00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Erkən seçkilərdən və yeni parlamentdən gözləntilər - Analiz
Tarix: 10-12-2019 22:31 | Bölmə: Siyasət

9 fevral 2020-ci ildə Azərbaycanda yeni parlament seçkiləri keçiriləcək. Bu prosesin cəmiyyətimiz üçün qeyri-adiliyi ondadır ki, Milli Məclisin V çağırışı öz səlahiyyət müddətini tam başa vurmamış, hakim Yeni Azərbaycan Partiyası (YAP) parlamentin tərkibinin yenilənməsi zərurətini əsas gətirərək seçkilərin erkən keçirilməsi təşəbbüsü ilə çıxış edib. Nəticədə, müxtəlif hüquqi prosesudurlardan keçməklə, o cümlədən Konstitusiya Məhkəməsinin rəyi alınmaqla, Milli Məclisin fəaliyyətinə xitam verilib və prezident İlham Əliyev tərəfindən yeni seçkilər təyin olunub.
Doğrusu, növbəti parlament seçkilərinin öz vaxtında - 2020-ci ilin payızında deyil, daha erkən tarixdə keçirilməsi bir sıra siyasətçilər, siyasi analitiklər və müşahidəçilər tərəfindən dəfələrlə gündəmə gətirilmiş, ancaq YAP funksionerləri, həmçinin hakimiyyətin yüksək ranqlarında təmsil olunan hüquqşünaslar tərəfindən bu ehtimal təkzib olunmuşdu. Bununla belə, həm siyasi qüvvələr, həm də cəmiyyətin aktiv təbəqələri növbəti parlament seçkilərinin vaxtından öncə keçiriləcəyinə inam bəsləməkdə davam edirdilər. Milli Məclisin V çağırışının rəsmi səlahiyyət müddətini doldurmadan buraxılmasını zəruri edən bir neçə ciddi səbəb vardı.
Əvvəla, Azərbaycan prezidenti İlham Əliyev cəmiyyətin və dövlət idarəçiliyinin bütün sferalarını əhatə edən islahatlar aparmaq üçün ardıcıl, sistemli və prinsipial siyasət yürüdür. Bu siyasətin uğurla davam etməsi, öz məqsədlərinə çatması, qısa, orta və uzun vədədə ölkəmizə real nailiyyətlər gətirə bilməsi üçün Milli Məclisin öz funksionallığı daxilində, obrazlı desək, əlini daşın altına qoyması lazımdır. Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilən islahatların əsas konturlarına nəzər yetirsək görəcəyik ki, aparılan yeni siyasət Azərbaycanın dövlət təşkilatının mobilləşdirilməsinə, iqtisadi təşəbbüskarlığın artırılmasına, vətəndaşların sosial və hüquqi təminatının gücləndirilməsinə, sabitliyin qorunmasına və təkamül yolu ilə milli tərəqqi konsepsiyasına qarşı yönəlmiş daxili və xarici təhdidlərin zərərsizləşdirilməsinə, insan kapitalının inkişafına nail olmaqla istehlakçı toplumdan istehsalçı topluma keçid amalına xidmət edir.
Heç şübhəsiz, cəmiyyət tərəfindən müsbət qarşılanmaqla və ciddi şəkildə dəstəklənməklə yanaşı, bu islahatlar dövləti və cəmiyyəti xərçəng xəstəliyi kimi içəridən gəmirən korrupsiya mexanizminə ağır zərbələr endirir, bununla da hakimiyyətin qarşısına, hələlik latent formada olsa belə, müxtəlif “risk qrup”ları çıxardır - bu barədə prezident özü də açıq danışıb. Heç kimə sirr deyil ki, həmin qruplar öz nümayəndələrini, bəzi hallarda isə ən yaxın adamlarını Milli Məclisin hazırkı tərkibinə də daxil edə biliblər. Odur ki, parlament seçkilərinin erkən keçirilməsini bir tərəfdən dövlət başçısının islahatlar kursunun şaxələnməsinə, hakimiyyətin qanunverici qoluna yayılmasına, digər tərəfdən isə islahatların sürətlənməsi və sadə vətəndaşların öz həyatında maksimum hiss edəcəyi effektiv nəticələr verə bilməsi üçün əngəlləyici faktorların tam sıradan çıxarılmasına yönəlmiş siyasi qərar kimi nəzərdən keçirmək lazımdır.
Eyni zamanda, danılmaz faktdır ki, Milli Məclislə cəmiyyət arasında gizlədiləsi mümkün olmayan, siyasi hakimiyyət üçün istənilən həssas situasiyada açıq nəzərə çarpan ziddiyyətlər vardı. Yetərincə yaşlanmış, təfəkkürcə yeni çağın trendlərindən geri qalan, cəmiyyətlə effektiv kommunikasiya qura bilməyən, bəziləri gülüş, rişxənd, qınaq obyektinə çevrilən, əsasən, “düymə basmaq”la öz işini bitmiş hesab edən deputat korpusu “zamanın ruhu” ilə ayaqlaşmağı bacarmırdı. Milli Məclisin V çağırışının sosioloji tablosuna baxsaq, bu yetərsizliyin səbəb və təzahürlərini daha aydın görə bilərik. Yəqin xatirinizdədir, prezident İlham Əliyev bu ilin başlanğıcında “Real” telekanalının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə vermiş, həmin müsahibədə Azərbaycanda hakimiyyətin keyfiyyətcə yeni məzmuna keçidinin konturlarını cızmışdı. Məhz həmin müsahibədən sonra bəlli olmuşdu ki, dövlət başçısı hakimiyyətin bürokratik institutlaşmasına zidd olan bir idarəçilik modelinə - edhokratiyaya üstünlük verir. Bu modelə üstünlük verməklə o, hər bir vətəndaşın dövlətin və cəmiyyətin inkişafında davamlı və fəal iştirakçılığına yol açmağı faydalı hesab edir. İlham Əliyevin təqdim etdiyi yeni model, ilk növbədə onun bir lider kimi özünə inamının və yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının sürətlə yayıldığı tarixi şəraitdə - “ikinci ekran” çağında zamanın çağırışlarına çevik reaksiya verməsinin göstəricisi idi. Əgər hakimiyyətin bir qolunda - icraedici institutda edhokratik model tətbiq edilir, idarəçilik cəmiyyətdən gələn təşəbbüslər əsasında qurulur, hökumət xidmət sahələrini genişləndirməyə və yeni qaynaqlar formalaşdırmağa can atırsa, qanunverici orqan üzvlərinin də bu tendensiyaya uyğun kollektiv kimlik və motivasiya ilə hərəkət etməsi zəruridir.
Nəhayət, “rəsmi ağız” olmadığımdan mənim bir siyasi icmalçı olaraq bu barədə açıq danışmağım qəbahət olmaz. Heç kimə sirr deyil ki, qloballaşan və “kiçilən” dünyada istənilən ölkədə seçkilər bölgədə marağı olan dövlətlərin xüsusi xidmət orqanları üçün yeni əməliyyat şəraiti yaradır. Əgər dünyanın ən qüdrətli dövlətləri hələ də öz ölkələrində gerçəkləşən seçkilərə xarici müdaxilələrdən, kənar güclərin kiber texnologiyalar vasitəsi ilə ictimai rəyi yönləndirmək cəhdlərindən danışırlarsa, Azərbaycan kimi təlatümlü regionda yerləşən gənc bir dövlətdə səsvermənin tarixinin dəyişdirilməsi milli təhlükəsizlik baxımından zəruri və faydalı manevr kimi dəyərləndirilməlidir. Bu baxımdan o da xüsusi nəzərə alınmalıdır ki, seçki kampaniyasının gerçəkləşəcəyi zaman kəsimi ölkəmizdə qış aylarına təsadüf edəcək və ona görə də Azərbaycan torpaqlarının önəmli bir hissəsini işğal altında saxlayan Ermənistanın cəbhə bölgəsində təxribat törətmək imkanları kifayət qədər zəifləyəcək. Hər halda Azərbaycanın xaosa sürüklənməsi Ermənistanın daimi arzusudur və mərkəzi hakimiyyətimizin güclü, inamlı və iradəli olması rəsmi İrəvanı hər zaman təlaşa sürükləyən faktordur.
Bütün bunlardan sonra, bir həqiqəti də açıq söyləməkdə fayda var: parlament seçkilərinin erkən keçirilməsi, əslində, hakim partiyanın deyil, hakim partiyanın liderinin təşəbbüsüdür. Əlbəttə, İlham Əliyev ilk növbədə bir siyasətçidir, bir hərəkatın lideridir və bütün siyasətçilər, siyasi liderlər kimi onun da seçki hədəfi partiyasının parlamentdəki üstün mövqeyini qorumaq, gücləndirməkdir. Bu baxımdan hər kəsə yetərincə aydındır ki, məhz İlham Əliyevin nüfuzu və xarizması sayəsində YAP Azərbaycanda dominant siyasi təşkilatdır və dominant siyasi təşkilat olaraq qarşıdakı seçkilərdən qətiyyən narahat deyil. Seçkilərdə qələbə üçün zəruri olan üç başlıca resurs - “Zaman”, “İnsan”, “Maliyyə” - baxımından hakim partiyanın heç bir sıxıntısı yoxdur. YAP uzun illər hakimiyyətdə olmasının yaratdığı avantajla bütün dairələr və məntəqələr üzrə yaxşı təşkilatlandığından istənilən majoritar bölgədə “qala”ya sahibdir. O “qala”lardan hər hansı birini məğlub etmək üçün istər parlament seçkilərində iştiraka, istərsə də boykota üstünlük verən müxalif siyasi təşkilatların resursları son dərəcədə kasaddır. Ancaq hakim partiyanın konkret namizədinin zəifliyi və ümumi siyasi konyukturanın şərtləri müqabilində onlar cüzi və epizodik qələbələrə ümid edə bilərlər. Odur ki, 9 fevraldan sonra Yeni Azərbaycan Partiyasının deputat korpusunun kəmiyyətində ciddi ölçüdə azalma və ya artma baş verəcəyini gözləmək nə qədər yanlışdırsa, Milli Şura rəhbərliyinin etdiyi kimi, keyfiyyət dəyişikliyini şübhə altına almaq da o qədər yersizdir. Prezident İlham Əliyevin icra hakimiyyəti orqanlarına yeni kadrların seçimində elan etdiyi iki meyarın YAP-ın namizədlərinin müəyyənləşdirilməsi üçün keçərli olacağı şübhəsizdir. Bu barədə danışarkən dövlət başçısı qeyd etmişdi ki, icra hakimiyyətinə müasir, intellektual və dövlətə bağlı cavanların cəlb olunmasına üstünlük veriləcək, eyni zamanda, yaşlıların təcrübəsi ilə gənclərin dinamizminin vəhdət təşkil etməsinə diqqət yetiriləcək.
Bəs, bu keyfiyyət, Anadolu türklərinin təbirincə desək, “perfomans” dəyişikliyi qarşıdakı dönəmdə ölkəmizə nələr vəd edir? Bu suala başlıca cavabları üç kateqoriya üzrə belə çeşidləmək olar:
1) Parlamentin rasionallaşdırılması. Azərbaycan Böyük Britaniya, Norveç, İsveç kimi Avropa dövlətlərindən respublika, Almaniyadan isə federal yox, unitar quruluşa sahib olması ilə fərqlənir. Bu dövlətlərdə parlament institutunun təşəkkülünə təsir etmiş tarixi faktorları kənara qoysaq belə, bizim siyasi sistemin əsas özəllikləri həmin təcrübələrə istinad etməyə ciddi imkanlar yaratmır. Tarixi inkişaf şəraiti və o şəraiti formalaşdıran amillərin fərqli olması, o cümlədən palataların sayındakı təzadı unutmadan deyə bilərik ki, Azərbaycan üçün Fransanın təcrübəsinə nəzər salmaq nisbətən daha əlverişlidir. Fransada parlament digər Avropa dövlətləri ilə müqayisədə, adətən, “zəif” xakarterizə olunur və bu xarakteristika həm ənənələrimiz, həm praktikamız, həm də Milli Məclisin konstitutsional vəzifələri baxımından Azərbaycan üçün də keçərlidir. 1958-ci ildə qəbul edilən Ana Yasa ilə “Beşinci Respublika”nın qurucuları Fransa parlamentini güclü icra hakimiyyətinin kölgəsində qoymuşdular. Bu, “rasionallaşdırılmış parlamentarizm” modeli adlanırdı. “Rasionallaşdırılmış parlament”in əsas xüsusiyyətləri budur ki, hətta parlament çoxluğunun dəstəyinə arxalanmayan hökumətlərin belə davamlılığına təminat verir, siyasi çalxalanmaların qarşısını alır. 26 sentyabr 2016-cı ildə keçirilmiş referendumla Azərbaycanın Konstitusiyasında edilən dəyişikliklərin parlamenti əhatə edən hissələri, xüsusən də Milli Məclisin buraxılması üçün prezidentə verilən səlahiyyətlər müəyyən mənada Fransanın “rasionallaşdırılmış parlament” modelinə keçidini yada salmaqla, üç prinsipial qənaət formalaşdırır:

- Azərbaycan parlamenti bu günə qədər olduğu kimi, növbəti seçkilərdən sonra da icra hakimiyyətini “kölgədə qoyan” bir qurum kimi çıxış etməyəcək, lakin hökumətin fəaliyyətinə nəzarət xeyli dərəcədə güclənəcək. Hökumətin fəaliyyətinə, xüsusən də dövlət vəsaitlərinin xərclənməsinə parlament tərəfindən “siyasi nəzarət”in güclənməsi, öz növbəsində:
- Azərbaycan prezidenti İlham Əliyev tərəfindən aparılan islahatların dərinləşməsinə səbəb olacaq, sosial dayaqlarını möhkəmlədəcək, dinamikasını artıracaq, effektivliyinin qiymətləndirilməsinə yeni zəmin yaradacaq. Bu zəmin:
- Ölkədə siyasi sabitliyin qorunması, hakimiyyətin davamlılığının təmin olunması, o cümlədən gələcəkdə prezident İlham Əliyevin siyasi varisinin müəyyənləşməsi və qələbə qazanması baxımından effektiv rol oynayacaq.
2) Parlamentin istehsalçılığı: Azərbaycanda aparılan islahatların kökündə dayanan ən önəmli amillərdən biri də sosial-iqtisadi, demoqrafik və texnoloji dəyişikliklərin cəmiyyətin gözləntilərinə sirayət etməsi, onu yenidən şəkilləndirməsidir. Dəyişən tələblər istər özəl, istərsə də dövlət sektorunda vətəndaşlara xidmətin yeni standartlarını yaradır və bu istəklər parlament institutundan da yan keçmir. Dünyanın istənilən ölkəsində parlamentlər cəmiyyətin dəyişən gözləntilərindən, adətən, geri qalır və elə ona görə də mütəmadi olaraq siyasi təmsilçilərin ümumi istehsal potensialının artırılması üçün yollar aranır. Bu baxımdan sınaqdan uğurla çıxmış üsullar aşağıdakılardır:
a) Parlament daxilində iş bölgüsünün və ixtisaslaşmanın düzgün aparılması;
b) Parlamentin işləmək imkanlarının genişlənməsi;
c) Parlamentlərə göstərilən xidmətlərin gücləndirilməsi.
Bütün bunları nəzərə alaraq, Azərbaycanda parlament islahatlarının seçkilərdən sonra da davam edəcəyini, bir institut olaraq Milli Məclisin daxilində də köklü dəyişikliklər olacağını güman etmək çətin deyil.
3) Parlamentin sosiallaşdırma gücü. Milli Məclis təkcə qanunverici orqan deyil! Yeni çağırışda Milli Məclisimizin qarşısında duran ən mühüm vəzifələrdən biri, zənnimizcə, bu prinsipdən qaynaqlanır. Oturuşmuş siyasi ənənələrə malik olan istehsalçı toplumlarda parlamentin funksiyaları dəyişməzdir və bu funksiyaların başında qanunvericilik və hökumətin fəaliyyətinə nəzarət kimi hər kəsə yaxşı məlum olan vəzifələr dayanır. Azərbaycan kimi yeni və inkişaf etməkdə olan dövlətlərdə isə parlamentin sırf qanunverici və nəzarətçi orqan statusu ilə çıxış etməsi siyasi sistemin möhkəmlənməsində və dövlət siyasətinin gerçəkləşdirilməsində heç də tam yetərli olmur. Reform və demokratik təsisatların yenidən strukturlaşdırılması mərhələsinə qədəm qoyan ölkə olaraq Azərbaycanda parlament xalqla siyasi sistem arasında əlaqələndirici rol oynamalı, ictimai diqqəti fasiləsiz olaraq siyasi proseslərə cəmləməli və islahatların reallaşmasında vətəndaş iştirakçılığının önünü açmalıdır. Bu sayaq “siyasi sosiallaşdırma” funksiyası daşıya bilmək üçün isə hakim partiya “qan dəyişdirərkən” xaricdə təhsil almış namizədlərlə yanaşı, sadə xalqın içindən çıxmış intellektual və enerjili iddiaçılara da öz siyahısında yer verməlidir.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru
Bölməyə aid digər xəbərlər

Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər