Tramp: “Rusiya-Ukrayna müharibəsini sona çatdıracağam”
Tarix: 15-10-2024 11:36 | Bölmə: Siyasət
Tramp: “Rusiya-Ukrayna müharibəsini sona çatdıracağam”

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya lideri Putinlə münasibətlərinin çox yaxşı olduğunu bildirib.

Reyting.az
-ın məlumatına görə, Şərqi Pensilvaniyanın Ouks şəhərində çıxış edən Tramp Rusiya lideri ilə yaxşı münasibətlərini bir daha təsdiqləyib və onun prezidentliyi dövründə Ukraynanın işğalının heç vaxt baş verməyəcəyini söyləyib.

Putinin Ukrayna qərarından da söz açan Tramp əlavə edib ki, Rusiyanın dövlət başçısı yalnız hazırkı prezident Co Baydenə görə qərar verib.

Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə də yaxşı münasibətlərinin olduğunu deyib.

Tramp qeyd edib ki, ABŞ prezidenti seçilsə, Rusiya-Ukrayna müharibəsini sona çatdıracaq.

ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}