17:50 / 30-10-2025
Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib
17:46 / 30-10-2025
Səsdən sürətli yeni təyyarənin sınağı uğurlu olub
17:16 / 30-10-2025
Hindistan Rusiya neftini əldə etməyin yolunu tapıb
17:06 / 30-10-2025
Millimiz Moldova ilə heç-heçə edib
16:57 / 30-10-2025
ABŞ-nın nüvə sınaqlarına Rusiyanın münasibəti necədir?
16:56 / 30-10-2025
Bakıda 66 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
16:52 / 30-10-2025
Yeni parça gündəlik həyatı asanlaşdıracaq - Foto
16:42 / 30-10-2025
“Rosneft”-in törəmə şirkətini ələ keçirmək istəyirlər
16:34 / 30-10-2025
Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışıb
16:17 / 30-10-2025
General: Pokrovskdakı rus birliklərini məhv edəcəyik
16:12 / 30-10-2025
Ukraynada daha bir azərbaycanlı həlak olub
15:54 / 30-10-2025
Çin TikTok-da ABŞ ilə əməkdaşlıq edəcək
15:41 / 30-10-2025
Rusiyanın Vinnitsaya hücumunda 7 yaşlı qız həyatını itirib
15:13 / 30-10-2025
Prezident icra başçısını vəzifədən azad edib - Sərəncam
15:07 / 30-10-2025
Şəhid Aydın Nuriyevlə vida mərasimi keçirilib
14:57 / 30-10-2025
Daha bir vəzifəli şəxsin adı Ramiz Mehdiyevlə hallanır
14:49 / 30-10-2025
Saleh Səmədovun bir qardaşı həbs edilib, digəri axtarışa verilib
14:41 / 30-10-2025
İlham Əliyev Ermənistandakı sammitə qatılmayacaq
14:33 / 30-10-2025
Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Fotolar
14:16 / 30-10-2025
Eldar Əzizov məmurlara xəbərdarlıq edib - Müşavirə
13:58 / 30-10-2025
Ağdərəyə növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:53 / 30-10-2025
Saxlanılan icra başçısı nazir müşavirinin dayısıdır
13:46 / 30-10-2025
Azərbaycanlı milyarder “Lukoyl”dakı xarici aktivlərini satır
13:39 / 30-10-2025
Dünyanın qızıl ehtiyatı azalıb - Foto
12:38 / 30-10-2025
Baş redaktor saxlanılıb - Əməliyyat
12:18 / 30-10-2025
Monteneqroda antitürk və anti-Azərbaycan əhval-ruhiyyəsinin səbəbi nədir?
12:16 / 30-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:06 / 30-10-2025
Saxlanılan icra başçısının qızı məhkəmə hakimidir
11:57 / 30-10-2025
Şəhid Fikrət Əzizovla vida mərasimi keçirilib
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
15:13 / 30-10-2025
Prezident icra başçısını vəzifədən azad edib - Sərəncam
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
Müxalifətçilər ölkəmizə qarşı ermənilərlə eyni mövqedən çıxış edib
Tarix: 04-11-2019 17:02 | Bölmə: Siyasət

Hər bir siyasi lideri xalqa sevdirən başlıca meyar onun milliliyi, milli ideyaya bağlılığı və milli maraqlara xidmət etməsidir. Ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin hər bir mərhələsində Azərbaycana dərindən bağlı olduğunu, bütün gücünü və böyük siyasi təcrübəsini dövlətimizin inkişafına və xalqımızın rifahına sərf etdiyini, həm öz şəxsi mənəvi keyfiyyətləri, həm də gördüyü böyük işlərlə nümayiş etdirib. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin fəaliyyətində də dövlətə bağlılıq, xalqa xidmət, vətənpərvərlik, milli maraqların aliliyi qırmızı xətlə keçir.
Reyting.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün Facebook səhifəsində yazıb.
Ə. Həsənov qeyd edib ki, əgər Heydər Əliyev Azərbaycanı siyasi xəritədən silinmək təhlükəsindən xilas edib müstəqil dövlət quruculuğu prosesini müvəffəqiyyətlə təmin etdisə, İlham Əliyev Azərbaycanı müasirləşdirdi, modernləşdirdi və davamlı inkişaf yoluna çıxararaq qüdrətli bir ölkəyə çevirdi:
“Bir faktı da qeyd edim ki, həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanın siyasi həyatına öyrənilməsi və tətbiq edilməsi vacib olan bir çox fəaliyyət nümunəsi və ənənəsi gətirdilər. Təəssüf ki, opponentlərimiz bu böyük təcrübədən nəinki faydalanmırlar, əksinə, sanki hər addımları ilə milli dövlətçilik ənənələrimizdən, xalqımızn və dövlətimizin maraqlarından necə də uzaq olduqlarını sübut etməyə çalışırlar.

Ə. Həsənov
Sirr deyil ki, Azərbaycanın radikal müxalifəti uzun illərdir ABŞ-ın fəal ermənipərəst dairələri, xüsusilə Kristofer Smit, Frenk Pallone kimi konqresmenlər tərəfindən himayə olunmaqdadırlar. Məhz Kristofer Smitin təşəbbüsü ilə təqdim edilmiş “Azərbaycan demokratiya aktı - 2015” adlı layihədə Birləşmiş Ştatların Azərbaycanla münasibətlərinə yenidən baxması və ölkəmizə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulurdu. 1992-ci ildə Azərbaycana qarşı tətbiq olunmuş “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin müəlliflərindən biri də məhz K. Smit olmuşdur. Ermənipərəst konqresmenlərin təşəbbüsü ilə 2017-ci ildə ABŞ Helsinki Komissiyasının təşkil etdiyi "Qarabağ dinləmələri"ndə də bir tərəfdən Azərbaycana qarşı sanksiyalar məsələsi gündəmə gətirilmişdi, digər tərəfdən Dağlıq Qarabağın “repressiv dövlət” olan Azərbaycanın tərkibində qalmasının qeyri-mümkünlüyü ətrafında kampaniya təşkil olunmuşdu. Yaxud, 2016-cı ildə ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasının təşkil etdiyi anti-Azərbaycan dinləmələrində Əli Kərimlinin oğlu Türkel Kərimli, həm də həmin vaxt Dağlıq Qarabağdakı separatçı rejimin başçısı olan Bako Saakyanın oğlu Armen Saakyanla birlikdə öz anti-Azərbaycan fəallıqları ilə seçilmişdilər.
Nəhayət, sonuncu cəhd - bu ilin oktyabrın 31-də Vaşinqtonda təşkil olunmuş və cəmi 10-11 nəfərin iştirak etdiyi “Azerbaijan: Peaceful protests and torture” adlı tədbirdə “Milli Şura” adlanan qurumun sədri Cəmil Həsənli K. Smitin 2015-ci ildən bəri təkrarladığı çağırışa istinad edərək, bir daha Azərbaycana qarşı “Maqnitski aktı”na bənzər sanksiyaların tətbiqini gündəmə gətirməyə çalışdı. Maraqlıdır ki, Cəmil Həsənli və ətrafının ABŞ-da Azərbaycana qarşı təşkil olunmuş tədbirdə sanksiyalardan danışdığı bir zamanda, qondarma “DQR”-in nümayəndə heyəti Konqresdə və digər instansiyalarda görüşlər keçirirdi. Həmin görüşlərdə nə danışıldığını və hansı iddiaların irəli sürüldüyünü xatırlatmağa ehtiyac yoxdur. Lakin artıq neçənci dəfədir ki, Azərbaycanın radikal müxalifət nümayəndələri və erməni separatçılarının həm Avropada, həm də ABŞ-da təşkil etdiyi tədbirlərin sinxronluğu diqqəti xüsusi cəlb edir. Deməli, eyni vaxtda bir tərəfdən “Milli Şura” tədbir təşkil edərək Azərbaycanda “dözülməz vəziyyətin” olduğunu isbat etməyə çalışır, digər tərəfdənsə erməni separatçıları “Azərbaycan kimi dövlətdə ermənilərin yaşamasının qeyri-mümkünlüyü” məsələsini gündəmə gətirirlər. Bu dərəcədə xəyanət və riyakarlıq nümunəsinə, yəqin ki, Pavlik Morozov da qibtə edərdi”.
Prezident köməkçisi bildirib ki, oktyabrın 31-də təşkil olunmuş tədbirin gedişində Cəmil Həsənlinin və digərlərinin iddiaları Türkiyənin ABŞ-dakı diplomatının da kəskin etirazına səbəb olub: “Türkiyəli diplomatın tədbirdə Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktına toxunulmamasına, Azərbaycanın guya FETO-ya dəstək verməsi barədə iddialara kəskin reaksiyası, internet azadlığının guya məhdudlaşdırılmasının deyil, torpaqların işğalının Azərbaycanın əsas problemi olduğunu diqqətə çatdırması, bizim “milli demokratların” susqunluğu fonunda erməni fəalın təxribatçı sualını layiqincə cavablandırması, sözün əsl mənasında, bir vətənpərvərlik, dövlət və xalq təəssübü nümunəsidir. Onun bizim müxaliflərdən “oktyabrın 30-da qondarma “DQR”-in başçısının Konqresin binasında keçirdiyi tədbirə etiraz edən azərbaycanlılara niyə qoşulmadınız”,- sualı və “ümumiyyətlə, münaqişənin həlli məsələsində müxalifətin mövqeyi bilinmir”,- fikrini dilə gətirməsi isə həqiqətən də, utancverici bir haldır.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında hökumət üzərində ictimai nəzarətin gücləndirilməsinin zəruriliyi barədə danışıb və əhalini bu məsələdə daha fəal olmağa çağırıb. Əgər ictimai nəzarət bir tərəfdən cəmiyyətdə şəffaflığın, qanunçuluğun təmin olunması və hökumətin daha yaxşı işləməsi üçün zəruridirsə, digər tərəfdən də ölkənin əsas siyasi partiya institutlarının, onların başında dayanan şəxslərin fəaliyyətinin araşdırılması, antimilli hərəkətlərinin sərt qınanması, belə xəyanətkarların siyasi səhnədən silinməsi üçün təsirli mexanizmlərin düşünülməsini zəruri edir. Cəmiyyət öz ambisiyalarını reallaşdırmaq üçün hər cür antimilli aktlara qoşulan, hətta Dağlıq Qarabağ kimi ümummilli problemin həllində belə üzdə “ura patriotluq” edən, arxada isə əks fəaliyyət göstərənlərə qarşı qəti mövqe nümayiş etdirməlidir. Artıq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda əsas maneənin beynəlxalq birliyin susqunluğu ilə yanaşı, həm də bu tipli antimilli ünsürlərin düşmənlərimizin mövqeyini gücləndirən xəyanəti olduğunu başa düşməyin zamanı çatıbdır”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:34
Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışıb
Bu gün, 08:29
Aİ İsraili Qəzzada atəşkəsə əməl etməyə çağırıb
Dünən, 19:05
Polşa ilə Rusiya arasında gərginlik artır
Dünən, 17:45
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
Dünən, 17:19
"QHT işi": Zamin Zəkinin məhkəməsi başlayıb
Dünən, 16:30
Baş Prokurorluq sabiq deputata xəbərdarlıq edib
Dünən, 14:37
Azərbaycan və Oman XİN başçıları arasında görüş olub
Dünən, 12:24
Sabiq deputat 3 milyonluq mənimsəmədə ittiham olunur
28-10-2025, 23:13
Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırılıb
28-10-2025, 12:15
Etibar Məmmədov: “Cəfəng adamlara cavab vermirəm”
28-10-2025, 07:56
Mehdiyevin məktubu Müsavatla AMİP arasında mübahisə yaradıb
27-10-2025, 21:28
Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub - Yenilənib
27-10-2025, 18:08
Ceyhun Bayramov Ayşe Berris Ekinci ilə görüşüb
27-10-2025, 14:52
Zabil Qəhrəmanovun həbsindən şikayəti verilib
27-10-2025, 10:50
Allahşükür Paşazadə Papa ilə görüşəcək
27-10-2025, 08:46
Tokio Moskva ilə anlaşmağa hazırdır
27-10-2025, 08:30
“Tramp daha çox mafioza bənzəyir” - Professor
26-10-2025, 10:46
Trampın iştirakı ilə sülh sazişi imzalanıb
25-10-2025, 17:55
“Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya gedib
24-10-2025, 16:20
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
24-10-2025, 13:19
Milli Məclisin iclasında deputatlar arasında gərginlik yaranıb
24-10-2025, 11:05
Milli Məclis 17 məsələni müzakirəyə çıxarıb
24-10-2025, 10:45
İnam Kərimov: "Ədalət yalnız bir yerdə və ya bir qurumda cəmlənmir"
24-10-2025, 08:43
Putin: Dialoq müharibəni davam etdirməkdən yaxşıdır
23-10-2025, 17:30
QHT işi: Asiman Qocayevin məhkəməsi başlayıb
23-10-2025, 12:43
QHT rəhbəri 148 min manat mənimsəmədə ittiham olunur
23-10-2025, 07:18
Tel-Əviv İordan çayının qərb sahilini ilhaqa hazırlaşır
22-10-2025, 20:31
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
22-10-2025, 15:37
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
22-10-2025, 14:13
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
22-10-2025, 08:28
Vens: Türkiyə Qəzzada atəşkəsdə konstruktiv rol oynayır
21-10-2025, 14:40
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
21-10-2025, 12:24
Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib
21-10-2025, 08:45
İsrail ordusu atəşkəsə əməl etmir
20-10-2025, 17:49
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
20-10-2025, 11:42
Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu müdafiə edir
20-10-2025, 08:18
Qəzzada vəziyyət fəlakət həddinə çatıb
19-10-2025, 10:54
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - Yenilənib
19-10-2025, 07:56
Zahid Oruc ittihamlarla razılaşmır
17-10-2025, 18:53
Kreml Donald Trampı çaşdırır
17-10-2025, 18:08
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
17-10-2025, 15:04
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
17-10-2025, 11:18
Xaricdə yaşayan blogerlərin məhkəməsi başlayıb
17-10-2025, 10:41
Ukrayna oyundankənar vəziyyətə salınır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək