16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Reza Deqati: "Birləşən xalq bu zalım rejimə qalib gələcək" - Foto
Tarix: 07-12-2022 17:21 | Bölmə: Siyasət
Reza Deqati: "Birləşən xalq bu zalım rejimə qalib gələcək"

"Birləşən xalq bu zalım rejimə qalib gələcək".

Reyting.az
xəbər verir ki, bu sözlər məşhur güney azərbaycanlı fotoqraf Reza Deqatinin instaqramdakı  paylaşımında qeyd ounub.

Paylaşımda deyilir: "Bu gün İranda milli tətil aksiyalarının 2-ci günüdür, xalqın bir istəyi var, terror rejiminin sonu. Xalqın qarşısında - İran xalqı aclıqdan ölərkən pul əldə etmək və cinayətlərinə bəraət qazandırmaq üçün ideologiyadan və dindən istifadə edən terrorçu liderləri, mafioz qrupları, girov götürənləri və narkotik alverçilərini müdafiə etmək üçün silahlanmış, beyinləri yuyulmuş insanlardan ibarət milis dayanır.

Onlar bir kult kimi fəaliyyət göstərirlər, o kult ki, 1979-cu ildə "New York Times" tərəfindən "Qandiyə bənzər fiqur" kimi göstərilən bu adamla başladı və eyni media orqanı bir neçə gün əvvəl saxta xəbərlə rejimin təbliğat ortağına çevrilərək yenidən eyni səhvə yol verdi. Birləşən xalq bu zalım rejimə qalib gələcək".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}