16:55 / 14-02-2026
Armen Qriqoryan Azərbaycan nümayəndə heyəti ilə görüşüb
15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
11:53 / 10-02-2026
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
Ən etibarlı milli sərvət - Seymur Baycan yazır
Tarix: 06-06-2020 01:43 | Bölmə: Seymur BAYCAN

Hər bir xalqın mədəniyyəti onun ən etibarlı milli sərvətidir. Bilirəm bu söz bir az “körpu yolun bir hissəsidir”,- sözünə oxşadı, amma nə etməli, hal-əhval doğrudan da belədir. Körpü yolun bir hissəsi olduğu kimi, mədəniyyət də hər bir xalqın ən etibarlı milli sərvətidir.
Məhz buna görə hətta iqtisadiyyatda, texnologiyada, həmçinin hərbidə çox böyük nailiyyətlər əldə etmiş xalqlar belə, heç cür arxayınlaşmırlar, öz mədəniyyətlərini qorumaq, daha da inkişaf etdirmək, təbliğ etmək üçün ətək-ətək pullar xərcləyirlər.
Onlar çox gözəl başa düşürlər ki, klassik dildə desək, qılınc qələmsiz heç nəyə yaramır.
Yanında qələmi olmayan qılıncın hakimiyyəti uzun müddət davam edə bilməz.
Gəlin bir anlıq fransızları Balzaksız, Flobersiz, Mopasansız, Viktor Hüqosuz, Voltersiz, Didrosuz, ingilisləri Şekspirsiz, Bayronsuz, Dikkenssiz, Kiplinqsiz, almanları Şillersiz, Götesiz, Tomas Mannsız, italyanları Dantesiz, Covanni Bokkaçosuz, rusları Puşkinsiz, Qoqolsuz, Tolstoysuz, ispanları Servantessiz, yaponları Runeskosuz, Misimasiz təsəvvür edək.
Bu zaman biz bu xalqların nə qədər cılızlaşdığının və yetimləşdiyinin, maraqsızlaşdığının şahidi olarıq.
Mən hər kəsə məlum olan adları sadaladım. Siyahı açıqdır. Hər bir adam öz zövqünə uyğun olaraq, bu siyahıya müxtəlif dövrlərdə yaşamış rəssamların, heykəltəraşların, bəstəkarların, şairlərin, yazıçıların, filosofların adını əlavə edə bilər. O zaman nə demək istədiyimiz daha aydın olar.
Əlbəttə, sənət dünyasında saysız-hesabsız əfsanələr və miflər var.
Amma məhz sənət dünyasıyla, sənətkarlarla bağlı bu miflərin və əfsanələrin sayəsində sənətkarların yaşayıb-yaratdıqları məkanlar qəsəbələr, kəndlər, şəhərlər, küçələr, kafelər, hotellər, evlər də şöhrət qazanır, tanınır, dünyanın müxtəlif yerlərində yaşayan adamların diqqətini özünə cəlb edir.
Bir ev, bir qəbir bir şəhərin, qəsəbənin, bəzən bütöv bir ölkənin rəmzinə çevrilir. Anderson və Danimarka bir-birindən ayrılmaz, artıq bütövləşmiş anlayışlardır.
Əgər Tolstoy olmasaydı, Yasnaya Polyananı bütün dünyada necə tanıyacaqdılar?!
Əgər Van Qoq olmasaydı, adamların çoxu dünyada Borinaj adlı bir yerin olduğunu bilməyəcəkdi.
Viktor Hüqonun, Volterin ölümünün yüzilliyi ilə bağlı etdiyi çıxışda gözəl bir söz var. Viktor Hüqo həmin çıxışda deyir:
“Voltеrə qədər əsrlərə dövlət başçılarının adlarını vеrirdilər. Voltеr dövlət rəhbərindən də ali mərtəbədə idi - o, idеyaların rəhbəri idi. Voltеrlə birlikdə yеni əsr başladı. Hiss olunurdu ki, bundan sonra bəşər nəslini idarə еdəcək ən ali mühərrik - fikir olacaq”.
Dahiyanə və uzaqgörənliklə deyilmiş bir sözdür. Təəssüf ki, hələ də bizim insanlarımız incəsənətin, düşüncənin nə qədər böyük gücə malik olduğunu, necə bir güclü silah olduğunu dərk edə bilməyib. Halbuki, fəxr etdikləri Hüseyn Cavid bunu çox gözəl ifadə etmişdi:
Türk ordusu daim basaraq ölkələr almış,
Ən sonra siyasətdə basılmış da bunalmış.
İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq.
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.
Bəli, mədəniyyət kollektiv şüurun sayəsində yaşayar, tanına bilər, inkişaf edər, sərhədləri aşar.
Biri kitab oxuyar, biri kinoya gedər, biri teatra gedər, biri uşağın musiqi məktəbinə, o birisi uşağın rəsm dərnəyinə, lap o birisi rəqsə göndərər, başqa birisi mesenatlıq edər və mədəniyyət yaşayar, inkişaf edər.
Yoxsa bütün xalq toya və yasa getsin, mağazaları gəzsin, oğul evləndirib, qız ərə versin və beş-altı adam da bütov bir xalqa heç nəsiz, dəstəksiz, resurssuz yoxdan, havadan mədəniyyət düzəltsin, belə şey olmur.
Xalqlar öz mədəniyyətləri ilə tanınır. Bir uğurlu film, bir uğurlu roman, sənətlə bağlı yaxşı təşkil olunmuş bir festival ölkəni və xalqı bir neft quyusundan daha artıq tanıda bilər.
Bir uğurlu film ölkəyə və xalqa bir neft quyusundan daha artıq xeyir, fayda verə bilər.
Əgər təkcə pulla hər şey həll olunsaydı, onda ərəblər dünyanın ən hörmətli xalqlarından biri olardılar.
Mədəniyyətin çox funksiyaları var. Bu funksiyalardan biri də dünyanın müxtəlif coğrafiyalarında yaşayan insanları bir-biri ilə tanış etməkdir.
Biz filmlərin, romanların, ümumilikdə sənətin sayəsində müxtəlif dövrlərdə, müxtəlif məkanlarda yaşamış adamların həyatı, hissləri, arzuları, istəkləri ilə tanış oluruq.
Mədəniyyət insanların ünsiyyətə girməsinə şərait yaradan, ünsiyyəti şərtləndirən ən işlək, sınaqdan çıxmış vasitələrdən biridir.
Mədəniyyət biz insanlara müxtəlif tarixi dövrləri, həmin dövrlərin adamlarını hiss etmək, tarixdə ərimək və əbədiyyətə qovuşmaq şansı tanıyır.
Deyəsən, çox yuxarıdan götürdük, bir az aşağı düşək. Qələmin işi sadələşdirməkdi, mürəkkəbləşdirmək deyil.
Deməli, bir tay restoranına getmişdim. Salonda eşitdiyim musiqi diqqətimi çəkdi. Ofisiantdan soruşdum:
- Bu oxuyan qadın Ora Taidir?
Qadın sualımdan açıq-aşkar təəccübləndi. Özü də elə təəccübləndi ki, qaşları qalxıb alnının ortasında dayandı. Sevinclə soruşdu:
- Siz Ora Taini tanıyırsınız?
Dedim, bəli, tanıyıram, çox sevirəm Ora Tainin mahnılarını. Ofisiant getdi. Bir də gördüm yanında başqa bir qadınla qayıtdı. O da eyni sualı verdi:
- Siz Ora Taini tanıyırsınız?
Dedim, hə, tanıyıram, onun mahnılarını çox sevirəm. Yalan danışdın, gərək məcbursan yalanı dərinləşdirəsən. Ora Taini tanımağıma görə bu qadın da çox sevindi. Beləliklə, həmin restoranda özümə qarşı böyük diqqət və qayğı gördüm.
Hərçənd, sözün doğrusu, Ora Tainin oxuduğu mahnını başqa bir məkanda eşitmişdim. Mahnı xoşuma gəldi. Soruşdum, bu oxuyan kimdi. Dedilər, Ora Taidir. Mahnı və mahnını oxuyanın adı ordan yadımda qalmışdı. Daha bilmirəm Ora Tai oraların Aygün Kazımovasıdır, Röyasıdır, Nüşabəsidir, Rəqsanəsidir, Təranəsidir, Şəbnəm Tovzlusudur, Nazpərisidir, Elnarəsidir, Brilyantıdır, İradəsidir, Laləsidir, Könülüdür, Ayselidir, Natavanıdır, Mananasıdır, Safurasıdır, Tünzaləsidir, Vüsaləsidir, Rahidəsidir, Lamiyəsidir, Səidəsidir, Nazəninidir, Mənsurəsidir, yoxsa Mətanəti….
Əsas odur ki qürbət bir yerdə Ora Taini tanımağım adamların çox xoşuna gəldi və onların böyük qayğısı ilə əhatə olundum.
Bu kimi əhvalatlar çox olub. Başqa xalqların mədəniyyətləri ilə tanışlıq çox köməyimə çatıb. Bunun sayəsində müxtəlif adamlardan diqqət və hörmət görmüşəm.
Nəhayət, nəyi demək istəyirəm. Biz bir xalq kimi öz mədəniyyətimizə qarşı çox laqeyd münasibət göstərməkdəyik. Mədəniyyətimizi təbliğ edə bilmirik.
Mədəniyyətə kollektiv dəstək yoxdur. Fədakarlıq yox dərəcəsindədir. Sanki hələ də mədəniyyətin necə böyük bir güc olduğu bizə çatmayıb.
Nizaminin qəbri gürcülərdə olsaydı, min hoqqa çıxarıb, min oyun qurub bütün dünyanı il boyu gətirib ora tökərdilər.
Mən birini yazdım, bu kimi xeyli faktlar sadalamaq olar. Amma biz o qəbirin yanından vız o tərəfə keçirik, vız bu tərəfə keçirik.
Elə bil Nizaminin qəbrinin yanından yox, “Bığ” restoranının yanından keçirik. Bu bölgədə Nizamidən böyük, Nizamidən masştablı kim var? Heç kim…
Hansısa bir gürcü yazıçısı “Quqark” kimi roman yazsaydı, ən azı alman, ingilis, fransiz dilinə çevirmişdilər.
Gələnin də, gedənin də qabağına qoyub deyəcəkdilər ki, bizdə belə sülhməramlı roman var.
Bəlkə artıq filmini də çəkmişdilər. Bu, əsla demoqogiya deyil. Dəqiq belədir.
Biz etmirik, ya da edə bilmirik, ya da etməyə ehtiyacımız yoxdu. Özümüz özümüzü maraqlı etməsək, heç kim bizə maraq göstərməyəcək.
Belə mövzularda yazı yazanda necə boşboğazlıq etdiyimi hiss edirəm. Bunun fərqindəyəm. Doğrudan da neftin qiymətinin aşağı düşdüyü, virusun tüğyan etdiyi, adamların təşviş içində olduğu bir vaxtda mədəniyyət söhbəti etmək nə qədər yersiz və lazımsız görünür.(azlogos)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək