Müxalifət antiterror əməliyyatını dəstəkləyir
Tarix: 19-09-2023 15:30 | Bölmə: Siyasət
Müxalifət antiterror əməliyyatını dəstəkləyir

Azərbaycan Müdafiə Nazirliyi bir neçə saat əvvəl Qarabağda lokal antiterror əməliyyatlarına başladığını elan edib. Əməliyyatda qanunsuz erməni silahlı birləşmələrinin, həmiçinin Qarabağda olan Ermənistanın hərbi birləşmələrinə məxsus obyektlər vurulur, mülki əhali heç bir halda hədəfə alınmır.

Qeyd edək ki, Azərbaycan tərəfini antiterror əməliyyatına başlamaq məcburiyyətində qoyan separatçı ermənilərin müntəzəm olaraq dinc azərbaycanlılara qarşı terror aktları törətməsi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə bu gecə erməni təxribatçıların minalar yerəşdirməsi və vətəndaşlarımızın bunun qurbanına çevrilməsidir.

Reyting.az xəbər verir ki, müxalifət partiya liderləri də Azərbaycan Ordusunun başlatdığı əməliyyatlara tam dəstəyini ifadə edir.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər:

“Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatına başlayıb. Tam uğurlu, mümkün qədər sürətli və qısamüddətli olsun. Tanrı qəhrəman əsgərimizi qorusun!”.

VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı:

“Ordumuz alçaq terrorçuları Qarabağdan süpürüb atmaq üçün həlledici savaşa başladı. Allah ordumuzu və Azərbaycanımızı qorusun!”.

KXCP sədri Mirhahmud Mirəlioğlu:

“Torpaqlarımızın işğaldan tam azad olunması üçün keçirilən antiterror əməliyyatı - Bütöv Azərbaycan yolunda mühüm addımlardan biridir. Ordumuz müzəffər, əsgərimiz qalib olsun”.

Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn:

“Xankəndi və ətrafı elə bu gün terrorçulardan təmizlənməlidir. Düşmənə ölüm. Vur əsgər! Canımız sənə fəda olsun!”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}