17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Kremlin mafioz kodu: Rusiyada yeni Priqojin peyda ola bilər
Tarix: 19-07-2023 17:42 | Bölmə: Slayd
Kremlin mafioz kodu: Rusiyada yeni Priqojin peyda ola bilər

Rusiyanın cinayətkarlar tərəfindən idarə olunmasının uzun tarixi var. Fransız anarxisti Pyer-Jozef Prudonun məşhur “mülkiyyət - oğurluqdur” mülahizəsini təbliğ edən bolşeviklər XX əsrin əvvəllərində qismən “müsadirəçi malının özgəninkiləşdirilməsi” - başqa sözlə, silahlı soyğunçuluq hesabına maliyyələşdirilən yarıcinayətkar bir təşkilat kimi meydana çıxdılar. Gənc İosif Stalin guya bolşeviklərin dediyi kimi, bu “keçmiş”də iştirak edirdi.

Reyting.az
xəbər verir ki, bu barədə “Project Syndicate” yazıb.

Təhlildə qeyd olunur:

Stalinin casuslarından biri olan Aleksandr Orlovun hekayəti sovet rejiminin cinayətkar meyllərini vurğulayır. 1936-cı ildə İspaniyanın qızıl ehtiyatlarının Madriddən Moskvaya köçürülməsi ilə bağlı mübahisəli (bəziləri isə qeyri-qanuni hesab edirlər) əməliyyata rəhbərlik etdikdən sonra Orlov əməliyyatdan sağ qalan yeganə şəxs olduqdan sonra Qərbə qaçıb. Xaricə getməzdən əvvəl o, İspaniyadakı sovet rezidenturasının bütün əməliyyat fondunu oğurladı. Ancaq Stalin gözlənildiyi kimi onu öldürmədi, çünki Orlov missiyanı və sovet casuslarının böyük şəbəkəsini ifşa etməklə hədələdi.

Eyni şəkildə, “Vaqner Group”-un rəhbəri Yevgeni Priqojin də qısa müddətli qiyamına görə indiyədək əhəmiyyətsiz aqibətlə üzləşib. Onun muzdluları dövlət vəsaitlərini almağa davam edir və şayiələr yayılıb ki, dövlət tərəfindən müsadirə edilən silahlar və külli miqdarda pullar Priqojinə qaytarılıb. Bu, Priqojinin prezident Vladimir Putinin “pul kisələrindən” biri olduğunu və ya Putinin pullarını harada gizlətdiyini bilir və ya onu şantaj etdiyini deməyə əsas verə bilər.

İyunun sonunda Putin, Priqojin və “Vaqner”in yüksək səviyyəli komandirləri arasında görüş cinayətkar ailələr arasında mübahisələrin aradan qaldırıldığı mafioz üsulu kimi başa düşülür.

Priqojinin taleyi necə olursa-olsun, “Vaqner”in qiyamı göstərir ki, Rusiyada hakimiyyət çoxlarının düşündüyü qədər mərkəzləşmiş deyil. Qərb ekspertləri Rusiyaya müasir dövlət kimi baxmaqda davam etsə də, onlar Putinin təhlükəsizlik xidmətlərinin, xüsusən də sovet dövründən qalma DTK-nın varisi olan FTX-nin və mütəşəkkil cinayətkarlığın qarışımı - Putinin yaxınları dövlət funksiyalarının əksəriyyətinə şəxsi domenləri kimi nəzarət edir. Kreml əmlakı neofeodal qaydada bölüşdürür. Postsovet Rusiyasında mülkiyyət “şərtlidir”; suzeren (mütləq hakim) həmişə onu geri ala bilər.

Matryoşka kuklası kimi, putinizm - mütləq şəkildə Putinin hakimiyyəti deyil, onun və yaxınlarının yaratdığı sistem - “Vaqner” və digər şəxsi hərbi dəstələr kimi özünün daha kiçik nüsxələrini ehtiva edir. Ukraynadakı müharibə matryoşkanın xarici təbəqəsini sındırdı və daxilindəki cinayətkar təşkilatlara yeni bir muxtariyyət dərəcəsi verdi. Kremlin nəzarətində olan və təhlükə altında qalan böyük resursları nəzərə alsaq, gələcək daxili çəkişmələr qaçılmaz görünür.

Çoxsaylı özəl orduların mövcudluğu bu hakimiyyət oyunları ilə ölkədə sabitliyi pozacaq. Rusiyanın rəsmi xəbər agentliyi olan “RİA Novosti”-nin şərhçisi qeyd edib (bir neçə neft şirkətinin şəxsi ordularını sənədləşdirdikdən sonra): “Biz korporativ və digər hərbiləşdirilmiş strukturların böyük artımı, eləcə də hərbi strukturlarda böyük dəyişikliklərin astanasındayıq. Hərbi gücdən istifadəyə yanaşmanın özü də dəyişəcək”.

Bu fonda rus ordusu hakimiyyət və mülk uğrunda mübarizə aparan daha bir dəstəyə çevrilib. Lakin Kremlin hakimiyyəti zəiflədikcə Rusiya generalları çox güman ki, Putinə və onun DTK/FTX yaxınlarına – ordunun tarixi rəqibinə qarşı çevriliş təşkil edəcəklər. Ordunun zabit təbəqəsinin rejimdən uzaqlaşdırılması sürətlə davam edir, bunu əvvəllər 58-ci ordunun komandiri olmuş İvan Popovun Ukraynadakı hərbçilərin çıxılmaz vəziyyəti barədə danışdığına görə işdən çıxarılması nümayiş etdirib. Ola bilsin ki, belə bir çətinliyi gözləyən Putin, bilavasitə onun nəzarətində olan və şəxsi təhlükəsizlik qüvvəsi kimi özünə xidmət edən Milli Qvardiyanı ağır silahlarla təmin edir.

Hələlik Rusiya ictimaiyyətinin putinizmi dəstəklədiyi görünür. Priqojinin Moskvaya yürüşü rejimə qarşı geniş etirazlara və ya üsyanlara səbəb olmadı, həm də mənasız və dəhşətli müharibəyə qarşı. Lakin Rostov-Donda bəzi vətəndaşlar Priqojin və onun dəstəsinə rəğbət bəslədiklərini bildirdilər, digərləri isə başqa şəxsi orduları dəstəkləyə bilər.

Nəhayət qeyd edək ki, bu sərkərdələr Putinin son 23 ildə qurduğu siyasi sistemin təcəssümüdür.

Priqojin qiyamının ən bariz dərsi odur ki, Putin Qərblə necə rəftar edirsə, Priqojin də o cür rəftar edir. Priqojinin Moskvaya yürüşü və onun düşməni, Müdafiə naziri Sergey Şoyquya qarşı isterik aqressiyası, mafiozun öz qurbanını qorxutmaq cəhdini xatırladır.

2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışından bəri Putin Qərbə də oxşar yanaşma nümayiş etdirir. Lakin bu strategiyanın əsası onun prezident kimi ilk ilində, Rusiya hökuməti gizli nüvə şantajını ehtiva edən yeni hərbi doktrina qəbul edəndə qoyuldu. O vaxtdan bəri Putin Qərbdən onun “qırmızı xətlərinə” əməl etməsini tələb etmək üçün davamlı olaraq nüvə təhlükəsindən istifadə edir.

Qərb Putinə həddindən artıq diqqət yetirməklə və ona qlobal məsələlərdə həddən artıq təsir göstərməklə bu dinamikaya töhfə verib. Bu, qismən Kremlin Qərb siyasətçiləri və ziyalılarına qarşı korrupsiyasının nəticəsi idi. Onun avtoritarlığına gölgə salan və Rusiyanı müasir dövlət və etibarlı enerji tərəfdaşı kimi göstərən yanaşma. Bu gün də Rusiyanın hərbi cinayətlərinə baxmayaraq, Qərb mediası tez-tez Rusiya elitasına istinad edir.

Putinin təhdidləri ilə hərəkətə keçib-etməyəcəyi isə hələ də məlum deyil. Lakin mafioz həmişə ilk addımı atmaq və öz hədəflərini – Ukrayna, ABŞ və Avropanı müdafiəyə keçmək üslubuna malikdir. Bunu Priqojin və onun kimi başqa bir şəxsi ordunun cinayətkar rəhbəri edə bilər. Əgər bu baş verərsə, müharibə mütləqdir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər