Deputat: “Xəzərdəki payımız parlamentdə müzakirə edilməlidir”
Tarix: 24-08-2019 10:38 | Bölmə: Siyasət
Deputat: “Xəzərdəki payımız parlamentdə müzakirə edilməlidir”

"İranın Xəzərdəki payını dəyişdirmək üçün hər hansı bir müqavilə İslam Şurası Məclisi (parlament) tərəfindən təsdiqlənməlidir. Bu, indiyə qədər baş verməyib. Xəzər dənizindəki payımız təhlükəsizdir".

Reyting.az
“Fars” agentliyinə istinadla xəbər verir ki, bunu İran parlamentinin deputatı Seyyid Cavad Sadatinejad bildirib.

Kaşan, Aran və Bidgolu təmsil edən millət vəkili deyib ki, Xəzər dənizi suyunun Semnan vilayətinə çəkilməsi məsələsi təkcə İranda deyil, digər ölkələrdə də mövcud oxşar planlar üzrə müzakirə olunmalıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər