14:28 / 22-08-2025
Baş mühasib həbs olunub
Abşeronda boya zavodu yanıb - (Yenilənir)
Tarix: 22-08-2025 12:58 | Bölmə: Xəbərlər
Abşeronda boya zavodu yanıb - (Yenilənir)

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın başlayıb.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.

Məlumata görə, polis əməkdaşları hadisə yerini mühafizə edir, təhlükəsizlik və digər zəruri tədbirlər görür.

***

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Reyting.az
xəbər verir ki, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda baş verən yanğın söndürülüb.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, hazırdas oyutma işləri görülür.




Bölməyə aid digər xəbərlər