14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Kanadada ermənilər azərbaycanlılara hücum edib: xəsarət alanlar və saxlanılanlar var
Tarix: 02-08-2020 09:57 | Bölmə: Siyasət
Kanadada ermənilər azərbaycanlılara hücum edib: xəsarət alanlar və saxlanılanlar var

Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulması və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dinc aksiyaları geniş əks-səda doğurmaqdadır.

Artıq dünya Azərbaycanın haqq səsini eşidir və Qarabağın Azərbaycanın əzəli əraziləri olduğunu qəbul edir. Amma bu mübarizəyə sivil reaksiya verməkdə çətinlik çəkən erməni diasporu cinayətə əl atır, azərbaycanlılara qarşı zorakılıqdan, güc tətbiqindən çəkinmirlər.

Reyting.az
Modern.az-a istinadla xəbər verir ki, elə bu saatlarda Kanadada, Torontonun azərbaycanlılar çox yaşayan North York bölgəsində ermənilər həmyerlilərimizin avtomobillərini əzib, soydaşlarımıza xəsarət yetiriblər.

Məlumata görə, hadisə yerinə yüzlərlə azərbaycanlı toplaşdıqdan sonra ermənilər qaçıblar.

Torontoda yaşayan azərbaycanlı jurnalist, GLOBAL JOURNALİSM COUNCİL-in Kanada təmsilçisi Lalə Musaqızı bildirib ki, artıq Kanada polisi hadisə yerindədir. Bir neçə erməni saxlanılıb.

L. Musaqızı bildirib ki, Kanada hüququn aliliyi təmin edilən ölkədir. Azərbaycanlılar öz hüquqlarını müdafiə edəcək və cinayətkarlar cəzalarını alacaqlar.

Kanadada ermənilər azərbaycanlılara hücum edib: xəsarət alanlar və saxlanılanlar var




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}