18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Klinton: “Tramp prezident seçilsə, ABŞ-ı NATO-dan çıxaracaq”
Tarix: 20-02-2024 00:03 | Bölmə: Siyasət
Klinton: “Tramp prezident seçilsə, ABŞ-ı NATO-dan çıxaracaq”

Keçmiş prezident Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə ABŞ-ı NATO-dan çıxarmağa çalışacaq.

Reyting.az
“NBC News”-a istinadla xəbər verir ki, belə bir xəbərdarlığı ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton edib.

Münhen Təhlükəsizlik Konfransında nahar sessiyasında çıxış edən Klinton nümayəndələri Trampı “sözün həqiqi mənasında və ciddi qəbul etməyə” çağırıb.

“2016-cı ildə insanlar onu ciddi qəbul etmədilər. İndi o, bizə nə edəcəyini söyləyir və bunu aradan qaldırmağa çalışan insanlar alternativ reallıqda yaşayırlar.

İmkan verilsə, o, avtoritar lider olmaq üçün əlindən gələni edəcək. O, bizi NATO-dan çıxaracaq”, - deyə Klinton əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}