00:55 / 22-11-2024
Silvester Stallone yeni seriala çəkilir
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
23:28 / 21-11-2024
Gəncədə iki nəfər bıçaqlanıb
22:07 / 21-11-2024
Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib
20:55 / 21-11-2024
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
19:12 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
18:08 / 21-11-2024
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
18:03 / 21-11-2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17:49 / 21-11-2024
Pərviz Şahbazov İstanbula gedir
17:25 / 21-11-2024
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar imzalayıb
17:18 / 21-11-2024
Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar
17:08 / 21-11-2024
Nazirlər Kabineti riskli vergi ödəyiciləri haqqında qərar imzalayıb
16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Çobanların darıxan vaxtı
Tarix: 03-02-2018 23:20 | Bölmə: Seymur BAYCAN
(Gecikmiş hekayələr silsiləsindən)
Qışın axırları, yazın əvvəli çobanların ən çox darıxdığı dövrdür. Belə günlərdə çobanlar ötüb-keçənlərdən söhbət açır, müxtəlif oyunlar oynayır, bəzən də bir-birlərini sınamaq üçün cürət və cəsarət tələb edən çətin işlərdən mərc gələrdilər. Daha bundan artıq nə etmək olardı?
Belə bir vaxtda Peterburqda tibb universitetində oxuyan Kərim dayısı çoban Vəlinin yanına qonaq gəldi. Kərimin atası Cəmşid tacir idi. Yun ticarəti ilə məşğul olurdu. Heç kəsin köməyi olmadan həyatda öz sinəsi ilə özünə yol açmağı öyrənmişdi. O, öz zəhmətkeşliyi, bacarığı sayəsində kiçik ticarətini günü-gündən böyüdərək xeyli var-dövlətə sahib olmuşdu.
Kərimi Cəmşidin ikinci arvadı dünyaya gətirmişdi. Cəmşidin birinci arvadı rəhmətə getmişdi. Kərimin anasını Cəmşid çobanlardan yun almağa gələndə görmüşdü. Çoban qızları şəhər qızlarından fərqli olaraq başıaçıq gəzirdilər, dinin çox möhkəmlənə bilmədiyi geniş düzlərdə daha azad mühitdə böyüyürdülər. Qızın zirəkliyi, görünüşü, sərbəstliyi Cəmşidin xoşuna gəlmişdi və onu alaraq özünə arvad etmişdi. Cəmşid dövrünün nəbzini tutan adamlardan idi. Avropa təhsilinin üstünlüklərini başa düşürdü. O, mollaların, din xadimlərinin fikirlərinə, təsirlərinə əhəmiyyət verməyərək, oğlu Kərimi oxumaq üçün mədrəsəyə deyil, Avropa üsullu məktəbə göndərmişdi. Rus dilini təmiz öyrənsin deyə oğluna yaşlı bir rus qadınını dayə tutmuşdu. Müəllimləri daima Kərimin davranışından, dərrakəsindən razılıq edirdilər. Övladı haqqında xoş söz eşidən hər bir ata kimi Cəmşid də oğlu Kərimin ünvanına deyilmiş xoş sözləri eşidəndə ürəyi fəxrlə dolurdu. O, oğlunun hər bir arzusunu yerinə yetirir, onu təmin edirdi.
Çobanlar tələbə Kərimin gəlişini sevinclə qarşıladılar. Vəli bacısı oğlunu sinəsinə sıxaraq yanaqlarından bir neçə dəfə bərk-bərk öpdü. O, Kərimi hədsiz dərəcədə çox istəyirdi. Dayı və bacıoğlu arasında hələ çoxdan bağlılıq yaranmışdı. Vəlinin Kərimə, Kərimin də Vəliyə qarşı sonsuz məhəbbəti vardı. Ayrı qaldıqları iki ildə dayı və bacıoğlu bir-birlərindən ötrü möhkəm darıxmışdılar. Çobanlar çölün ortasında neçə ildən bəri istifadə etdikləri balaca, dayaz xəndəyin içinə çör-çöpdən, quru ağac budaqlarından, kötük parçalarından yığıb ocaq qaladılar. Alovun nazik, qırmızı dilimləri havanı yararaq yuxarılara qalxır və yatırdı. Qənimət gözləyən itlər ocaqdan bir az aralı başlarını biləklərinin üstünə qoyub uzanmışdılar. Kərim üçün bu, necə də gözəl mənzərə idi! Ümumiyyətlə, oda, alova, ocağa məhəbbət Kərimin qanında idi. Ocağa, alova laqeyd baxa bilmirdi. Alov yatdı, tüstü çəkilib getdi. Çobanlar şişə taxılmış ətləri közün üstünə yan-yana düzdülər. Közün üstündə bişən təzə ətin ətri dörd bir tərəfə yayıldı. Bu ətir Kərim üçün nə qədər xoş, nə qədər dadlı idi. O, bu ləzzətli ətri ciyərlərinə doldurmaqdan, nəfəs almaqdan doymurdu.
Çobanlar kabab bişirə-bişirə, süfrəyə hazırlıq görə-görə Kərimin Avropa üslublu geyiminə maraqla baxaraq, ona Peterburqla, Rusiyayla əlaqəli çoxlu suallar verdilər. Suallar nə qədər sadəlövh olsa da, Kərim bu uşaq suallarının heç birini cavabsız qoymur, suallara əhatəli cavab verməyə səy göstərirdi. Eyni zamanda, adamların nə qədər dünyadan xəbərsiz olduğunu göstərən bu suallar onu kədərləndirirdi. Kərim indi burda gözünə görünən mənzərələrlə Peterburqda gördüyü mənzərələri fikrində tutuşdurur, insanların, onların həyat tərzinin, düşüncələrinin necə fərqli olduğundan heyrətə gəlirdi. Peterburqda gördüyü adamlarla burda gördüyü adamlar arasında fərq o qədər böyük idi ki, onların eyni dünyada yaşamasına inanmaq Kərim üçün çətin idi. Çobanlara baxarkən elə güman etmək olar ki, zaman irəliləməmiş, bir yerdə donub qalmışdır. Həyat belə sürətlə dəyişdiyi halda, bəs nə üçün bu adamlar dəyişməz qalıb? Bu iki mənzərənin hansı yuxudur?
Peterburqa qədəm basanda şəhərin böyüklüyü, əzəməti Kərimi həm valeh etmiş, həm də qorxutmuşdu. Peterburqun ona tamamilə qeyri-adi görünən mənzərələri cazibədar, sirli və vahiməli idi. Xüsusən, Kərim ona mat qalmışdı ki, bu qədər adam necə bir yerə toplanıb, bu adamlar burda nə edirlər, nə ilə məşğul olurlar, necə yaşayırlar, nə yeyirlər, nə içirlər, işləri, peşələri nədir? O elə ilk günlərdə başa düşdü: bu şəhərə düşmək asan, burdan çıxmaq çətindir.
Mən bura necə gəlib çıxdım? Hansı fırtına məni bura atdı? Görünür, bu, alın yazısı imiş.
Əvvəlcə, hər şey Peterburqda Kərimə maraqlı görünürdü. O, bu şəhərdə hər şeyi görmək, bu şəhərlə bağlı hər şeyi bilmək istəyirdi. Bu şəhərin keçmişi və indiki həyatı haqqında Kərim nə qədər rəvayətlər, əhvalatlar eşitmişdi. Bu əhvalatlardan məlum olurdu ki, insanları arasıkəsilmədən özünə cəzb edən bu nəhəng şəhər həmişə vəd etdiyi şirin gələcəyi vermirdi. Çoxlarının nəsibi iztirab və göz yaşı olurdu. Həyatı alınmayıb uğursuzluğa düçar olanların arasından özünü körpülərdən atanlar da olurdu.
Peterbuqa gəldiyi vaxtdan təxminən üç ay keçmiş olardı. Günləri nə qədər maraqlı keçsə də, Kərim gecəsi gündüzündən uzun olan şəhərdə bir gün möhkəm darıxdı. Həmin gün sərt külək əsir, qar yağırdı. Külək özünü divarlara vurur, qar dənələrini adamların üzünə çırpırdı. Bu adamların hər biri öz imkanına görə möhkəm geyinmişdi. Kiminin ayağında içi yun isti dəri çəkmə, kiminin də ayağında nimdaş keçə ayaqqabı vardı. Kimi qulaqlarını, hətta qaşlarını və çənəsini örtən xəz papaq, xəz palto geyinmiş, kimi də köhnə, yamaqlı paltosunu əyninə taxaraq, başını-qulaqlarını əlinə keçən əski-üsküylə sarımışdı. Bu adamların hərəsi bir yerə tələsir, küləyin müqavimətini qıraraq irəliləyirdilər. Külək bəzi yerlərin qarını sovurub aparmış, bəzi yerlərdə qar topaları əmələ gətirmişdi. Üzüaşağı ələnən qar evlərin taxtapuşuna çatar-çatmaz burulur, bu evin damına düşməli olan qar başqa evin damına yatırdı. Yaşadığı ikiotaqlı evin pəncərəsindən küçəyə baxan Kərim düşünürdü: “Belə də qış olar, ilahi? Biz də qış görmüşük, çovğun görmüşük, lakin bu qədər amansız, bu qədər dəhşətli qış görməmişik”.
Ona elə gəlirdi ki, bu qarın, bu çovğunun axırı yoxdu, bu çovğun heç zaman kəsilməyəcək, dayanmayacaq. Günəş bir daha öz şüaları ilə bir də heç zaman onun canını qızdırmayacaq. Kərimdə ilk qəriblik hissini oyadan da günəş həsrəti oldu. Kərim günəş üçün möhkəm darıxmağa başladı. Peterburqa getməzdən əvvəl Kərimin heç vaxt ağlına gəlməzdi ki, indi baxdığı qoyun otlayan düzlər, indi söhbət etdiyi bu savadsız adamlar, başı yekə, qıllı itlər üçün nə vaxtsa darıxa bilər.
Doyunca kabab yedikdən sonra çobanlar dayı və bacıoğlunu rahat söhbət etmək, dərdləşmək üçün təkbətək buraxdılar.
Kərim Peterburqda inqilabi düşüncəli gənclərin mühitinə düşmüşdü. Oxuduğu kitablar, eşitdiyi söhbətlər ona xeyli təsir edərək düşüncəsində böyük dəyişikliklərə səbəb olmuşdu. Daxilində zülmə qarşı üsyan yaranmışdı. Özü də, get-gedə alovlanan üsyan. Düşüncəsində baş vermiş dəyişikliklər az qala hər bir mövzuda gedən söhbətlərdə özünü göstərirdi.
Kərim gənc idi, hisslərinə hakim olmağı bacarmırdı. Öz düşüncələrinin doğruluğunu lazım gəldi-gəlmədi, hətta bəzən tanımadığı adamlara belə aşılamaq istəyirdi. Bu isə çox təhlükəli idi. Kərimin həyatı hər an məhv ola bilərdi. Çarizmin casusları hər yerdə gedər-gəlməzə yollamağa, evini dağıdıb yerlə-yeksan eləməyə qurban axtarırdılar. Çəkməni çıxarırdın, içindən çar casusu çıxırdı. Çarizmin casusları, xəbərçiləri hər yerə soxulmuşdular ki, çar əleyhinə deyilən sözləri eşitsinlər, üstünə beş-onunu da əlavə edib lazımı yerə çatdırsınlar, mükafat alsınlar. İndi dayısıyla təklikdə adi mövzularda söhbət etdikləri zaman düşüncəsində baş vermiş dəyişikliklər, təsirləndiyi fikirlər yenə də özünü göstərdi. Qoyunlardan, çobanların dolanışığından, havalardan, yunun, ətin qiymətindən, evlənəndən, boşanandan danışdıqları halda söhbət yavaş-yavaş məcrasını dəyişdi. Dayı və bacıoğlu mübahisəyə girişdilər. Kərim Peterburqda təsirləndiyi düşüncələrinin doğruluğunu indi də dayısına aşılamaq istəyirdi. Kərimin söylədiyi fikirlər uşaqlıqdan amansız hadisələrin şahidi olan savadsız Vəlini vahiməyə salırdı. Bu söz-söhbətdən qan qoxusu gəlirdi. Çünki digər adamlar kimi Vəli üçün də zülmə tabe olmaq yaşamağın qanunlarından birinə çevrilmişdi. Vəli, Vəlinin atası, babası gözlərini açandan dünyanı belə görmüşdülər. Biri zülm edir, başqaları isə sakitcə zülmə boyun əyirlər.
- …Qızışıb özündən çıxma. Sən təkbaşına dünyanı düzəldən deyilsən.
- Adamlar hamısı bir olsalar, bir-birinin əlindən tutsalar, bir-birinə kömək etsələr, o cənnət ki, deyirlər, o biri dünyada yox, elə bu dünyada yaranar.
- İnsanların əməllərinə baxıram, heç ağlım kəsmir ki, sən deyən işlər cücərə. Deyirsən, insanlar bir olsun, bir-birinin əlindən tutsun. Yaxşı fikirdir, amma ağlabatan deyil. Axı necə ola bilər ki, Murtuz bəy özünü mənlə bir cərgəyə qoya, gəlib bizlə əl-ələ verə? Bunu heç cür ağlıma sığışdıra bilmirəm. Bu dünya əzəldən belə gəlib, belə də gedəcək. Tutaq ki, kəndliyə torpaq payladılar. Kəndli təzədən ağamı olacaq? Ağalıq, bəylik gərək adamın qanında olsun. Neyləyək ki, Allah onları elə, bizi belə yaradıb.
Kərim tələbə dərnəklərini, oxuduğu kitabları, öyrəndiyi fikirləri yada saldı. Oxumaq, öyrənmək asandır. Amma indi? İndi mən başqalarını da öz arxamca aparmalıyam. Bax, bu, çətindir. Lap sadə danışmaq lazımdır.
- İndi gəl görək niyə mümkün deyil? Murtuz bəyin nəyi səndən artıqdır? Onun dörd əli var, sənin iki? Onun dörd gözü var, sənin iki? Bəlkə onun iki başı var? Onun heç nəyi səndən artıq deyil. Təbiət yaradanda hamını bir yaradıb. Murtuz bəyi sənlə əl-ələ verməyə qoymayan bircə maneə var: o, dövlətlidir, sən kasıb. Varı-dövləti aradan götürsək, onunla sənin aranda heç bir təfavüt qalmır. Gəl, indi məsələyə başqa tərəfdən yanaşaq. Atamı götürək. Dünənəcən o, kim idi? Adi bir tacir. Murtuz bəy başını qaldırıb atamın salamını almaq istəmirdi. İndi Murtuz bəy atamla iki əllə görüşür. Niyə? Çünki atamın varı-dövləti artıb. Səninlə Murtuz bəyin arasında var-dövlət adlanan divar əmələ gəlib. Ona görə özünü onunla bir cərgədə görə bilmirsən. Bu dünyadakı bütün bədbəxtliklərin kökü bundadır, dayı. Hər cür bəlaları törədən də bu var-dövlət adlı divardır. Var-dövlətini əldə saxlamaq üçün Murtuz bəy bütün mahalı ölümə verər. Vətəni satar. Doğma qardaşının başını kəsər. Bu dünyada zülmü, ədalətsizliyi, pozğunluğu - hamısını bir ana doğub. O ananın adı sərvətdir. Sərvət zəhərdir. Elə bir zəhərdir ki, insanın qanına keçəndən sonra onu heç bir şeylə yuyub təmizləmək olmur. Bu zəhər insanı vəhşiyə çevirir. Bu zəhər bir insan övladını başqa bir insan övladına zülm etməyə, saçından tutub sürüməyə, təpiyinin altına salıb əzməyə, yumruqlamağa, ağzı köpüklənə-köpüklənə söyüş söyməyə, öldürməyə, asmağa məcbur edir. Bu dünyada nə insanı bu cür vəhşiləşdirə bilər? Bu dünyada nə insanı belə eybəcər hala sala bilər? Heç nə. Ancaq var-dövlət, sərvət hərisliyi. Sərvət insanları birləşməyə, əl-ələ verməyə qoymur. Bir yanda ağalar, bəylər, xanlar, o biri yanda da nökərlər, kölələr, qullar yaradır. Biri dövlətini qoymağa yer tapmır, o biri acından ölür. Bəylərin, xanların anbarlarında taxıla bit düşüb, amma kəndlinin uşaqları acından köpük qusur. Bəs nə etməli? İnsanları necə birləşdirməli? Bunun bircə yolu var. Gərək sərvəti birləşdirəsən, eləyəsən hamının malı. Onda heç kəs heç kəsə ağalıq etməz. Hamı bir-birinin qabağında təbiətin yaratdığı kimi olar, yəni bərabər olar.
- Burasını bir az anlaya bilmədim. Təbiət nədir?
- Təbiət allahdır. Oxumuş adamlar allaha təbiət deyirlər.
- Deyirsən, bütün sərvəti birləşdirmək lazımdır. Tutaq ki, buğdanın hamısını yığdın bir anbara, ağzını da bağladın. Bu anbarın bir baxanı, qaravulunu çəkəni olsun gərək. Allah eləməmiş, Cumu kimisinin birini anbara qaravulçu qoysan, xəlvətə salıb yavaş-yavaş anbarı sökməzmi? Məncə sökər.
- Cumunu qoysan, əlbəttə sökər.
- Məncə, kimi qoysan, əli dinc durmayacaq. Bəlkə, on mindən birini tapasan ki, camaatın taxılına əl vurmaya.
- De görüm, səni anbara qaravulçu qoysalar, özün də bilsən ki, yay-qış yeməyin-içməyin, güzəranın yerində olacaq, camaatın taxılına əl vurarsanmı?
- Elə olsa, əlbəttə vurmaram...
- Elə olacaq. Ağıllı adamlar deyir ki, elə olacaq. İndi məndən soruşa bilərsən ki, bunları hardan bilirəm? Bunları mən öz başımdan çıxarmamışam.
- Bəs kimdən eşitmisən?
Vəlinin sualında bir təəssüf, məyusluq hiss olunurdu. Bu məyusluq ona görə doğmuşdu ki, Vəli bayaqdan bəri Kərimə qulaq asdıqca Kərimin dediklərindən nə qədər vahimələnsə də, bütün bu fikirlərin bacısı oğlunun başından çıxdığını güman edərək, "yaman başı var" düşünmüşdü. Bu düşüncəsində aldandığına görə təəssüf edirdi. Kərimin dediyi sözlərin mənasını tamam başa düşməsə də, bu sözlərin təhlükəli olduğunu, hökumətə qarşı çevrildiyini anlayırdı. Bununla belə, bu sözlər nə qədər qorxulu olsa da, Vəli çox istəyirdi ki, bu sözlərin hamısı ilk əvvəl Kərimin başından çıxmış olaydı.
- Bu dünya gör-götür dünyasıdır. Adamlar bir-birindən öyrənə-öyrənə qabağa gedirlər. Gərək qulağın açıq ola ki, təzə sözləri eşidəsən. Dünyaya gözüyumulu baxmayasan.
- Biz yazıq nə bilirik ki, yazı-pozu bilməyən adamlarıq. Başımız qarışıb bir tikə çörək dərdinə, dünyadan xəbərimiz yoxdur. Bağa kimi girmişik qınımıza, bilmirik dünyada nələr var. Bir adamın ki, düşməni canavar, dostu it, bütün gunu oturub-durduğu qoyun ola, ondan nə ağıllı söz gözləmək olar.
- Xətrinə dəyməsin, dayı, başınız qarışıb nadan-nadan işlərə. Bir-birinizi didməklə məşğulsunuz. Başınızı işlətsəniz, çox şeyi başa düşərsiniz. Başa düşərsiniz ki, Murtuz bəy kimi zülmkar ağaları, bəyləri, xanları vəhşi hərəkətlərə sövq edən, ruhlandıran bizim hökumətimizdir, dövlət quruluşumuzdur.
Bu cümlə Kərimin ağzından nifrətlə çıxdı. Vəli mövzunu dəyişmək üçün söz axtararkən Kərim sözünə davam etdi:
- Bu dövlət yıxılmayınca, padşahlıq məhv edilməyincə bizə xilas yoxdur. Daima ağaların, xanların, bəylərin zülmü altında inləyəcəyik. Biz işləyəcəyik, onlar yeyəcəklər. Bizim padşahdan böyük düşmənimiz yoxdur. Padşahı məhv etməliyik. O zaman hökuməti xalq özü seçəcək. Yuxarıdan aşağı bütün qulluqçuları xalq özü təyin edəcək. Belə olsa, hər yanı bürümüş bu rüşvətxorluq, bu soyğunçuluq qurtarar. Biz torpaqları mülkədarlardan alıb kəndlilərə verəcəyik. Bir tufan qopacaq, bir güclü dalğa gələcək ki, bütün zir-zibili, oğrunu-əyrini yuyub aparacaq. Gərək adamlar qorxmasınlar, vaxtı gələndə tüfəng-tapança tapmasalar da, baltadan, yabadan götürüb inqilaba qoşulsunlar. Puşkin deyirdi ki, qandalları döyüb qılınc qayırın.
- Elə ürəkdən danışırsan ki, bir söz demək olmur. Adamı ürəkdən inandırırsan. Ancaq çox qorxulu yola düşmüsən, Kərim. Top-tüfəng onda, pul onda, dövlət onda. Bizim nəyimiz var? Özünü gözlə, ehtiyatlı ol! Anana yazığın gəlmirmi? Anana yazığım gəlir. Onun yeganə ümidi sənsən. Özün də bilirsən ki, bu işlər oyun-oyuncaq deyil, başdan ayaqa qan-xatadır. Heç bilirsən, bu yolun axırı hara gedib çıxır? Səni adamların it arabalarında gəzdikləri yerə sürgün edəcəklər, Sibirə.
- Anama yazığım gəlir. Ona görə də bu yolu tutmuşam. Onun səadəti üçün bu yolu tutmuşam. Özümə isə yazığım gəlmir. Bu iş çox ağır işdir, həm də təhlükəlidir. Ancaq başqa çıxış yolumuz yoxdur. Ayıdan qorxan meşəyə girməz. Eşşək saxlayan, necə deyərlər, gərək təpiyinə də dözsün. Hər bir namuslu insan gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmalıdır. Qurbansız azadlıq yoxdur. Bizim birimizi öldürəcəklər, dalımızca yüzü meydana çıxacaq. Aclıq və səfalət yox olmadıqca biz mübarizədən bir an belə geri dura bilmərik. Köhnə dünyanı yıxmaq üçün çox döyüşlər gedəcək. Bu çarpışmalarda çox qanlar axıdılacaq. O vaxta qədər ki, Rusiyada yaşayan bütün xalqların cəlladını, əlahəzrət imperatoru, sadə adam dili ilə desək, padşahı məhv edəcəyik. Bu əzab-əziyyətli dünyanı bünövrəsindən yıxmaq, yeni dünya qurmaq gərəkdir. Yeni dünya öz-özünə qurulmur. Bunun üçün qabaqda qanlı davalar var, ölüm-itim var, bəlkə də bu davaya qoşulanların hamısının bu dava uğurunda qurban getməkləri var! Mən inqilab barədə xeyli düşünmüşəm, bizim xoşbəxtliyimiz ordan gələcək.
- Bəlkə o yazığın heç bu işlərdən xəbəri yoxdur?
- Necə xəbəri yoxdur? Hər şeydən xəbəri var. O, cəlladdır, qaniçəndir. Özü kimi cəlladları, qaniçənləri, soyğunçuları başına yığıb, adını da qoyub hökumət. Onun sarayına qaniçənlər, cəlladlar, soyğunçular yığışıb. Yığışıb kef çəkirlər. Hər məclisdə yüz kəndin gəlirini havaya sovururlar. Onların şərbəti yoxsulların qanından hazırlanmış, çörəkləri məzlumların göz yaşlarından yoğrulmuşdur. Bəs kəndlilər necə yaşayır? İşgəncə və məşəqqət içərisində. Belə də vəhşilik olar? Gör, adamların həyatını necə məhv edirlər. Bəy, ağa, molla, pristav, hərəsi əlinə bir şallaq götürüb kəndlinin üstünə cumur. Bir canın neçə əzrayılı olar? Bunların hamısının intiqamını alacağıq. Zülmün də dərəcəsi var! Heç bir şey bizi tutduğumuz yoldan döndərə bilməz. İnsan olan başqa bir insana bu dərəcədə zülm etməz. Nə qədər qan bahasına olsa da, o saray dağılmalıdır, vəssalam! Ağalara, bəylərə qalsa, onlar heç vaxt kasıbı adam yerinə qoymayacaqlar.
- Bəs padşahsız ölkə necə dolanar? Heç vaxt dünyanı elə qurmaq olmaz ki, orda güclülər, zəiflər olmasın. Dunyanın işi belədir. Biri dövlətli olar, biri kasıb. Biri toxundan ölər, biri acından. Allah rəiyyəti yaradanda zülmü ona qardaş yaradıb. Rəiyyət kimdir? Bir sürü qoyun. Ağzını hara döndərsən, ora da gedər. Allah birisini dövlətli, birisini kasıb yaradıbsa, bu, onun öz işidir. Sən kimsən ki, allahın yazdığı taleyi adamların alnından götürəsən?
- Russo, Volter, Didro... Bu adları eşitmisən?
- Eşitməmişəm.
- Hardan eşidə bilərsən? Adlarını çəkdiyim bu adamlar, belə deyək, güclü alimlərdir. Müdrik adamlardır. Bu adamlar müxtəlif ölkələrdə, müxtəlif zamanlarda olmuş padşahlı hökumətlərin təbiətini təhlil edib bu qərara gəliblər ki, heç zaman bir xalqın, bir ölkənin ixtiyarını bir adama tapşırmaq olmaz.
- Bəs sənin dediyin zülmsüz günlər nə vaxt olacaq?
- Ayını, gününü dəqiq demək çətindir, amma olacaq, mütləq olacaq. Sən elə bilmə ki, bu dünya belə gəlib, belə də gedəcək. Yox, dünya belə gedə bilməz. Bu zülm çox sürməyəcək. Heç bir qüvvə xalqın yolunu kəsə bilməyəcək. Dünya düzələcək. Fəhlə də, kəndli də ağ günə çıxacaq.
- Bir ağıllı padşah gəlsə, dünya düzələr?
- Hər şey bünövrədən dəyişməsə, yüz padşah gəlib getsə də, dünyanın düzəlməyi uzun zırıltıdır. Zülmün kökünə balta çalmaq lazımdır.
- Allah özü bizə kömək olsun.
- Allahın nə vecinədir, kasıbın dodağı hansı duanı pıçıldayır.
Ağlı-qaralı qoyun sürüləri göz ölçüsünə gəlməyən düzənliyə yayılmışdı. Kərim dövlətin zülmkar siyasətindən, azad fikirli adamları amansızca təqib etməsindən qəzəblə, müsəlman aləminin, kəndlilərin inqilabdan necə bəhrələnəcəyindən həvəslə danışır, inqilabın zəruri olduğunu sadə misallarla göstərirdi. Hər bir kəlməsinin doğruluğuna inandığı üçün onun nitqi təsirli çıxırdı. Kərim danışdıqca Vəli düşünürdü ki, hədsiz dərəcədə çox istədiyi bacısı oğlunu qabaqda necə ağır günlər gözləyir və ürəyində baş qaldıran vahimələr daha da artırdı. Qeyri-iradi olaraq bacısı, Kərimin anası yadına düşürdü. Lakin o, Kərimə başqa yol göstərə bilmirdi. “Bu fikirlərdən uzaqlaş” deməyə dili gəlmirdi. Təbiətcə dürüst, təmiz adam olan çoban Vəli danışılan sözlərin hamısını qavrayıb dərk edə bilməsə də, söhbətin əsas məzmununu başa düşür və hiss edirdi ki, Kərim doğru söz danışır. İndi nə cür deyəydi ki, həqiqətdən üz döndər, sən də başqaları kimi bir tikə çörək qazanmaq xatirinə arxanı həqiqətə çevirib yaşa?! Kərim isə coşqun xəyallarında özünü Leninin qarşısında görür, Leninə ucqarlarda gedən inqilabi işlər haqqında məlumatlar verirdi. Lenin ucqarlardakı vəziyyətlə ciddi maraqlanır, tez-tez Kərimə suallar verib, cavablar alırdı…
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır