Deputat keçmiş deputatın oğlundan şikayət edəcək - Qalmaqal
Tarix: 02-03-2021 13:17 | Bölmə: Siyasət
Deputat keçmiş deputatın oğlundan şikayət edəcək

“Mənə qarşı sosial şəbəkələrdə aparılan çirkin kampaniyanın başında duran, deputat seçkilərində alternativim olmuş Fərəc Quliyevin oğlu Mətin Quliyevdir”.

Reyting.az
xəbər verir ki, bu fikirləri son günlər sosial şəbəkələrdə təhqirlərə məruz qalmış deputat Etibar Əliyev “Facebook” səhifəsində yazıb.

Deputat ona qarşı bir neçə gündür ki, təşkil edilən söyüş kampaniyasının seçkilər zamanı da aparıldığını qeyd edib:

«Mətin Quliyev analoji piar kampaniyasını seçkilər vaxtı da aparırdı. Əlimdə kifayət qədər sübutlar var. Hüquq-mühafizə orqanlarına müraciət hazırlayıram. O, mənim adımdan “Facebook”da paylaşılan və mənim işlətmədiyim ifadələri məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb. Nəticədə ünvanıma təhqirlər yazılıb, özüm və ailə üzvlərim ən ağır formada həqarətlərə məruz qalıb. Parlamentin, eyni zamanda onun üzvü olaraq mənim nüfuzuma xələl gətirməyə cəhd edilib.


F. Quliyev-E. Əliyev

Onu da qeyd edim ki, məni “Facebook”da olmazın söyüşlərlə təhqir edən "Əbulfəz Babasoy" profili də Mətin Quliyev tərəfindən idarə olunur”.

Son günlər sosial şəbəkələrdə deputat Etibar Əliyevin adından hərbçilərin maaşının azaldılmasına bəraət qazandıran fikirlər paylaşılır.

Xatırladaq ki, Fərəc Quliyev ötən çağırışda 31 saylı Suraxanı ikinci seçki dairəsindən Milli Məclisin üzvü olub. O, 2020-ci ilin fevralında keçirilən növbədənkənar seçkilərdə həmin dairədən yenidən namizədliyini irəli sürsə də, bu dəfə Etibar Əliyev deputat seçilib.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}