10:55 / 24-05-2025
Cinayət törədən daha 56 nəfər saxlanılıb
09:56 / 24-05-2025
Daha 7 məşhurun adı xarici agent siyahısına salınıb
09:34 / 24-05-2025
"Avroviziya"-nın qalibi yenidən İsrail əleyhinə çağırış edib
09:04 / 24-05-2025
Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı işdən çıxarılıb
21:27 / 23-05-2025
Məhkəmə işi: "Şuşa əlahiddə taboru”nda əcnəbilərin iştirakı ifşa olunub - Yenilənib
18:43 / 23-05-2025
Cümşüd Nuriyev: Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar
18:10 / 23-05-2025
Gözlənilən bir qərarın tarixçəsi
18:06 / 23-05-2025
Dövlət qurumlarının maşınları satışa çıxarılıb
17:54 / 23-05-2025
Məhkəmə Əvəz Zeynallı ilə birgə həbs olunan şəxslə bağlı qərar verib
17:34 / 23-05-2025
Regional idarəyə direktor təyin olunub
17:27 / 23-05-2025
Lalə Şövkət Azərbaycanı ayıq olmağa çağırıb
17:11 / 23-05-2025
Kamran Əsədov: "Məleykə Abbaszadə niyə narahatdır ki..."
16:59 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
16:41 / 23-05-2025
"Anadolu Ankası - 2025": təlim uğurla başa çatıb
16:30 / 23-05-2025
Tanınmış aktyorlar həbs olunub
16:14 / 23-05-2025
Santuş: "Məqsədimiz yaxşı hazırlaşıb qələbə qazanmaqdır"
15:53 / 23-05-2025
Mnatsakanyan işğalda rolunu etiraf edib
14:42 / 23-05-2025
İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliyi təsdiqləyib
14:35 / 23-05-2025
Putin “bufer zona” yaratmaq istəyir
14:17 / 23-05-2025
Rusiya ilə Ukrayna məhbus mübadiləsi edib
14:13 / 23-05-2025
“Vaqa" ləqəbli tiktokerin həbs müddəti uzadılıb
14:08 / 23-05-2025
Professor: Qərbi Azərbaycana qayıdışımız mümkündür
13:32 / 23-05-2025
Tarixi əsəri oğurlayan alman turist yaxalanıb
13:27 / 23-05-2025
Türkiyədə mafiyaya qarşı əməliyyat keçirilib - Foto
13:24 / 23-05-2025
Növbəti köç karvanı Ağdama çatıb - (Yenilənib)
13:13 / 23-05-2025
Zahid Oruc: 2024-cü ildə yol qəzasından 1952 nəfər ziyan çəkib
13:09 / 23-05-2025
Bir vəkilin fəaliyyəti dayandırılıb, beş vəkilə töhmət verilib
13:06 / 23-05-2025
Yeni kansler “Şimal axını”na qarşıdır
12:55 / 23-05-2025
Aİ nümayəndəsi Gürcüstana buraxılmayıb
16:30 / 19-05-2025

16:34 / 20-05-2025

14:48 / 19-05-2025

12:22 / 20-05-2025

13:33 / 20-05-2025

14:20 / 20-05-2025

20:48 / 19-05-2025

12:31 / 19-05-2025

11:23 / 22-05-2025

13:26 / 22-05-2025

11:15 / 21-05-2025

07:59 / 21-05-2025

Tarixçi professorun yanlışı
Tarix: 07-12-2018 22:48 | Bölmə: Seymur BAYCAN

Milli Şuranın sədri, tarixçi-professor Cəmil Həsənli Azərbaycan ziyalılarına müraciət edərək, onları ölkənin üzləşdiyi indiki ağır vəziyyətə səslərini ucaltmağa, dövlətin və xalqın gələcəyi üçün məsuliyyət hissi göstərməyə çağırıb. Siyasiləşmiş və aktiv vətəndaşlar çox güman ki, müraciətin məzmunu ilə artıq tanışdırlar. Bu müraciəti oxuyanda yadıma illər əvvəl baş vermiş bir əhvalat düşdü.
Balaca avtobusla rayonlardan birinə tədbirə gedirdik. Avtobusda vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, media ekspertləri oturmuşdular. Kimisi qabaqda, kimisi ortada, kimisi də arxada. Avtobusun pəncərəsindən dəyişən mənzərələrə baxırdım. Tomas Mann demişkən, rahatca oturub mənzərələrə tamaşa elədiyin yerdə bədənin irəliləməsi gözəldir. Amma mərdimazarın biri bu gözəllikdən, rahatca otrurub dəyişən mənzərələrə tamaşa elədiyim yerdə bədənimin irəliləməsindən həzz almağa imkan vermədi. Bu mərdimazar Yazıçılar Birliyi haqda yazdıqlarıma etirazını bildirərək Birliyin normal təşkilat olmasından, heç bir zərər törətmədiyindən, hətta bəzən xeyir verməsindən də danışmağa başladı. Əvvəlcə mərdimazarın danışdıqlarına reaksiya vermədim. Sonra zəiflik göstərərək mübahisəyə başladım. Müstəsna bir həyasızlıqla qarşılaşmışdım və bu həyasızlığa dözmək çətin idi.
Mübahisə xeyli uzandı. Mübahisə uzandıqca, qarşı tərəfin həyasızlığı da artırdı. Qarşı tərəfin həyasızlığı artdıqca, özümə nəzarəti itirir, daha çox əsəbləşirdim. Kobud ifadə işlədəcəyimdən qorxurdum. Yaxşı ki, avtobus yol kənarında yerləşən restoranlardan birinin qarşısında dayandı. Burada kəmərin altını bərkitməli idik.
Avtobusdan yerə düşəndə müdrik, həyat təcrübəsi zəngin olan bir insan məni kənara çəkib dedi:
- Sənin işin-gücün yoxdur? Niyə özünü yorursan? Sənin mübahisə etməyin bilirsən, nəyə bənzəyir? Sənin mübahisə etməyin ona bənzəyir ki, elə bil girmisən balıq dükanına, satıcıdan paltar sabunu istəyirsən. Satıcı deyir, burada paltar sabunu yoxdur, sən də yapışmısan onun yaxasından ki, niyə səndə paltar sabunu yoxdur? Günah səndədir ki, balıq dükanının satıcısından paltar sabunu istəyirsən...
Həqiqətən də, həyat təcrübəsi, müdriklik başqa şeydir. Mənasız bir mübahisəyə girişdiyimi, boş yerə enerji itirdiyimi, boş yerə əsəblərimi korladığımı adam çox sadə dildə, ikicə dəqiqəyə mənə izah etdi. Bu sadə izah, yerində deyilmiş dəqiq sözlər sonralar bəndənizi xeyli mənasız mübahisələrdən xilas edə bildi.
İndi bu əhvalatı yazmaqla demək istəmirəm ki, Cəmil Həsənlinin ziyalılara müraciəti onun balıq dükanının satıcısından paltar sabunu istəməsinə bənzəyir. Xeyr, sadəcə, bilmək istəyirəm ki, görəsən, bir tarixçi–professor, Stalinin yaratdığı, tarixi başdan-ayağa ləkəli bir təşkilatın üzvü ola-ola, bu təşkilatın sədri postunda 25 il oturan, oranı şəxsi obyekti kimi idarə edən, atası Lenin poeması yazmış adamı “dostum” adlandıra-adlandıra bu pafoslu müraciəti necə, hansı üzlə, hansı ovqatla yazıb? Axı, sadə insanlar bilməsə də, Cəmil Həsənli bu təşkilatın niyə, nə üçün, hansı səbəblərdən yarandığını, bu təşkilatın hansı missiyaları yerinə yetirdiyini yaxşı bilir. Bilmirsə, deməli, adamın tarixdən xəbəri yoxdur. Yox, əgər bilə-bilə həmin təşkilatın üzvü olaraq qalırsa, deməli, problem onun təbiətindədir. Məsələnin bu cür qoyuluşu ilə razılaşmayan adam zəhmət çəkib izah etsin görək, Cəmil Həsənlinin Yazıçılar Birliyində nə işi var? Orada nə edir? Niyə o təşkilatda qalmaq Cəmil Həsənli üçün bu qədər vacibdir? Nədir bunun adı? Hikkə? İnadkarlıq? Yazıçılar Birliyinin üzvü olaraq qalmaq Cəmil Həsənliyə hansı dividentləri gətirir? Bir tarixçi professor Stalinin yaratdığı təşkilatın üzvüdürsə, üstəlik, həmin təşkilatı şəxsi obyekti kimi 25 il idarə edən adamı “dostum” adlandırırsa, onun siyasi mübarizəsinin bir əhəmiyyəti varmı? Monarxiyadan danışıb bir təşkilatda monarxiyanı müdaifə etmək nə deməkdir?
Bütün bunlardan sonra daha aktual bir sual ortaya çıxır; görəsən, Cəmil Həsənli müraciəti kimlərə ünvanlayıb? Anar Rzayevə? Fikrət Qocaya? Yoxsa Çingiz Abdullayevə? Bəlkə, Alim Qasımova?
Görəsən, ziyalı dedikdə Cəmil Həsənli kimləri nəzərdə tutur? Stalinin yaratdığı, tarixi başdan-ayağa ləkəli bir təşkilatın üzvü olan tarixçi hansı üzlə ziyalılara müraciət edir? Axı, Cəmil Həsənlinin üzvü olduğu Yazıçılar Birliyinin rəhbərliyində təmsil olunan adamlar dəfələrlə hakimiyyəti dəstəklədiklərini müxtəlif formalarda bəyan ediblər. Nə istəyirsiniz bu adamlardan? Adamlar daha neçə dəfə öz mövqelərini bildirməlidirlər? Bu acizliyin, bu köləliyin bir sonu olacaqmı? Bəlkə, Cəmil müəllim bu adamların həssas nöqtələrinə toxunub onların bir gün haqq sözü deyəcəklərinə ümid edir. Cəmil müəllimin belə bir ümidi varsa, bu ümidin mənbəyinin adı nədir, haradan qaynaqlanır?
Əvvəla, bu adamların sarı simi, həssas nöqtələri yoxdur. Onların sarı simi puldur, fəxri adlardır, vəzifədir. Qalan heç nə, heç bir müraciət, heç bir söz bu adamları tərpədə bilməz. Tarixin gəlib getmiş ən güclü natiqləri, ən güclü filosofları, ən güclü yazıçıları dirilsə belə, Anar Rzayevi, Fikrət Qocanı və bu qəbildən olan digər adamları “yoldan çıxara” bilməzlər. Onlar çox yaxşı bilirlər ki, medalsız, fəxri adlarsız, vəzifəsiz, mandatsız ziyalının azərbaycanlıların arasında qara qəpik qədər qiyməti yoxdur. Onlar təcrübəli adamlardır, lazım gələndə, vəziyyət dəyişəndə özləri tərpənəcəklər və sudan quru çıxacaqlar.(Kultura.az)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır