Rubio: Biz Ukraynaya silah vermirik
Tarix: 19-08-2025 07:59 | Bölmə: Siyasət
Rubio: Biz Ukraynaya silah vermirik

ABŞ Dövlət katibi Marko Rubio Ukraynaya hərbi yardım sxemində köklü dəyişikliyin olduğunu açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

M. Rubionun sözlərinə görə, Vaşinqton Ukraynaya pulsuz silah tədarükünü dayandırıb və hazırda yalnız kommersiya satışları həyata keçirir. Ödəniş isə NATO strukturları vasitəsilə Avropa ölkələrindən gəlir.

“İndi biz onlara silah vermirik, satırıq və Avropa ölkələri onların pulunu NATO vasitəsilə ödəyir”,- deyə Rubio əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər