08:34 / 25-12-2024
Ottava Pekinə etiraz edir
Müxalifət liderləri Müsavatın qərargahına toplaşır - Sülhəddin Əkbər isə...
Tarix: 05-11-2019 12:50 | Bölmə: Siyasət
Müxalifət liderləri Müsavatın qərargahına toplaşır - Sülhəddin Əkbər isə...

İstənilən halda siyasi dialoqa, ən azı müxalifət daxilində müzakirələrin aparılmasına böyük ehtiyac var. Həm ölkədə, həm regionda, həm də dünyada yaranan vəziyyət geniş müzakirə və analiz olunmalıdır.

Reyting.az
xəbər verir ki, bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu gün Müsavat Partiyasının qərargahında keçiriləcək müxalifət liderlərinin görüşü haqqında danışarkən deyib.

Sülhəddin Əkbər qeyd edib ki, həm ölkədə, həm regionda, həm də dünyada yaranan vəziyyətin analizi zamanı dialoq masası ətrafında əyləşənlər ümumi fikrə gələcəklərsə, bu zaman onlar ölkədə yaranan vəziyyətdən çıxış yollarını birgə aramalıdırlar: “Razılığa gələ bilsələr birgə fəaliyyət formaları da tapmalıdırlar”.

Müxalifət liderləri Müsavatın qərargahına toplaşır - Sülhəddin Əkbər isə...
S. Əkbər

Bununla belə S. Əkbər son 26 ildə müxalifət rəhbərlərinin dəfələrlə birgə müzakirələr aparmasına, amma anlaşma əldə edə bilməməsinə, əvəzində bir-birini ittiham etməsinin səbəbləri haqqında danışmağı indiki vəziyyətdə etik saymır: “Bunun səbəbləri çoxdur və əslində başqa bir söhbətin mövzusudur. Görüş ərəfəsində belə mövzu ətrafında ictimai diskusiya açmağın işin xeyrinə olacağını zənn etmirəm”.

Xatırladaq ki, bu gün Müsavat Partiyasında müxalifəti təmsil üçün Arif Hacılı, İsa Qəmbər, Pənah Hüseyn, Əli Kərimli, Cəmil Həsənli və Əli İnsanovun iştirakı ilə müzakirələrin keçirilməsi gözlənilir. A. Hacılının təşəbbüsü ilə baş tutacaq görüşdə Ə. Kərimli və C. Həsənlinin iştirak etməyəcəyinə dair xəbərlər yayılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər