Eldar Əzizov Müsavat partiyasına qurultay üçün yer ayırdı
Tarix: 07-10-2019 13:50 | Bölmə: Siyasət
Eldar Əzizov Müsavat partiyasına qurultay üçün yer ayırdı

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay üçün yer ayırıb.

Bu barədə İcra Hakimiyyətindən Reyting.az-a verilən məlumata görə, partiyanın bununla bağlı müraciətinə baxılıb: "Qurultayın oktyabrın 12-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib".

Xatırladaq ki, Müsavat Partiyasının başqanı vəzifəsi uğrunda hazırki başqan Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı mübarizə aparırlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}