14:28 / 22-08-2025
Baş mühasib həbs olunub
Ukrayna dronu beş dalğıcın ölümünə səbəb olub
Tarix: 22-08-2025 14:16 | Bölmə: Dünya
Ukrayna dronu beş dalğıcın ölümünə səbəb olub

Novorossiysk körfəzində (Rusiya) bir qrup rusiyalı dalğıc Ukrayna dəniz pilotsuz təyyarəsinin sudan çıxarılması zamanı həlak olub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

Məlumata görə, GUR-un Qara dənizdəki əməliyyatı zamanı hücum dəniz dronlarından biri Rusiyanın Qara dəniz donanmasının iri gəmilərinin qalıqlarını saxladığı Novorossiysk körfəzinə düşüb. Lakin elektron döyüş sistemlərinin hərəkəti səbəbindən pilotsuz uçan aparat idarəetmə mərkəzi ilə əlaqəni itirərək drift etməyə başlayıb.

“Bir müddət sonra yerli rus komandanlığı hücum dəniz dronunun tədqiqat üçün körfəzdən qaldırılmasına əmr edib. Tapşırığı yerinə yetirmək üçün Rusiya Hərbi Dəniz Qüvvələrinin beş elit kəşfiyyatçı dalğıcından ibarət qrup göndərilib”,- GUR qeyd edib.

Ukrayna tərəfinin bildirdiyinə görə, bu ruslar yüksək ixtisaslı “PDSS” kəşfiyyatçı dalğıclar (sualtı təxribat qüvvələri və vasitələri) bölməsindəndirlər ki, onların hazırlanmasına xeyli maliyyə və vaxt sərf olunur, həmçinin ən yaxşı avadanlıqla təmin edilirlər. Manipulyasiyalar zamanı Ukrayna dəniz pilotsuz uçan aparatı partlayıb. Partlayış nəticəsində Rusiyanın beş elit sualtı diversantı ölüb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər