Tarix: 27-06-2016 17:54 | Bölmə: Siyasət
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24” qırıcı təyyarəsinin vurulmasına görə Rusiya prezidenti Vladimir Putindən üzr istəyib.
Reyting.az saytı "Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya
prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
D.Peksovun sözlərinə görə, Ərdoğan "Su-24” qırıcı
təyyarəsinin vurulmasına görə V.Putinə üzrxahlıq məktub göndərib.
Kreml sözçüsü deyib ki, Ərdoğan öz məktubunda "üzr istəyirəm" ifadəsi işlədib.
Bununla yanaşı, Türkiyə prezidenti bildirib ki, rəsmi Ankara Moskva ilə münasibətləri
korlamaq istəmir. Ərdoğanın məktubunda o da vurğulanıb ki, Türkiyə "Su-24” təyyarəsinin həlak
olmuş pilotuna görə onun ailəsinə istənilən maddi və mənəvi zərəri ödəməyə
hazırdır.
Xatırladaq ki, Türkiyə hərbçiləri ötən il noyabrın 24-də Rusiyaya məxsus "Su-24” təyyarəsini Türkiyə-Suriya sərhəddində vurub.
Nəticədə təyyarədəki iki pilotdan biri həlak olub.
Bölməyə aid digər xəbərlər