2025
Yaponiyada hökumət istefa verib
08:13 / 21-10-2025
Yunanıstan Egey adalarını İsrail PUA-ları ilə qoruyacaq
07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
07:44 / 21-10-2025
Rusiyada ən böyük neft emalı zavodu işini dayandırıb
07:38 / 21-10-2025
İsrail rəsmisi qalmaqallı açıqlama verib
23:36 / 20-10-2025
Qurban Qurbanov: "Üstünlük bəlkə də rəqib tərəfdədir, çünki..."
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

12:02 / 16-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

Fransanın qərəzi, İranın hiyləsi - İsrafil Kərimov yazır
Tarix: 28-11-2022 23:24 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Noyabrın 25-də Bakıda, ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda mötəbər beynəlxalq konfrans keçirilib. Konfransda ölkə başçısı geniş çıxış edərək bir sıra məqamlara toxunub, region ölkələri və regiondan kənarda olan ölkələr haqqında mühüm mesajlar verib.
İlk olaraq Fransa ilə əlaqələrə yenidən münasibət bildirilib. Qeyd olunub ki, Fransanın Azərbaycana qarşı sərgilədiyi münasibətdən sonra ümumiyyətlə, Fransanın hansısa formada regionda baş verən proseslərdə iştirakı mümkün olmayacaq.
Xatırladım ki, bu il oktyabrın 6-da Praqada keçirilən görüşdən cəmi bir həftə sonra Fransa prezidenti Makron öz müsahibəsində Azərbaycanı bir sıra məsələlərdə ittiham edib. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici qətnaməsi qəbul olunub. Bunun ardınca Fransanın Frankofoniya Sammitində Azərbaycana qarşı hücuma cəhd edilib. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb.
Belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, bunu yalnız Fransa edib, özü də açıq şəkildə.
Cənab prezident həm də son vaxtlarda İranla bağlı yaranan problemlərdən danışıb. İranın son iki il ərzində aktiv şəkildə Azərbaycana qarşı göstərdiyi mövqe nə din, nə mədəni, nə də tarixi oratqlığımıza sığmır. İranın əzələ nümayişi isə açıq-aşkar təhdid xarakteri daşıyırdı. Belə olan halda Azərbaycana da bu münasibətə layiqli cavab verdi. Bununla da Azərbaycan kimdənsə və ya nədənsə qorxmadığını bir daha sübut etdi.
Ümumiyyətlə, Azərbaycan II Qarabağ müharibəsindən sonra regionda yeni sülh şəraitini bərqrar edib, yeni əməkdaşlıq platformaları təklif etdi. Azərbaycan daim qonşuları ilə mehriban münasibətlərin qurulmasını, qarşılıqlı etimadın yaradılmasını, daxili işlərə qarışmamaq və bütün ziddiyyətlərin diplomatik yolla həlli prinsiplərini üstün tutub. Bu gün də bu prinsiplər Azərbaycan xarici siyasətinin əsasını təşkil edir. Ermənistanın işğalçı, riyakar siyasəti fonunda belə Azərbaycan qalib dövlət kimi ilkin olaraq sülhün əldə olunamasını təklif etdi. Bu, yeni reallıqları nəzərə alaraq bölgədə həm siyasi, həm də iqtisadi inkişafı nəzərdə tutan əməkdaşlıq təklifidir. Lakin bu günə qədər Ermənistan tərəfindən bu istiqamətdə real addımlar atılmır. Belə olan halda Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq lazım olan tədbirləri icra etmək hüququnu özündə saxlayır. Son günlər Ermənistanın artan təhdid ritorikası bir daha onu göstərir ki, Ermənistanın siyasi hakimiyyəti bölgədə birgəyaşayış formulunu qəbul etmək istəmir, sülh sazişini imzalamqda zaman udmaq istəyir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər