00:55 / 22-11-2024
Silvester Stallone yeni seriala çəkilir
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
23:28 / 21-11-2024
Gəncədə iki nəfər bıçaqlanıb
22:07 / 21-11-2024
Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib
20:55 / 21-11-2024
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
19:12 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
18:08 / 21-11-2024
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
18:03 / 21-11-2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17:49 / 21-11-2024
Pərviz Şahbazov İstanbula gedir
17:25 / 21-11-2024
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar imzalayıb
17:18 / 21-11-2024
Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar
17:08 / 21-11-2024
Nazirlər Kabineti riskli vergi ödəyiciləri haqqında qərar imzalayıb
16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Zülmətin ortaya çıxardığı həqiqətlər
Tarix: 14-07-2018 14:48 | Bölmə: Seymur BAYCAN
(Kəklik ovuna çıxan sərçəylə maraqlanmaz)
Atalar məsəli
Gəncənin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd hadisəsi Azərbaycan reallığının üstünə yekə bir güzgü tutdu. Hərə öz səviyyəsinə, üslubuna, düşüncəsinə, savadına, intellektinə uyğun bir şəkildə nə qədər insan utanmadan, çəkinmədən baş vermiş bu sui-qəsd hadisəsindən razı qaldığını, sevindiyini müxtəlif formalarda ifadə etdi. Hətta uzağa gedib sui-qəsd törətmiş şəxsi milli qəhrəman kimi qiymətləndirənlərin dəsayı az olmadı. Bu, dəhşətdir. Günümüzdə dəhşət sözündən tez-tez istifadə olunsa da, amma indi dəhşət sözünü burada işlətməklə bir qram da şişirtməyə, israfçılığa yol vermirik.
Ölkə əhalisinin böyük bir hissəsi Gəncə şəhər başçısına qarşı törədilmiş sui-qəsd hadisəsinə sevinir. Bir qrup insan isə sui-qəsd hadisəsi nəticəsində yaranmış bu sevincin belə açıq-aşkar ifadə olunmasının humanistlikdən, insanlıqdan, dəyərlərdən kənar bir hərəkət olduğunu iddia etməkdədir. Lakin humanizm carçılarının şərhləri və izahları heç də səmimi görünmür. Ona görə ki, onlar bu sevincin niyə belə kütləvi hal aldığını və sevincin niyə beləaçıq-aşkar ifadə olunduğunu, bu acınacaqlı vəziyyətin necəyarandığını gözəl bilirlər.
Sui-qəsdə sevinənlər də öz növbələrində yaxşı başa düşürlər ki, bir qrup adamın humanizm çağırışları səmimi deyil, onlar sadəcə,bu cür humanizm çağırışları ilə hakimiyyətə yarınmaq istəyirlər.
Sui-qəsd hadisəsinə sevinənlərin gətirdikləri arqumentlər də kifayət qədər tarlıdır. Bəs camaatın anasını, bacısını, körpə uşağını polis bölməsinə aparanda humanizm, milli dəyərlər, insanlıq niyə yadınıza düşmürdü? Əgər həqiqətən dəmilli dəyərlərin tapdanması humanizmdən, insanlıqdan kənar hərəkətlər sizi belə bərk narahat edirsə, niyə onda səsinizi çıxarıb demirdiniz ki, körpə uşağı polis bölməsinə aparmaq humanizmdən, insanlıqdan, milli dəyərlərdən kənar hərəkətlərdir? Məhz bu səbəbdən bir qrup adamın humanizm çağırışları məlum hadisəyə sevinənləri qıcıqlandırmaqdadır.
Göründüyü kimi, xeyli qarışıq vəziyyətdir. Elə yazının müəllifinin özü də bu dəqiqə qarışıq hisslər keçirməkdədir. Həm yazmaq istəyir, həm də yazmaq istəmir. Həm hər şeyə inanır, həm heç nəyə inanmır. Amma bir müəllif kimi maksimum çalışacam ki, keçirdiyim qarışıq hisslər yazıya sirayət edərək, yazıda qarışıqlıq yaratmasın.
Bilmirəm nədənsə, hansısa özümə də məlum olmayan səbəbdən neçə gündür Tsqaltuba qəsəbəsində gördüyüm qardaşlıq məzarlığını xatırlamaqdayam. O məzarlığa təsadüfən yolum düşmüşdü. Amma deyilənə görə, həyatda təsadüfən heç nə baş vermir. Bütün təsadüflər zəruriyyətdən doğur. Bəlkə doğurdan da belədir. Açığı, bu sözdən elə də xoşum gəlmir. Mən təsadüfün elə təsadüf olmasının tərəfdarıyam. İstəmirəm bütün təsadüflər zəruriyyətdən yaransın...
Tsqaltubada yerli bir sakinlə İkinci Dünya Müharibəsi mövzusunda söhbət edirdik. Həmsöhbətim milliyətcə gürcü idi. Tsqaltuba qəsəbədir, Gürcüstanda, Kutaisi şəhərindən on kilometr aralıda yerləşir. Sovet vaxtı çox varlı qəsəbə olub. Sovetin hər yerindən ora adamlar müalicə olunmağa gəlirmişlər. O qəsəbəni tanıyan xeyli azərbaycanlı var. Hər il, xüsusən də yay aylarında xeyli azərbaycanlı Tsqaltuboya müalicə olunmağa gedirlər.
Belə bir söhbət var ki, Stalin İkinci Dünya Müharibəsi zamanı gürcüləri qoruyub, Gürcüstandan insan itkisinin çox olmamasına çalışıb. Həmsöhbətim bunun mif olduğunu sübut etmək istəyirdi və deyirdi ki, əksinə, Stalin gürcü olduğuna görə gürcülərə qarşı daha çox tələbkar olub. Bu cürə söhbət etdiyimiz vaxt birdən məlum oldu ki, Tsqaltuboda qardaşlıq məzarlığı var. Demə, İkinci Dünya Müharibəsi zamanı burda məktəblərin birini çevirib ediblər hospital və hospitalda ölən əsgərləri elə burda da basdırırmışlar. Gürcü həmsöhbətimə qardaşlıq məzarlığını görmək istədiyimi bildirdim. Öz-özünmə dedim ki, gedim görüm orda nələr var. Maşına oturub getdik məzarlığa. Sovet vaxtı 9 May günü məktəblilər, pionerlər, komsomolçular, müəllimlər, partiya işçiləri, zəhmətkeşlər bura gəlib məzarların üstünə təzə güllər düzüb, şəkillər çəkdirirmişlər. Veteranlar çıxışlar edirmişlər. Sovet çökəndən sonra 9 May günü də bir gün kimi gözdən düşür. Məzarlıq da yavaş-yavaş dağılır. Lap sonralar Rusiyanın Gürcüstandakı səfirliyi məzarlığı bir az qaydasına salır.
Məzarlıqda gəzirəm. Yay fəslidir. İstidir. Cırcıramalar cırıldaşır. Adətən belə havalarda Turgenyevin kişi qəhrəmanları bekarçılıqdan kiməsə eşq elan edib aranı qatışdırırlar. Bilə-biləözlərin müşkülə salırlar...
Qardaşlıq məzarlığında balaca, dördkünc daşların üstündəki adları, familyaları oxuyuram. Burda cürbəcür, ən müxtəlif familiyalara rast gəlmək mümkündür. Rus, erməni, gürcü, müsəlman... Çoxusu cavan ölüb. Adları, familiyaları, doğum vəölüm tarixləri balaca, dördkünc daşların üstünə yazılmış və indi çürüyüb torpağa qarışmış bu adamların hərəsini tale bir eldən, bir obadan, bir ailədən yığıb bura gətirib. Onların hər biri kiminsə oğlu, kiminsə əmisi, kiminsə dayısı, kiminsə qardaşı olub... Qara kağızları gələndə doğmaları nə qədər ağrı, nə qədər iztirab çəkiblər.
İkinci Dünya Müharibəsində ölənlərin yaxınlarına qanpulu verirdilər. Elə analar, elə atalar olub ki, qanpulunu almayıblar. İnana bilməyiblər övladlarının ölümünə, inanmaq istəməyiblər, ölənə qədər yolunu gözləyiblər.
Dördkünc, balaca daşların üstündəki adları, familiyaları, doğum və ölüm tarixlərini oxuyuram və düşünürəm; heç zad, bu da axırı.
Bir suala cavab tapmaq istəyirəm; görəsən dünyaya nöş gəlir insan? İnsanlar bu fani, Süleymana da qalmayan dünyada niyəbir-birlərini didirlər? Nəyin üstündə? Doğrudanmı bunu dərk etmək çətindir ki, heç kim dünyadan özüylə heç nə aparmır? Başım çıxmır. Mat qalmışam.
Yazını oxuyan bir çox adamlara əlbəttə ki, bu suallar banal görünəcək. Amma onlar bir məsələni yaddan çıxarmasınlar; həyat həqiqətləri kifayət qədər banal deyilmi? Vəziyyəti yalandan mürəkkəbləşdirməyin, hər cürə xırda-xuruş şeyləri əldə etməyi nailiyyət, uğur adlandırmağın nə mənası var?
Hər dəfə hipermarketlərə, ticarət mərkəzlərinə yolum düşəndə adını müəyyən səbəblərə görə çəkmək istəmədiyim dahi filosofun sözün xatırlayıram; Bu dünyada mənə lazım olmayan nə qədər şey var. Necə dəqiq deyib. Sözün həqiqi mənasında insanların kreditə maşın, telefon almasını, ev təmir etdirməsini, kreditlə harasa istirahətə getməsini, kreditlə toya bahalı müğənni gətirməsini, yalan danışıb, şər atıb, ağa qara deyib villa tikməsini, kreslo, vəzifə, orden, medal qamarlamaq naminə özünü “hərraca” çıxarmasını, irili-xırdalı bu cürə əməllərlə məşğul olmalarını başa düşə bimirəm. Onu da bilirəm ki, onların özünü ifadə etməsi üçün hər cürə yolla madiyyat əldə etməkdən savayı başqa şansları, vasitələri yoxdur. Bununla belə yenə də təəccüblənməkdə davam etməkdəyəm. Burda dayanaq. Bu elə bir mövzudur ki, bu mövzuda nə qədər səmimi danışsam xeyli adamın gözündə bir o qədər də yalançı kimi görünəcəm.
Əslində bir az geniş baxdıqda baş vermiş məlum hadisəyə insanların sevinməsi həqiqi həyəcan siqnalıdır. Bu hadisə göstərdi ki, hakimiyyətlə insanlar arasında necə böyük bir uçurum yaranıb. Bir dəfə bunu qeyd etmişdik, mövzumuza uyğundur deyə, bir daha qeyd edək. Avtoritar, totalitar və bu kimi, buna oxşar digər siyasi sistemlərə xas iki əcaib məsələ var ki, sonradan elə bu iki məsələ onların belə deyək, öz bəlasına çevrilir.
Birincisi, onlar o qədər yalan danışırlar ki, artıq öz yalanlarına özləri də inanmağa başlayırlar. Azad media sıradan çıxarılır, həqiqəti deyən, hətta demək istəyən adamlar “düşmən dəyirmanına su tökənlər”, “inkişafı görmək istəməyənlər”, hətta vətən xainləri kimi qələmə verilərək müxtəlif formalarda repressiya olunurlar. Mənfəətpərəst, mövcud vəziyyətdən yararlanmağı fürsət bilənlər isə həqiqəti, yarımhəqiqəti deyil, hakimiyyətin eşitmək istədiyini dilə gətirirlər. Ölkədə baş verən hadisələr, problemlər müzakirə olunmur, problemlərdən çıxış yolları axtarılmır, nəticədə xalqla hakimiyyət arasında böyük bir uçurum yaranır.
İkincisi, avtoritar, totalitar və bu kimi digər siyasi sistemlər repressiv üsullarla əhali arasında qorxu mühiti yaratmağı, demokratik institutları sıradan çıxartmağı özlərinin bir uğuru kimi başa düşürlər, bu uğur onlarda öz hakimiyyətlərinin sarsılmazlığına inam hissi yaradır, onları arxayınlaşdırır.
Gəncədə baş verən hadisə düşünməyi bacaran hər bir kiçik və iriçaplı məmurun, deputatın, jurnalistin, şairin, yazıçının, həkimin, müəllimin, vəkilin, aktivistin, ümumən hər bir şüurlu vətəndaşın nəticə çıxartmalı olduğu çox ağır hadisədir. Belə davam etsə, bu işlərin axırı yaxşı qurtarmayacaq. Nəhayət, bunu birdəfəlik başa düşmək lazımdır.
Müdrik Höte deyirdi ki, əgər iki adam dava edirsə, onlardan ən çox günahkarı ən ağıllı olanıdır. Hötenin sözünü bir az başqa formada istifadə etsək belə bir mənzərə yaranır. Əgər adamlar hakimiyyət nümayəndəsinin sui-qəsdə məruz qalmasına sevinirlərsə və sui-qəsdi törədəni qəhrəman adlandırırlarsa, bu cürə vəziyyətin, bu aqressiyanın yaranmasında hakimiyyət günahkardır. Gəncədə baş verən hadisə insanların nə qədər aqressiv, qəzəbli olduğunu, təəssüf ki, artıq heç bir qırmızı xəttin qalmadığını, mənəvi aşınmanı üzə çıxartdı. Bütün bunlar, xüsusən də insanların aqressiyası yaxşı heç nə vəd etmir. Tarixə nəzər salsaq görərik ki, bir çox ölkələrdə intihar mərhələsindən sonra siyasi təlatümlər mərhələsi başlayıbdır. Məsələn, Rusiyada inqilabdan əvvəl ölkəni intihar dalğası bürümüşdü. Bunun bədii inikasını rus klassiklərinin Dostoyevskinin, Çexovun, Kuprinin, Qorkinin əsərlərində görə bilərik. Hətta Qorkinin özü intihara cəhd etmişdi. Səhv etmirəmsə tapançayla özünü vurmuşdu. Sanki Azərbaycanda da intihar mərhələsindən siyasi təlatümlər mərhələsinə keçid prosesi baş verməkdədir. Çexovun təbirincə desək, milli vurma cədvəli olmadığı kimi, milli tarix də olmur. Hakimiyyət nümayəndələri Gəncədə baş vermiş hadisəni adi kriminal hadisə kimi xarakterizə etməyə, kriminal hadisə kimi qələmə verməyə, hadisənin miqyasın kiçiltməyə çalışsalar da, adamlar bu cürə təqdimatı qəbul etmədilər, qəbul edə bilmədilər. Hakimiyyət mediasi, hakimiyyət nümayəndələri Gəncədə baş vermiş hadisədən sonra çox zəif, çaşbaş görünürdü. Bunun günahkarı hakimiyyətin özüdür. Azadlıqların boğulmasının, hakimiyyətin media siyasətinin ağır fəsadları ortadadır. İnsanların hakimiyyətin nəzarətində olan media orqanlarına, hakimiyyət nümayəndələrinə inamı, etimadı qalmayıb. Gəncədə baş verən hadisənin sırf yarıtmaz, ədalətsiz, kobud idarəetmənin nəticəsi olduğunu adamlar yaxşı başa düşür və ona görə də hadisəni törətmiş şəxsi asanlıqla qəhrəmana çevirdilər. Əgər hakimiyyətin yuxarı eşelonunda təmsil olunan məmurlar bu ağır hadisədən ciddi nəticələr çıxartmasalar, deməli, onlar reallıq hissini tamam itiriblər.
Allah axırın xeyir eləsin!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır