09:59 / 09-05-2025
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
09:05 / 09-05-2025
Anqola prezidenti İlham Əliyevə zəng edib
08:55 / 09-05-2025
Putin qədəhini “Qələbə və Sülhün şərəfinə!” qaldırıb
08:50 / 09-05-2025
Bayden: Trampın hakimiyyətə gəlməsində məsuliyyətim var
08:45 / 09-05-2025
Rumiyna göndərdiyi yardıma görə Kiyevdən təzminat umur
08:29 / 09-05-2025
Tramp “Dünya gözəli”nin təkilatçısı kimi danışır
08:15 / 09-05-2025
Si Cinpin: “Böhranın səbəbləri aradan qaldırılmalıdır”
00:03 / 09-05-2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - Foto
23:44 / 08-05-2025
Pakistan Hindistana raketlərlə cavab verib
22:40 / 08-05-2025
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
21:05 / 08-05-2025
Məhkəmə: Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş olunub - (Yenilənib)
20:33 / 08-05-2025
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
20:17 / 08-05-2025
Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq
19:31 / 08-05-2025
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
18:40 / 08-05-2025
Pakistan Hindistanın 25 PUA-sını vurub
18:28 / 08-05-2025
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
18:15 / 08-05-2025
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar
18:05 / 08-05-2025
AFFA klublara Premyer Liqada iştirak üçün lisenziya verib
17:59 / 08-05-2025
27 yaşlı gənc tikinti obyektində yıxılaraq ölüb
17:46 / 08-05-2025
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
17:30 / 08-05-2025
Tofiq Yaqublu ilə bağlı Azərbaycan prezidentinə müraciət ediblər
17:27 / 08-05-2025
Putinin “parad atəşkəsi” 734 dəfə pozulub
17:08 / 08-05-2025
Prezident mədəniyyət və elm xadimləri ilə bağlı sərəncam imzalayıb
17:07 / 08-05-2025
Nazirliyə 5 milyon manat ayrılıb
16:58 / 08-05-2025
İncəsənət xadimlərinə Prezident mükafatı verilib - (Siyahı)
16:51 / 08-05-2025
Tramp Ərdoğanı Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çağırır
16:37 / 08-05-2025
Hindistan-Pakistan döyüşündə 125 qırıcı iştirak edib
16:31 / 08-05-2025
Fikrət Qocanın 90 illik yubileyi qeyd olunacaq
16:28 / 08-05-2025
"Səhiyyə TV"nin adı dəyişib
16:55 / 04-05-2025

13:57 / 04-05-2025

14:14 / 04-05-2025

10:50 / 05-05-2025

09:59 / 04-05-2025

00:06 / 05-05-2025

19:52 / 04-05-2025

11:11 / 04-05-2025

23:43 / 05-05-2025

07:53 / 05-05-2025

21:00 / 05-05-2025

21:33 / 05-05-2025

İran əfqanlarla hərbi münaqişədən qaçır
Tarix: 05-06-2023 17:42 | Bölmə: Slayd

İran və Əfqanıstan arasındakı son gərginlik danışıqlar vasitəsilə qismən həllini tapsa da, növbəti gərginliyin olmayacağına təminat yoxdur. Nəzərə alsaq ki, gərginlik su səbəbindəndir, bu problemin həlli çətindir və hazırda əksər ölkələrdə su qıtlığı var.
Reyting.az-ın xəbərinə görə, İran üzrə araşdırmaçı Mehmet Koç İran və Əfqanıstan hökumətləri arasında baş verən son hadisələri şərh edərkən xatırladıb ki, ABŞ 2021-ci ilin avqust ayında Əfqanıstanda 20 illik işğalına son qoyarkən “Taliban” ölkəyə nəzarəti bərpa edib.
Onun sözlərinə görə, “Taliban”ın Əfqanıstanda dominantlıq etdiyi 1995-2001-ci illərdən fərqli olaraq, İran proseslərə daha müsbət yanaşıb və ABŞ geri çəkilməzdən əvvəl “Taliban”la təmaslarda yeni bir başlanğıc edib. Çünki “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirdiyi 90-cı illərdə İranın Məzari-Şərifdəki konsulluğunda səkkizi diplomat və biri jurnalist olmaqla doqquz nəfərə edam cəzası verib. Bu hadisədən sonra tərəflər arasında gərginlik müharibə həddinə çatıb.
M. Koç əlavə edib ki, ABŞ-ın Əfqanıstanı işğalı zamanı İranla yaxınlıq nəticəsində işğalın son illərində “Taliban”ın bəzi rəsmiləri İrana səfər edib. “Taliban” rəsmiləri bu səfərdən qayıdarkən ABŞ-ın bombardmanı nəticəsində məhv ediliblər. Yəni İran və “Taliban” arasında bu təmaslar sayəsində ortaq məxrəcdə anti-ABŞ yaxınlaşması olub. Bu vəziyyət nəticəsində tərəflərin bir-birinə yanaşmalarında yumşalma, əməkdaşlıq yaranıb. Ona görə də “Taliban” ölkəni nəzarətə götürdükdən sonra İranda ictimai rəy ikiyə bölünüb.
İran üzrə araşdırmaçı diqqətə çatdırıb ki, İran isteblişmenti yeni dövrdə “Taliban”a qarşı müsbət münasibət nümayiş etdirərək yeni diplomatik səhifə açıb. İran Əfqanıstanda dəstəklədiyi şiə həzaralara və taciklərə qarşı “Taliban”ın daha çevik davranışı müqabilində bu icmalara verdiyi hərbi, siyasi və diplomatik dəstəyi minimuma endirib. “Taliban” da əvvəlki təcrübələrindən çıxardığı nəticə sayəsində fərqli mövqe ortaya qoyub. Bu vəziyyət isə Tehranla “Taliban” arasında diplomatik təmasların və əlaqələrin inkişafına zəmin hazırlayıb. Lakin tərəflər arasında münasibətlər optimizmdən çox ehtiyatlı realist yanaşmaya əsaslanır. Çünki İran “Taliban”dan əməli olaraq vədlərini yerinə yetirəcəyini gözlədiyi halda, beynəlxalq ictimaiyyətin və regional aktyorların münasibəti ilə maraqlanır. Bu səbəbdən “Taliban”ı rəsmən tanımaq əvəzinə, “gözlə-gör” siyasətini qəbul edir.
Xatırladaq ki, “Taliban” iqtidara gəldikdən sonra İranla sərhəddə 12 dəfə gərginlik baş verib. Lakin tərəflər arasında aparılan danışıqlar nəticəsində hadisələri nəzarətdə saxlamaq mümkün olub. Sərhəddəki gərginlikdən başqa, su böhranı, qaçaqmalçılıq və milyonlarla əfqan mühacirin İrana qayıdışı ilə bağlı zaman-zaman siyasi-diplomatik təmaslar səviyyəsində gərginliklər davam edir.
Onu da qeyd edək ki, son gərginlik İran prezidenti İbrahim Rəisinin Əfqanıstandan İrana axan Hilmend çayının suyunun yetərincə verilməməsi ilə bağlı açıqlamasından qaynaqlanıb. “Taliban” quraqlığı əsas gətirərək daha çox su verə bilməyəcəklərini elan etdikdən sonra Əfqanıstanın bəzi yerli komandirləri İran hakimiyyətinin bəyanatlarına istehza ilə cavab veriblər. Bu vəziyyət isə sərhədçilər arasında toqquşmalara səbəb olub.
Mütəxəssis bu yerdə diqqəti “Taliban”ın region ölkələri ilə rəqabət apara biləcək hərbi gücünün olub-olmamasına çəkib:
“Taliban”ın hərbi gücü onun hərbi texnikası və imkanlarından deyil, qeyri-ənənəvi döyüş təcrübəsi və metodlarından irəli gəlir. Bunun ən gözəl nümunəsi Yəməndə husilərin Səudiyyə Ərəbistanı və müttəfiqlərinə qarşı hazırladıqları müharibə üsuludur. Hərbi və silah imkanlarının məhdud olmasına baxmayaraq, aşındırıcı təsiri olan bu döyüş üsulu ilə qarşı tərəfə həm maddi, həm də mənəvi cəhətdən ciddi ziyan vurmaq mümkündür. Ona görə də “Taliban”ın İran kimi bir ölkə ilə, xüsusən ABŞ-ın geri çəkilərkən buraxdığı 80 milyard dollarlıq hərbi texnika ilə şərti müharibə aparması mümkün deyil. Bununla belə, “Taliban” 20 ildir ki, dünyanın super gücü ABŞ-a qarşı apardığı asimmetrik müharibə nəticəsində daxili işlərinə qarışacağı təqdirdə, laqeyd qalmayacağını bəyan edərək qonşu ölkələri ehtiyatlı davranmağa çağırır. “Taliban” bəyan edib ki, onların daxili işlərinə qarışmasalar, qonşu prinsiplərə heç bir təhlükə törətməyəcəklər. Buna baxmayaraq, İran, Pakistan, Tacikistan, Özbəkistan və Türkmənistan Əfqanıstanla sərhəd bölgələrdə təhlükəsizlik tədbirlərini artırıb”.
İran üzrə araşdırmaçı mümkün ssenariləri də proqnozlaşdırıb:
“Taliban”ın Pakistandakı milyonlarla puştunla etnik əlaqələri, habelə Pakistana qarşı ərazi iddiaları vasitəsilə İslamabada göstərdiyi təzyiq, Mərkəzi Asiya ölkələrində radikal islamçı qrupların güclənməsinə dəstəyin mümkün təsirləri və imkanları, İranla su problemi, qaçaqmalçılıq, etnik və məzhəb kimliyi qarşıdurması, milyonlarla müntəzəm və qeyri-qanuni əfqan qaçqının problemləri birlikdə nəzərdən keçirildikdə münaqişə potensialı regionda daimi sayıqlıq mühitinin hökm sürməsinə səbəb olur. Heç bir dövlət təcrübəsi olmayan “Taliban”la bu problemlərin daimi həllini tapmaq və bu yolla daimi təhlükəsizlik, sabitlik və sülh mühiti yaratmaq qısa müddətdə mümkün görünmür”.
M. Koç bildirib ki, “Taliban”ın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin nə qədər vaxt aparacağı hələlik məlum deyil:
“Çin, Rusiya, ABŞ və Avropa İttifaqı ölkələri və Əfqanıstana birbaşa qonşu olan ölkələr “Taliban”la qurduqları münasibətləri hələlik sınaqdan keçirir. Görünən odur ki, “Taliban” müasir anlamda dövlət olmağa qadir olduğunu və üzərinə düşən vəzifələri yerinə yetirə biləcəyini sübut edənə qədər indiki vəziyyət davam edəcək. Ona görə də İran bu şərtləri nəzərə alaraq “Taliban”la mümkün problemləri və lokal münaqişələri heç bir müharibəyə girmədən idarə etməyə çalışır. Son hadisə zamanı İranın siyasi və təhlükəsizlik elitasının atdığı addımlar, verdiyi bəyanatlar da bunu göstərdi. Bundan əlavə, ABŞ sanksiyalarının yaratdığı iqtisadi təzyiqi və günü-gündən dərinləşən iqtisadi böhranın səbəb olacağı yeni siyasi və sosial etirazları nəzərə alaraq, İran problemli münasibətlərini düzəltməyə çalışarkən “Taliban”la birbaşa münaqişədən qaçacaq”.
E. KAMAL
Bölməyə aid digər xəbərlər

Dünən, 22:40
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
7-05-2025, 19:40
İlham Əliyev Moskvadakı Qələbə paradına qatılmayacaq
7-05-2025, 13:55
Putin nüvə silahından istifadə edə bilər
7-05-2025, 12:57
Rus ordusu mayın 9-dək Dnepropetrovsk vilayətini işğal etmək istəyir
7-05-2025, 09:50
Magistraturalara qəbul imtahanının vaxtı açıqlanıb
7-05-2025, 08:28
Diqqət! Yeni mobil-virus yayılır
7-05-2025, 06:30
Hindistan Pakistana hücum edib - (Yenilənib)
6-05-2025, 17:35
Britaniya Rusiya ilə müharibəyə hazırlaşır - Foto
6-05-2025, 16:07
Məhkəmələrə sədr və müavinlər təyin olunub - Siyahı
6-05-2025, 15:39
Professor: Azərbaycan Türkiyə-İsrail münasibətlərini nisbətən normal müstəviyə çəkə bilib
6-05-2025, 13:05
Dolaşıq kələf: Netanyahu Bakıya niyə uça bilməyib?
6-05-2025, 11:38
Hüseynəliyev nazir təyin edilib
5-05-2025, 18:48
Qəzzanın bütünlüklə ələ keçirilməsi planı təsdiqlənib
5-05-2025, 14:03
"Toplum TV" işi üzrə məhkəmə baxışı təyin olunub
5-05-2025, 10:50
Diktatorun qızı siyasi debüt edir
4-05-2025, 13:57
Azərbaycanın deputatı Moskvada saxlanılıb
3-05-2025, 16:54
Yerin fırlanmasını ləngidiblər - Foto
2-05-2025, 18:00
Professor: Ermənistan Zəngəzur dəhlizi problemini həll etməlidir
2-05-2025, 16:58
Zülfüqarov: Ermənistan etməsə, özümüz edəcəyik
2-05-2025, 13:42
Rusiyanın şərtləri rədd edilir
2-05-2025, 13:13
Kreml niyə Ukraynada seçki keçirilməsinə israr edir?
2-05-2025, 11:10
Vitse-prezident: Ukraynada müharibə tezliklə bitməyəcək
2-05-2025, 09:44
İnsanların yadplanetlilərlə qohumluq əlaqələri araşdırılıb
2-05-2025, 08:35
Bəşəriyyət üçün daha bir təhlükə yaranıb
2-05-2025, 03:00
ABŞ Rusiya-Ukrayna danışıqlarında vasitəçilikdən imtina edir
1-05-2025, 16:43
“Azəristiliktəchizat” ASC-yə yeni sədr təyin edilib
1-05-2025, 16:35
Prezident baş prokuror təyin edib - Sərəncam
1-05-2025, 12:23
Xocalıda itkin düşmüş yeddi mülki şəxsə aid meyit qalıqları tapılıb
1-05-2025, 11:32
Gürcüstanın yeganə müxalif telekanalı qapanıb
1-05-2025, 10:49
Tramp Ukraynadan 350 milyard dollar qazanmaq istəyir
1-05-2025, 03:15
ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar
30-04-2025, 13:57
Azərbaycan-İran münasibətlərinin üst səviyyəyə qaldırılmasına maneə yoxdur - Professor
30-04-2025, 12:37
ABŞ-İran danışıqları: gündəmə yeni şərtlər gətirmək istəyirlər
30-04-2025, 11:44
İlham Əliyev Qusarda bağçılıq və anbar kompleksinin fəaliyyəti ilə tanış olub - Fotolar