Böyük SES-lərdən biri partladılıb, əhali köçürülür
Tarix: 06-06-2023 08:47 | Bölmə: Slayd
Böyük SES-lərdən biri partladılıb, əhali köçürülür

Rusiya hərbçiləri gecə saatlarında Ukraynadakı Kaxovskaya su elektrik stansiyasının (SES) bəndini partladıblar. Partlayışı Ukrayna “Cənub” əməliyyat komandanlığı da təsdiqləyib.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, hazırda dağıntıların miqyası, suyun sürəti və həcmi, daşqınlara məruz qalma ehtimalı olan ərazilər dəqiqləşdirilir.

Sosial şəbəkədəki görüntülərə əsasən, bənd ciddi şəkildə zədələnib və artıq su axınını saxlaya bilmir.

Xerson Regional Dövlət Administrasiyasının sədri Aleksandr Prokudin deyib ki, su anbarından nəzarətsiz su axını Dnepr çayının sağ sahilində daşqın təhlükəsi yaradıb və təhlükə ilə üzləşmiş sakinlər köçürülür.

ELÇİN




Bölməyə aid digər xəbərlər