Zərif: “Mossad” casusunun edam edilməməsi üçün əlimdən gələni edəcəyəm” - Foto
Tarix: 21-08-2019 17:48 | Bölmə: Siyasət
Zərif: “Mossad” casusunun edam edilməməsi üçün əlimdən gələni edəcəyəm”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, İsveç-İran alimi Əhmədrza Cəlalinin edamının təxirə salınması üçün əlindən gələni edəcəyini bildirib.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, İsveçin paytaxtı Karolinska İnstitutunun tibb həkimi və müəllimi olan Cəlali 2016-cı ilin aprel ayında İranda həbs edilib və daha sonra casusluqda ittiham olunub.

O, bir neçə nüvə aliminə İsrailin sui-qəsd etməsinə köməklik göstərməkdə suçlu bilinir.

İran Ali Məhkəməsi 2017-ci ilin dekabrında edam hökmünü qüvvədə saxlayıb və Tehran prokuroru Abbas Cəfəri Doulətabadi Cəlalinin İranın nüvə və müdafiə planları və kadrları haqqında məlumat vermək üçün “Mossad” agentləri ilə görüşdüyünü bildirib.

İsveç Cəlaliyə 2018-ci ilin fevral ayında vətəndaşlıq verib.

Zərif: “Mossad” casusunun edam edilməməsi üçün əlimdən gələni edəcəyəm”




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər