16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Paşinyan yenə sərsəmlədi
Tarix: 11-10-2018 14:59 | Bölmə: Slayd
Paşinyan yenə sərsəmlədi

Mənim cənab Əliyevlə müzakirəm Qarabağ münaqişəsinin həlli olmayıb, əslində biz sülh danışıqları üçün mümkün şərait yaradılmasını müzakirə etmişik.

Reyting.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın “France 24” televiziya kanalına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, münaqişənin həlli barədə lazımi şərait yaratmadan danışmaq mümkün deyil.

Paşinyan qeyd edib ki, Azərbaycan prezidenti ilə söhbət zamanı vəziyyətin həddən artıq gərgin olması səbəbindən istənilən qərarın qəbuluna faktiki olaraq keçməyin mümkünsüzlüyünü müzakirə ediblər.

Onun fikrincə, məhz buna görə gərginliyin azaldılması üzərində iş gedir.

Paşinyan yenidən təsdiqləyib ki, danışıqlar prosesi ATƏT-in Mİnsk qrupunun həmsədrliyi çərçivəsində davam etməlidir: “Format heç vaxt danışıqların məsələsi olmayıb, biz də heç bir dəyişiklik tələb etmirik”.

Lakin Paşinyan xatırladıb ki, Azərbaycan tərəfi Qarabağın nümayəndələri ilə danışmaq istəmədiklərini bəyan edirlər.

“Qarabağ Azərbaycan hakimiyyətinin tabeliyində necə ola bilər, əgər Azərbaycan onunla, Qarabağ xalqı ilə danışmaq istəmir? Bu açıq göstərir ki, Azərbaycan Qarabağı torpaq kimi istəyir, xalq kimi yox. Onların başlıca istəyi Qarabağı oranın sakinlərindən təmizləməkdir”, - Paşinyan sərsəmləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}