Rusiya ərazisində terror aktları planlaşırılıb - Kəşfiyyat
Tarix: 06-06-2023 10:06 | Bölmə: Slayd
Rusiya ərazisində terror aktları planlaşırılıb

Ukraynanın hərbi kəşfiyyatı Rusiya Federasiyası ərazisində terror aktları törtəməyi planlaşdırır. Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildiriblər.

Federal Təhlükəsizlik Xidməti bəyan edir ki, Ukrayna xüsusi xidmət orqanlarının beynəlxalq terror aktlarının planlaşdırılması və hazırlanmasında iştirakı ilə bağlı əlavə məlumat əldə ediblər.

Bildirilir ki, alınan məlumata görə, Rusiya ərazisində təxribat təşkil etmək üçün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov adıçəkilən idarənin 3-cü xidmətini yaradıb. Onlar Rusiya ərazisindəki təxribat və kəşfiyyat qruplarını dağıdıcı silahlarla təchiz etmək, həmçinin yanacaq-energetika infrastrukturu obyektlərinə zərbələr endirməyə hazırlaşırlar.

FTX-nin məlumatına görə, təxribatlar zamanı yüngül təyyarələrdən də istifadə olunacaq və onların koordinasiyası Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin tərkibinə daxil olan “Legion” kod adlı 3449 saylı hərbi hissəyə həvalə edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}