18:05 / 21-04-2021
Rusiya ABŞ-a nota verib
Zakir Həsənov Akara başsağlığı verdi: "Xəbər məni çox kədərləndirdi"
Tarix: 07-04-2021 17:52 | Bölmə: Siyasət
Zakir Həsənov Akara başsağlığı verdi: "Xəbər məni çox kədərləndirdi"

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Reyting.az
xəbər verir ki, başsağlığında deyilir:

"Qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Konya şəhərində qəzaya uğraması nəticəsində pilotun həlak olması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Şəhid hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}