14:28 / 22-08-2025
Baş mühasib həbs olunub
Azərbaycan-Türkmənistan-Özbəkistan yüksəksəviyyəli görüşü keçirilib - (Yenilənib) - Fotolar
Tarix: 22-08-2025 14:59 | Bölmə: Slayd
Azərbaycan-Türkmənistan-Özbəkistan yüksəksəviyyəli görüşü keçirilib - (Yenilənib)

Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüş başlayıb.

Reyting.az
xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə foto çəkdiriblər.

***

Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirilib.

***

Türkmənbaşı şəhərində Azərbaycan prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə avqustun 22-də sənədlərin imzalanması mərasimi olub.

Reyting.az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.










Bölməyə aid digər xəbərlər