00:55 / 22-11-2024
Silvester Stallone yeni seriala çəkilir
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
23:28 / 21-11-2024
Gəncədə iki nəfər bıçaqlanıb
22:07 / 21-11-2024
Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib
20:55 / 21-11-2024
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
19:12 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
18:08 / 21-11-2024
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
18:03 / 21-11-2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17:49 / 21-11-2024
Pərviz Şahbazov İstanbula gedir
17:25 / 21-11-2024
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar imzalayıb
17:18 / 21-11-2024
Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar
17:08 / 21-11-2024
Nazirlər Kabineti riskli vergi ödəyiciləri haqqında qərar imzalayıb
16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
İtirilmiş toyuqların axtarışında - S. Baycan yazır
Tarix: 27-01-2019 21:37 | Bölmə: Seymur BAYCAN
Dünən az qala səhərdən axşama qədər Tiflisin bazarlarında kənd toyuğu axtarmışam. Bazarlarda sıraların arasında gəzə-gəzə düşünürəm; görəsən, hara yoxa çıxdı o əsl, həqiqi toyuqlar? Hər yerdə necə qəşəng görünürdülər. Hində, həyətdə, maşının sandığında, qoltuğun altında, çəpərin üstündə, kinoda, uşaq kitablarındakı rəsmlərdə, qazanda, boşqabda, tülkünün ağzında... Çığırtmasını yeyəndə adamın barmaqları bir-birinə yapışırdı.
Nə oldu, nə baş verdi ki, adamlar ayaqlarını yorğanlarına görə uzatmaq istəmədilər? İnsanları nə yoldan çıxartdı? Seriallar, yoxsa reklamlar? Niyə adamlar tənbəlləşdilər? Axı nəyə görə həyəti olan adam toyuq, yumurta, göy-göyərti üçün bazara, marketə qaçmalıdır? Aydın məsələdir, hər şey üçün bazara, marketə qaçsan, buna heç Həzrəti Süleymanın xəzinəsi də davam gətirə bilməz. Niyə birdən-birə hamı bəy, xanım olmaq istədi? Bu axmaq iddia onlarda necə, hansı vasitələrlə yarandı? Niyə adamlar arzuları ilə imkanlarının sərhədlərini itirdilər və nəticədə ağır kreditlərin altında əzab, məşəqqət çəkməli oldular? Bu dəqiqə yüngülvari bir araşdırma aparsaq, məlum olacaq ki, kredit götürən adamların azı əlli faizi mənasız, gərəksiz, lazımsız yerə, heç bir zərurət, məcburiyyət, ehtiyac olmadığı halda kredit götürüblər. Ev təmirinə elə də ciddi ehtiyac olmadığı halda kredit götürüb ev təmir ediblər, kreditlə telefon, mebel, maşın alıblar, kreditlə səyahətə, istirahətə gediblər. Soruşsan, niyə belə etmisən, deyəcəklər ki, ürəyim təzə telefon, təzə mebel, təzə maşın, gəzmək, istirahətə getmək istəyirdi. Bu, əsla ciddi arqument deyil. Ürək çox şey istəyə bilər. Bəyəm ürəyin bütün istəkləri həyata keçməlidir? Belə şey yoxdur. Ürəyin nazı ilə oynamaq olmaz. Ürəyin bir istəyi həyata keçəndə ən azı əlli istəyi də həyata keçməməlidir. Bu həqiqətlərin ən bayağısıdır. Ürək həyata keçməyən istəklərlə dolub-daşmalıdır. Həyatın qanunu belədir. Həqiqətən də, başa düşə bilmirəm, kreditlə təzə mebel, maşın, telefon alıb, kreditlə ev təmir edib, kreditlə istirahətə, səyahətə gedib sonra da “krediti necə ödəyəcəm?”, - sualının yaratdığı həyəcanla, təşvişlə yaşamağın mənası nədir?
Bir ailədə iki, üç, bəzən dörd qadın xeylağı olduğu halda ailə niyə gedib kreditə qabyuyan maşın, paltaryuyan maşın almalıdır? Kimin imkanı var, gedib beş qabyuyan, paltaryuyan maşını lap birdən alsın. Amma imkan olmadığı halda gedib kreditə qabyuyan, paltaryuyan maşın almaq yolverilməzdir. İmkanı olmayan adamlar zəhmət çəkib qabı da, paltarı da əllə yumalıdır.
Bazarlarda kənd toyuğu axtara-axtara, sıraların arasında gəzə-gəzə bu cür ağır düşüncələrə qərq olmuşam. Hində, həyətdə, çəpərin üstündə, qoltuğun altında, maşının sandığında, kinoda, uşaq kitablarındakı rəsmlərdə, qazanda, boşqabda, tülkünün ağzında gözəl görünən həqiqi, əsl toyuqların yoxa çıxmasına yanıb tökülürəm. Çox təəssüf ki, itirilmiş, yoxa çıxmış həqiqi, əsl toyuqlar haqqında danışanda özünü hazırcavab hesab edən bir Allah bəndəsi tez adamın sözünü kəsir və təxminən belə bir çıxış edir; sən, sadəcə, öz keçmişin üçün darıxırsan, toyuqlar dəyişməyib, onlar əvvəllər necə olublarsa, eləcə də qalıblar. Bütün bunları sən sadəcə, təsəvvür edirsən və sairə və ilaxır.
Belə sözləri eşidəndə məcbur qalıb susursan. Çünki bir az da dərinə getsən qayıdıb adama qırmızı-qırmızı deyərlər ki, heç sən özün də yoxsan, özün özünü təsəvvür edirsən.
Bəli, həyatda elə şeylər var ki, danışmaqla, yazmaqla, çəkməklə onu başqalarına izah etmək olmur. Gərək adam o şeyləri özü öz gözləriylə görsün. Bununla razılaşmalıyıq.
Sergey Gerasimovun “Adamlar və vəhşilər” adlı bir filmi var. İki-üç səhnəni çıxmaq şərti ilə yaxşı filmdir. Xoşum gəlir o filmdən. Filmdə bir qadın onu Leninqrad mühasirəsində ölümdən xilas etmiş bir kişiylə təsadüfən rastlaşır. Qadın başlayır kişiyə diqqət və qayğı göstərməyə. Qızı isə bu diqqət və qayğının səbəbini başa düşmür. Anasına sual verir:
- O, sənə nə edib?
- O, mənim həyatımı xilas edib.
- Necə?
- Bir tikə çörək verib.
Bir tikə çörək. İndi gəl bu qıza Leninqrad mühasirəsində, adamların pişikləri, siçovulları, meyitləri, uşaqları yedikləri bir vaxtda bir tikə çörəyin nə olduğunu başa sal. Başa sala bilməzsən. Gözünü açıb mağazalarda həmişə çörək görmüş, ağzı “isti yerdə” olan bir qızcığaz Leninqrad mühasirəsində bir tikə çörəyin nə demək olduğunu başa düşə bilməz.
***
Müdrik Höte deyirdi; hər əlli ildən bir adamlar arasında münasibətlər dəyişir.
Mənə elə gəlir ki, hər əlli ildən bir adamlar arasında münasibətlərin dəyişməsi ilə bərabər dad da dəyişir. Bəzi dadlar itirmi? İtir. Amma biz bu itirilmiş dadlar haqqında danışanda bunu bir çoxları keçmişi ilahiləşdirmək, keçmiş üçün darıxmaq kimi qiymətləndirirlər. Bunun özü də bir növ senzuradır, ifadə azadlığının pozulmasıdır.
Bəndəniz uşaq olarkən dördkünc, kağızının üstündə canavar (“Nu poqodi”) şəkli olan bir dondurma vardı. Stepanakert Süd Kombinatında istehsal olunurdu. Bu dondurma bəzi yerlərdə iyirmi, bəzi yerlərdə isə iyirmi beş qəpiyə satılırdı. Çox çətinliklə tapılırdı. Köşklərə gətiriləndən az sonra qurtarırdı. Ciddi deyirəm, uşaqlar, yeniyetmələr bir yana, yekə-yekə kişilər, yekə-yekə arvadlar bu dondurmanı əldə etmək üçün müxtəlif vasitələrə əl atırdılar. Bu dondurmaya əlimiz çatmayanda məcbur qalıb böyük təəssüf hissi ilə başqa dondurma alırdıq və başqa dondurmanı yedikcə kağızının üstündə canavar şəkli olan dördkünc dondurmanı ala bilmədiyimiz səbəbindən yaranmış təəssüf hissi daha da artırdı. Çünki müqayisəyə gəlməz dərəcədə dad, keyfiyyət fərqli idi. Səksəninci illərin sonlarında kağızının üstündə canavar şəkli olan dondurmaya ermənilərin donuz tükü qatması barədə şayiə yayılmağa başladı. Guya bu donuz tükü adamın bədəninə gedəndə hansısa ağır bir xəstəlik yaradır və adam qısa müddətdə ölür. O dövrun ab-havasının fonunda belə şayiələr adamlara ciddi təsir göstərirdi. Beləliklə, birdən-birə adamların bu dondurmaya marağı kəskin azaldı. Böyüklər uşaqlara kağızının üstündə canavar şəkli olan dondurmanı alıb yeməmələrini bərk-bərk tapşırırdılar. Nəticədə dondurmanı asanlıqla əldə etmək mümkün oldu. Daha əvvəlki kimi adamlar dondurmanın üstündə dava salmırdılar, dondurmanı əldə etmək üçün müxtəlif vasitələrə əl atmağa ehtiyac qalmamışdı. Əgər yaddaşım məni aldatmırsa, kağızının üstündə canavar şəkli olan dondurma barəsində müxtəlif şayiələrin yaranmasına, deyəsən, sevinmişdim. Donuz tükü, ağır xəstəlik tapmaq, qısa müddətdə ölmək kimi dondurma ətrafında gəzən şayiələr vecimə deyildi, dondurmanı alırdım və yeyirdim. Sonralar məlum hadisələr daha da qızışdı. Kağızının üstündə canavar şəkli olan dondurma birdəfəlik yoxa çıxdı.
Kağızının üstündə canavar şəkli olan dondurmanın heyrətamiz dadı haqqında nə vaxt danışırdımsa, mütləq bir adam əsəblərimlə oynayıb deyirdi; sən uşaq olmusan, ona görə də o dondurma xatirəndə elə dadlı qalıbdır. Mən isə çalışırdım izah edim ki, keçmiş üçün darıxmaq, keçmişi ilahiləşdirmək, şəxsi hislərini, şəxsi xatirələrini ümumiləşdirmək insan təbiətinə xas bir cəhətdir, bunu bilirəm, amma o dondurma doğrudan da müstəsna dərəcədə dadlı bir dondurma idi. Keçmişi ilahiləşdirmək, keçmiş üçün darıxmaq, şəxsi hislərini, şəxsi xatirələrini ümumiləşdirmək insan təbiətinə xasdır deyərək, durub nə vaxtsa həqiqətən mövcud olmuş müstəsna bir dada şər, iftira ata bilmərəm. Ümumi, qəbul edilmiş trendə əsaslanaraq, söykənərək yalandan ağıllı-ağıllı deyə bilmərəm ki, ay filan, filan yeməklər, ay filan, filan konfetlər, irislər, şokoladlar, meyvələr, tərəvəzlər, bağışlayın, mən uşaq olduğuma görə sizə yüksək qiymət vermişəm və indi bığlı, saqqallı bir kişi kimi sizinlə bir daha təmasa girmək, görüşmək, qarşılaşmaq şansım yaransa, çox güman, uşaqlıqda olduğu qədər məndə təəssürat yarada bilməzsiniz.
Kağızının üstündə canavar şəkli olan dondurmanın illərlə dadını axtardım. Yorulmurdum, ruhdan düşmürdüm. Hara gedirdimsə, müxtəlif dondurmaların dadına baxırdım. İsa peyğəmbər deyirdi; döyün, açılacaqdır, axtarın, tapacaqsınız. Yaddaşımda ciddi iz qoymuş dondurmanın dadını illərlə axtardım və Rusiyanın şəhərlərindən birində tapdım. Buna nə qədər sevindiyimi təsəvvür edə bilməzsiniz. İllərlə axtardığım dadı tapanda qəti şəkildə əmin oldum ki, keçmişi ilahiləşdirməyin, keçmiş üçün darıxmağın, şəxsi xatirələri, şəxsi hisləri ümumiləşdirməyin məsələyə, söhbətə o qədər də dəxli yoxdur, bəzi dadlar doğrudan da olublar, bu dadlar zamanın gedişatına, həyat şərtlərinə boyun əyərək bəzən azalırlar, bəzən tamam itirlər, bəzən isə küncdə-bucaqda gizlənirlər. Küncdə-bucaqda gizlənən dadları axtarıb tapmaq, mümkündürsə, imkan varsa, bərpa eləmək, genişləndirmək, yaymaq lazımdır. Məsələn, bir gənc dostumla təxminən iki il əvvəl Kutaisi şəhərinə getmişdik. Biz şəhərdə gəzə-gəzə mən itirilən, azalan, küncdə-bucaqda gizlənən dadlar haqqında danışırdım. Gənc dostum isə yuxarıda bir neçə dəfə qeyd etdiyim formada, mədəni bir şəkildə dediklərimə müqavimət göstərirdi; keçmiş üçün darıxmaq, keçmişi ilahiləşdirmək və sairə və ilaxır. Qəzavü-qədər elə gətirdi ki, şəhərin kənarında dolaşarkən bir köhnə restoran diqqətimi cəlb etdi. Girdim restoranın zalına, bir sağa baxdım, bir sola baxdım və çox yox, bir neçə saniyəyə başa düşdüm ki, bura təkcə restoran deyil, həm də illərin sınağından çıxmış əsl məbəddir. Üstünə çoxlu quş rəsmləri çəkilmiş divarların küncünə siçan tələləri qoyulmuşdu. Çoxdandı siçan tələsi görmürdüm. Deməli, burda siçan var və bunu restorana gəlib-gedən adamlardan gizlətmirlər. Nə boyük səmimiyyət! Bufetin arxasında klassik bir arvad, “hazır roman” dayanmışdı. On-on beş il əvvəl biz, yəni gənc yazarlar qarşıladığımız maraqlı tiplər, maraqlı adamlar haqqında zarafatla “hazır romandır” ifadəsini işlədirdik. Zala baxdığım zaman restoranın aşbazı da mətbəxdən çıxıb bufetin arxasında dayanmış arvada yaxınlaşdı və nə barədəsə danışmağa başladılar. Gördüm, aşbaz da əsl klassik arvaddır. O arvadlardan ki, indi sayları olduqca azalıb və həyat bu cür davam etsə, çox güman, bir neçə ildən sonra nəsilləri kəsiləcək. Gələcək nəsillərə bir vaxtlar belə arvadların mövcud olması ağılasığmaz görünəcək. Dostuma dedim, gəl oturaq, burada söhbətlər var, buradan yan keçmək günahdır, indi sənin üç tuzuna üç altı çıxaracam. Həqiqətən də sifariş verdiyimiz yeməkləri yedikcə mənə elə gəlirdi ki, təkcə yemək yemirəm, həm də ibadət edirəm. Baxışlarım siçan görmək ümüdi ilə özümdən aslı olmadan elə hey divarların dibində gəzirdi. Dostum isə yeməklərin dadına baxdıqca deyirdi; hə, bəy, indi bildim, nə demək istəyirsən.
***
“Axmeteli teatri” metrostansiyasının yaxınlığındakı bazarda gəzərkən diri toyuqlar gördüm. Yanaqlarından qan daman bir kişi döşəkçəli, söykənəcəksiz stulda oturub üzündə xoşbəxt təbəssümlə xaçapuri yeyirdi. Toyuqlar isə arxasındakı dəmir qəfəsə salınmışdı. Kişidən soruşdum:
- Kəsilmiş, təmizlənmiş toyuq yoxdur?
Kişi gözünün birin qıyıb dedi:
- Yoxdur, hansını istəyirsən, əlini uzat, bir dəqiqəyə kəsim, verim.
Ağır bir dillema ilə qarşı-qarşıya dayanmışdım. Qəfəsdəki toyuqlardan birini qızartmağı, birini də çığırtmağı ürəyim nə qədər istəsə də, gözümün qarşısında toyuqların başının kəsilməsinə heç cür razı ola bilməzdim. Yanaqlarından qan daman kişinin dediyi sözlər də kifayət qədər ağır idi: hansını istəyirsən, əlini uzat, bir dəqiqəyə kəsim verim.
Qəfəsdə oturub aqibətlərini gözləyən toyuqlara baxdım. İndi mən əlimi onlardan birinə tərəf tuşlayıb necə deyim ki, bunu istəyirəm, bax, məhz bunu kəs.
Hava soyuq idi . Qulaqlarım üşüyürdü. Dillema qarşısında qalmaqdan təngə gəldim. Onsuz da hər cür dillemmalar qarşısında qalmaqdan boğaza yığılmışam. Çətin də olsa, özümdə güc və iradə tapıb qəfəsə salınmış toyuqlardan asta addımlarla, gözlərimi yerdən ayırmadan birtəhər uzaqlaşdım, bazardakı camaata qarışıb, gözdən itdim.
Bazardan çıxanda uşaqlığım yadıma düşdü. Yadıma düşdü ki, kişisiz evlərdən birinin qapısından bir əlində bıçaq, bir əlində toyuq tutmuş qadın çıxırdı küçəyə. Oğlan uşağı görəndə soruşurdu: a bala, kəsilmisən? Həyasızlar, utanmaq, qızarmaq nə olduğunu bilməyənlər qışqıraraq “hə” cavabı verirdilər. Mənim kimi bir az abır-həyası olanlar kəsildiyini başını tərpətməklə təsdiq edirdi. Elə ki qadın sualına bu və ya digər formada “hə” cavabı alırdı, əlində tutduğu toyuğu və bıçağı uzadırdı sənə tərəf: al bunu kəs. Toyuğu kəsib yoluna, işinə-gücünə davam edirdin. İndi mənə toyuq kəsdiyim vaxtlar necə uzaq, necə dəhşətli görünür. Başa düşə bilmirəm, bir canlının qanadlarını ayaqlarım altına alıb necə boğazına bıçaq çəkə bilmişəm.
***
Nəhayət, gəzə-gəzə Samqori bazarına gəlib çıxdım. Burda müsəlman bir arvaddan arada göy-göyərti alıram. Sakit, fağır, çəlimsiz bir qadındır. Bazarda göyərti satan digər qadınlara heç oxşamır. Onu alıcı çağıran görməmişəm. Sakitcə dayanıb alıcını gözləyir. Bu cəhətinə görə ona rəğbətim var. Bir dəfə nə işlə məşğul olduğumu soruşmuşdu. Demişdim, institutda müəlliməm. Desəydim yazı, hekayə yazıram, söhbət uzanacaqdı.
Artıq bazar sovulmaqda idi. Qadın isə bazarı tərk etməmişdi. Həmişəki kimi sakitcə dayanıb alıcı gözləyirdi. Əvvəlcə bir az göy-göyərti aldım. Nə bilim, kişniş, vəzəri, nanə, soğan, şüyüd... Aldığım göyərtinin pulunu ödədikdən sonra qadına dedim ki, mən namaz qılan adamam, (əlhəmdülillah, sifətimdən nur tökülür) bu broyler toyuqlarını yeyə bilmirəm, mümkünsə, kənddən sabah mənə kəsilmiş, təmizlənmiş iki toyuq gətirsin, xərci nədir, artıqlamasıyla verim. İstədim, deyəm seyidəm, fikirləşdim, qadın birdən sünni olar. Həm də qorxdum, söhbət uzanar, broyler toyuğu yeməmək üçün namaz qılmağım kifayət qədər bəs eləyir, ağını çıxarmaq lazım deyil. Qadın dedi ki, kəsilmiş, təmizlənmiş toyuqları sabah bazara gətirəcək. Telefon nömrəmi qadına verdim ki, toyuqları bazara gətirəndə zəng vursun, gəlib toyuqları ondan götürüm. Belə razılaşdıq. Gördüm, qadın sözlü adama oxşayır. Soruşdum, nəsə lazım deyil, birdən nəsə lazım olar, utanarsan deməyə. Utanma! Demə, bunun ürəyi dolu imiş. Dedi ki, balaca gədəni evləndirmək istəyirəm, yaxşı qız axtarıram, bəlkə dərs dediyin qızların içində yaxşı qız olar. Başqa vaxt bu sözlərə babat gülərdim, amma qadın bu sözləri deyib, bayıra çıxmış saçlarını yaylığının altına yığanda, onun bu hərəkəti o qədər təbii, o qədər səmimi, o qədər doğma göründü ki, ürəyimdə ona qarşı bir anda sonsuz, nəhayətsiz mərhəmət hissi yarandı. Dedim, yaxşı, sizə uyğun qız tapsam, xəbər edərəm.(Azlogos.eu)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır