Cümə, 18 aprel 2025, 03:53:30  
STM-də türkiyəli tədqiqatçılarla görüş keçirilib - Fotolar
Tarix: 14-04-2025 17:09 | Bölmə: Siyasət
STM-də türkiyəli tədqiqatçılarla görüş keçirilib

Azərbaycan Sosial Tədqiqatlar Mərkəzində (STM) Türkiyədən olan tədqiqatçılarla görüş keçirilib.

Bu barədə Reyting.az-a STM-dən bildiriblər.

Görüşdə iştirak edən Mustafa Öztop (TRT, Türkiye Araştırmaları Vakfı), İsmet Söylemez (Kayseri, Abdullah Gül Universiteti) və dosent Ahmet Hüsrev (Düzce Universiteti) bölgə ilə bağlı, kommunikasiyalara dair həyata keçirdikləri layihə haqqında STM rəhbərliyinə məlumat veriblər.

STM İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Mərkəz yaradıldığı gündən etibarən ciddi tədqiqatlar həyata keçirib, Türkiyənin müvafiq ictimai rəy mərkəzləri ilə əlaqələr qurub.

Z. Oruc deyib ki, Mərkəz müvafiq fəaliyyətlərə dair təkcə ictimai rəyi öyrənməklə işini yekunlaşdırmır, dövlət rəhbərliyinə, müvafiq qurumlara açıq və qapalı siyasət arayışları təqdim edir.







Bölməyə aid digər xəbərlər