Putin Qərb qoşunlarını vurmaqla hədələyir
Tarix: 05-09-2025 11:05 | Bölmə: Siyasət
Putin Qərb qoşunlarını vurmaqla hədələyir

Rusiya lideri Vladimir Putin bildirib ki, Qərb qoşunları Ukrayna ərazisinə gəlsələr, onlar Rusiya üçün qanuni hədəfə çevriləcəklər.

Reyting.az
xəbər verir ki, Putin, həm də Moskvanı Ukrayna ilə danışıqlar üçün “ən yaxşı yer” adlandırıb.

“Ukraynada hərbi əməliyyat zamanı hər hansı bir qoşun meydana çıxarsa, bu, qanuni hədəf olacaq. Əgər uzunmüddətli sülhə gətirib çıxaran qərarlar qəbul olunarsa, o zaman mən onların Ukrayna ərazisində olmasının sadəcə mənasını görmürəm”, - Rusiya prezidenti bildirib.

Həmçinin, onun fikrincə, təhlükəsizlik təminatı təkcə Ukrayna üçün deyil, həm də Rusiya üçün olmalıdır. Eyni zamanda, Putin əmin edib ki, Rusiya Federasiyası Ukrayna ilə bağlı sülh sazişləri əldə edildikdə onlara tam əməl edəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub