Gürcüstanda seçkidə dava düşüb
Tarix: 28-10-2018 13:48 | Bölmə: Siyasət
Gürcüstanda seçkidə dava düşüb

Marneuli rayonunun İmiri kəndində (Kvemo Kartli regionu) polisə tabe olmadığına görə hakin “Gürcü arzusu” və müxalif Vahid milli hərəkar” partiyalarının üzvləri saxlanılıblar.

Reyting.az Gürcüstan mediasına istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyə İmiridə 59 sayı seçki komssiya üzvünün döyülməsi haqda məlumat daxil olub. Hadisə yerinə gələn polislər iki kişi – “Vahid milli hərəkat” və “Gürcü arzusu” partiyaları üzvləri arasında davanın şahidi olublar.

Polis əməkdaşları onları bir neçə dədə sakitləşməyə dəvət ediblər, lakin kişiləri ayırmaq mümkün olmayıb. Hər ikisi adminstrativ qaydada saxlanılıb. Qayda pozanların min laridən 4 min lariyə qədər (371 dollardan 1,4 min dollara qədər) cərimələnə bilərlər.

Gürcüstan vətəndaşları ilk dəfə prezidenti ümumi səsvermə yolu ilə seçirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər