Müsavat Partiyası başqanının müavini sərbəst buraxılıb
Tarix: 29-07-2020 13:30 | Bölmə: Siyasət
Müsavat Partiyası başqanının müavini sərbəst buraxılıb

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli sərbəst buraxılıb.

Reyting.az
xəbər verir ki ki, bu barədə Fərəc Kərimli sosial şəbəkədəki səhifəsində məlumat verib.

Bildirib ki, bu gün səhər saat 7-8 arası Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığı mənzildən polis idarəsinə aparılıb:

"Saxlanma səbəbim kimi iyulun 14-dən 15-ə keçən gecə Milli Məclisin qarşısında keçirilən aksiyada iştirakım bildirildi. Polis idarəsində aksiyada iştirak edən, mənə bənzəyən birinin şəkili göstərildi. Video görüntülərə də baxılmasını istədim. Video görüntülərə baxılan zaman görüntülərdəki adamın başqa biri olduğu ortaya çıxdı. İzahatım alındıqdan sonra sərbəst buraxıldım. Mənə görə narahat olan dostlara təşəkkür edirəm. Hazırda evdəyəm”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}