00:55 / 22-11-2024
Silvester Stallone yeni seriala çəkilir
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
23:28 / 21-11-2024
Gəncədə iki nəfər bıçaqlanıb
22:07 / 21-11-2024
Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib
20:55 / 21-11-2024
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
19:12 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
18:08 / 21-11-2024
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
18:03 / 21-11-2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17:49 / 21-11-2024
Pərviz Şahbazov İstanbula gedir
17:25 / 21-11-2024
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar imzalayıb
17:18 / 21-11-2024
Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar
17:08 / 21-11-2024
Nazirlər Kabineti riskli vergi ödəyiciləri haqqında qərar imzalayıb
16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Ədəbiyyatda təbiət təsvirləri - Seymur Baycan yazır
Tarix: 04-07-2021 19:20 | Bölmə: Seymur BAYCAN
İllər əvvəl, bəstəkar Firudin Allahverdi ilə elektrik kəşf olunmamışdan əvvəl və elektrik kəşf olunduqdan sonra yaradılan sənət nümunələri haqqında danışırdıq. Firudin bəy deyirdi ki, elektrik kəşf olunmazdan əvvəl yaradılan sənət nümunələri haqqında fikir yürüdərkən, söz deyərkən çox ehtiyatlı olmaq lazımdır. Bu günümüzdən o sənət nümunələrinə baxsaq, bu günümüzün şərtlərini əsas tutub o əsərlərə qiymət verməyə çalışsaq özümüzü dolaşdırarıq, səhvlər buraxarıq. Əsərləri, o əsərlərdəki mesajları, obrazların, qəhramanların hiss və həyacanlarını, davranışlarını başa düşmərik. O dövrün və bu günün şərtlərini mütləq nəzərə almaq lazımdır. Nəzərə almaq lazımdır ki, elektrik kəşf olunmazdan əvvəl gün batanda həyat bitirdi. Adamların seçim imkanı az, vaxtları çox idi. Firudin bəy deyirdi ki, müasir insanın elektrik kəşf olunmazdan əvvəl yaradılan sənət nümunələrindən öyrənəcəyi çox az şey var.
Ümumiyyətlə, elektrik kəşf olunmazdan əvvəl yaradılan sənət nümunələri haqqında danışarkən Firudin bəyin danışığında incə bir kinayə hiss edirdim. Firudin bəy dünyanı iki yerə bölmüşdü: elektrikə qədər və elektrikdən sonra. Və elektrikli dünyanın sakini kimi elektriksiz dünyanın sakinlərinə qarşı eqosit bir münasibət nümayiş etdirirdi.
Mən isə deyirdim ki, hər bir kəşfin sənətə öz təsirini göstərməsi şəksizdir. Bir mobil telefonun kəşf olunması həyatımızda nə qədər dəyişikliklər etdi. Həyatımızda dəyişiklik varsa, sənətdə də dəyişiklik olmalıdır. Lakin bununla belə hər dövrün öz cəhaləti, öz avaraları, öz əyləncələri var. Sovet zamanında da nə qədər adam var idi ki, səhərdən axşama qədər domino çırpırdı, nərd oynayırdı. Kinoteatrlarda səviyyəli, ciddi filmlər göstərəndə tamasaçı az olurdu. Təzə hind filmi gələndə nə az, nə çox, düz bir həftə kinoteatra yaxın düşmək olmurdu. Bu günün də öz əyləncələri, öz avarları var. İnternet bəzilərinə öyrənmək üçün, bəzilərinə isə avaraçılıq üçün əlavə imkanlar, şanslar yaradıb. Elə adam var, telefonuna əsərlər yükləyib yolda oxuyur, vaxtını səmərəli keçirir. Elə adamlar da var ki, telefonda bütün günü oyun oyanır. İndi biz bütün günü telefonla oynayanları, elektrikli dunyanın avaralarını elektriksiz dünyanın fikir adamlarından, sənət adamlarından məsələn, tutaq ki, Sokratdan, Aristotelden, Servantesden, Rotterdamlı Erazmdan necə üstün tuta bilərik? Axı doğrudan da bəşəriyyətin böyük hissəsi kəşflərə hazır və layiq deyil. Kəşflər, kəşflərə hazır və layiq olmayanların debilləşməsinə, avaraçılığına, hətta vəhşiliyin “təkmilləşməsinə” münbit şərait, fürsətlər yaradır. Hazır kəşflərə, inkişafa, tərəqqiyə sahib çıxan bu avaralar ümumiyyətlə tarixdən, dünyanın bioqrafiyasından xəbərsizdirlər. Əlində son model telefon tutub, amma baş, daş dövrünün başıdır. Ən son model “Mercedes” sürür, amma təfəkkür araba dövrünün təfəkkürüdür.
Söhbət getdikcə ağırlaşırdı. Gördüm daha danışmaq imkanım yoxdur. Savadım və səviyyəm bu mövzuda danışmaq iqtidarında deyil. Boşboğazlıq etmək, söz xətrinə söz demək istəmədim. Dayandım. Susdum. Öz tərəfimdən mövzunu bağlanmış elan etdim. Elə bu anda Firudin bəy dedi:
“Ədəbiyyatda təbiət təsvirləri nəyə lazımdır? Mən təbiət təsvirlərin oxumuram, ötürürəm…”.
Onsuz da bayaqdan əsəblərimlə oynayırdı, bu sözlə lap məni cin atına mindirdi. Başqası desəydi yenə birtəhər udmaq, ötürmək olardı. Amma sənətlə məşğul olan bir adamın belə bir sözü dilinə gətirməsi böyük qəbahətdir. Yəqin onun kimi düşünənlər çoxdur. Elə isə fürsətdən istifadə edib, “Ədəbiyyatda təbiət təsvirləri nəyə lazımdır”,- sualına imkanımız çərçivəsində, bacardığımız və ağlımız kəsən qədər cavab verək.
Əsərdə təbiət təsvirləri bir neçə səbəbdən yazıla bilər. Səbəblərdən biri odur ki, təbiət və təbiət hadisəsi birbaşa əsərin mövzusu ilə əlaqəlidir. Məsələn, qar yağıb, yollar bağlanıb və hansısa bir məkanın, kəndin, qəsəbənin şəhərlə, mərkəzlə əlaqəsi kəsilib. Yaxud duman aləmi bürüyüb, adamlar çölün düzündə azıblar. Canlarını vahimə bürüyüb. Ya da möhkəm yağış yağıb maşın, araba, hətta inək yolda batıb qalıb. Burada gərək müəllif təbiət hadisəsini olduqca canlı, ətraflı yazsın.
Əks halda baş verən təbiət hadisəsinin insanlara təsiri, doğurduğu nəticələr, hadisələr inandırıcı görünməyəcək. Müəllif gərək göstərsin ki, doğrudan da möhkəm qar yağmışdı, yollar da bağlanmışdı, ətrafla bütün əlaqələr kəsilmişdi. Müəllif gərək göstərsin ki, aləmi qatı duman bürümüşdü. Elə bir duman ki, istəyirsən bıçaqla kəs, qaşıqla qarışdır. Ya da elə bir şaxta var idi ki, hekayənin qəhrəmanı donmuş əllərini qızdırmaq üçün yanındakı itin qarnın cırıb əlin itin qarnına soxmaq istəyirdi. Yaxud elə bir quraqlıq hökm sürürdü ki, adamlar bütün günü dua edib allahdan yağış istəyirdilər. Əgər bu quraqlıq canlı, inandırıcı təsvir olunmasa adamların əlini göyə açıb allahdan yağış istəməkləri də oxucuya inandırıcı görünməyəcək.
Tutaq ki, müəllif hər hansı bir məkanda hökm sürən sakitliyi ifadə etmək istəyir. Bunu müxtəlif formalarda ifadə etmək olar. Məsələn, ətrafda elə bir sakitlik hökm sürürdü ki, yerə düşən qar dənələrinin səsi eşidilirdi. Ətrafda elə bir sakitlik hökm sürürdü ki, adam damarlarında dövr edən qanın səsini eşidirdi. Qəbirstanlıqda elə bir sakitlik hökm sürürdü ki, qəbirlərdə çürüyən sümüklərin səsi eşidilirdi. Ətrafda elə bir sakitlik hökm sürürdü ki, adam öskürməyə qorxurdu. Baxır müəllifə, onun istedadına və üslubuna. Hadisələrin baş verdiyi məkandan da çox şey asılıdır. Məsələn, tutaq ki, payız fəslidir və bağı təsvir etmək istəyirsən. Belə təsvir etmək olar: yarpaqlar seyrəldiyindən payızlıq meyvələr ağaclarda aydın görünürdü.
Tutaq ki, qarın yağmasını təsvir etmək istəyirsən. Belə təsvir etmək olar: “Üzuaşağı ələnən qar evlərin taxtapuşuna çatar-çatmaz burulur, bu evin damına düşməli olan qar başqa evin damına düşürdü”. Bəh, bəh, bəh! Bu cür gözəl təsvirlərin ləzzətini duymayan adam bədii təfəkkürünün olmamasını qəbul etməlidir.
Tutaq ki, axşamın düşməyini təsvir etmək istəyirsən. Belə təsvir etmək olar: “Günəş dirsəklərini üfüqə dayayıb yer üzünə tamaşa etməkdən həzz alırdı. Batıb getməyə ürəyi gəlmirdi”. Bəh, bəh, bəh!
Bəzən əsərlərdə təbiət və təbiət hadisələrinin təsviri hisslərin daha da artmasını, qabarmasını, coşmasını göstərmək üçün lazım olur. Məsələn, adamın qanı qaradır, işləri düz gətirmir, bir tərəfdən də hava rütubətlidir, göy üzünü qara buludlar tutub. Yaxud insanın ovqatı əladır, hissləri coşub, elə bu zaman bir quş yaxınlıqdakı ağaca qonub başlayır cəh-cəh vurmağa. Biz nə qədər yağış görürük, amma bu yağışlardan bir neçəsi yaddaşımızda qalır. Niyə? Çünki o yağışlar yaddaşımızda qalır ki, həmin yağışlar konkret hadisəylə, günümüzlə bağlıdır. Fürsət düşmüşkən yaddaşımda qalmış yağışlardan birinin nə səbəbə yaddaşımda qaldığını yazmaq istərdim.
Bir yaz günü Çavçavadze küçəsiylə yavaş-yavaş üzüyuxarı addımlayırdım. Heç hara tələsmirdim. Birdən çox bərk yağış yağmağa başladı. Elə bir yağış ki, tut ucundan çıx göyə. Otuz saniyə keçməmiş küçədə adam qalmadı. Hərə özünü bir yerə soxdu. Taksi saxlayan kim, dayanacağa qaçan kim, kafelərə, mağazalara girən kim… Mən heç hara girmək istəmirdim. Yağışın altında gəzmək istəyirdim. Romantikliyim tutmuşdu. Bir dəqiqə sonra fikrimi dəyişdim. Gördüm yox, bu yağış altında gəziləsi yağışlardan deyil. Balaca bir geyim mağazasına girdim. Dedim, gəlmişkən özümə bir-iki futbolka da seçib alım. Bu mağazada maraqlı futbolkalar satırdılar. İki futbolka seçdim. Heç geyinib yoxlamadım. Böyük olmağının zərəri yoxdur, balaca olsaydı da kiməsə hədiyyə verəcəkdim. Futbolkanın pulunu ödədim. Bir az artistlik edib çox mülayim bir səslə satıcıdan soruşdum: Yağış kəsənə qədər burada dayana bilərəm? Satıcı dedi: Əlbəttə, əlbəttə! Bu zaman bir qız qaçıb mağazanın qapısı önündə dayandı. O, tamam islanmışdı. Satıcılar qızı içəri çağırdılar. Qız mağazaya girib satıcılara təşəkkürünü bildirdi. Onun uzun qara qaşı, ağ sifəti, qara gözləri vardi. Boyu uzun, beli incə idi. Elə bil şərq şairlərinin qəzəllərindən çıxmışdı. İslanmağı onu daha da gözəlləşdirmişdi. Hələ onun yağışdan islanmağına reaksiyası… Bu reaksiyalara dözmək nə qədər çətin idi. Heç bir igidin ürəyi bu hərəkətlərin qarşısında tab gətirə bilməzdi. Qız elə bil yağışdan islanmağına təəcüblənmişdi, sanki hamı yağışdan islansa da bu islanlanmalı deyilmiş. Köynəyi islanıb bədəninə yapışmışdı. Saçlarının ucundakı yağış damlaları parıldayırdı. Gözəllik məndə depressiya yaradır. Gördüm daha bu gözəlliyə dözə bilmirəm. Elə bil ürəyimi məngənə arasına qoyub sıxırdılar. Çıxdım bayıra. Dedim, bu ağır işgəncədənsə sətəlcəm olub ölmək daha yaxşıdır. Bir neçe gün o gözəlliyin yaratdığı depressiyadan çıxa bilmədim. Belə anları yazmaq da əzabdır, yazmamaq da.
Təbiətin hisslərlə, hisslərin təbiətlə əlaqəsinin gözəl nümunələrinə Yanusari Kavabatinin, Buninin, Şoloxovun, Paustovskinin əsərlərində tez-tez rast gəlinir…
Bir çox yazıçılar təbiət hadisəsini mexaniki yazırlar. Ola bilsin mexaniki yazılmış təbiət təsvirləri adamları bezdirir. Bizim ədəbiyyatda mexaniki yazılmış, mexanikliyi cəhənnəm, çox pis yazılmış təbiət təsvirləri çoxdur. O təsvirlər ki, nə hadisəylə bağlılığı var, nə də hisslərin qabarmasına xidmət edir. Bu kimi təbiət təsvirləri, təbiət təsvirləri deyil, sadəcə sinoptik xəbərləridir.
Məsələn, ədəbiyyatımızda bu cür başlayan hekayələr kalandır: gün çıxmışdı, günün şuaları adamın gözünü qamaşdırırdı. Bəşir kişi əlini gözünün üstünə tutub təpələrə baxdı… Yağış yağırdı. Xosrov kişi əlində balta yağışa baxırdı… Bu təsvirin heç nəyə aidiyyatı yoxdur.
Sonra Bəşir kişi gedib bostanda qarpız yığır. Xosrov kişi də sobanın qırağında oturub çay içir. Cəmilə bulvarda gəzirdi. Dalğalar sahilə yaxınlaşıb geriyə qayıdırdılar… Mizoppa dənizə baxırdı. Yağış yağırdı… Külək əsirdi… Heç nə, eşidiblər ki, hekayədə təbiət təsvirləri olmalıdır, oturub belə quru, dəxlisiz təsvirlər yazıblar. Belə təbiət təsvirlərini oxuyanda bir yaşlı tanışımın sözlərini xatırlayıram. Adam deyirdi ki, vallah mənim qadına zada ehtiyacım yoxdur, prosto eşitmişəm qadınla olmaq lazımdır, mən də oluram.(azlogos.eu)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır