17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ceyhun Bayramov Almaniya səfiri ilə görüşüb: "Azərbaycan işğalla heç vaxt barışmayacaq"
Tarix: 30-07-2020 19:41 | Bölmə: Siyasət
Ceyhun Bayramov Almaniya səfiri ilə görüşüb: "Azərbaycan işğalla heç vaxt barışmayacaq"

Bu ilin 30 iyul tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Volfqanq Maniqi qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Reyting.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq münasibətlərinin bir sıra sahələr, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər istiqamətlər üzrə inkişafına dair fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan, eləcə də bölgədə təhlükəsizliyə hədə olan Ermənistanın işğalçılıq siyasəti, iki dövlətin beynəlxalq sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribatı, eləcə də bölgədəki cari vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın rəhbərliyinin ziddiyyətli bəyanat və əməllərinin, eləcə də sonuncu planlaşdırılmış təxribatın münaqişənin həlli üzrə aparılan danışıqlara zərbə olduğu qeyd olunub. Azərbaycanın mahiyyət üzrə və nəticəyə yönəlik danışıqları dəstəklədiyini vurğulayan nazir, Azərbaycanın ərazilərinin işğalı ilə heç zaman barışmayacağını və danışıqların məhz işğalın nəticələrinin aradan qaldırılmasına xidmət etməli olduğunu qeyd edib.

Səfir Volfqanq Maniq səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Almaniya Xarici İşlər naziri Hayko Maasın Ceyhun Bayramova ünvanladığı təbrik məktubunu təqdim edib. İki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyindən əminlik ifadə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}