15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
12:51 / 24-06-2025
“Qiyamət planı” üzə çıxıb - Fotolar
12:39 / 24-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:32 / 24-06-2025
Prezident İlham Əliyev Mingəçevirə gedib - (Yenilənib) - Fotolar
12:28 / 24-06-2025
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
12:04 / 24-06-2025
Daha bir yaşayış məntəqəsi işğal edilib - Foto
11:47 / 24-06-2025
İsrail hava məkanını uçuşlar üçün açıb
11:45 / 24-06-2025
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
11:41 / 24-06-2025
Moskva vilayətinə hücum olub - Foto
11:36 / 24-06-2025
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
11:31 / 24-06-2025
İsrail daha bir iranlı nüvə alimini öldürüb
11:30 / 24-06-2025
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
11:20 / 24-06-2025
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
11:08 / 24-06-2025
İsrail İranla atəşkəs razılaşmasını rəsmən təsdiqləyib
11:00 / 24-06-2025
NATO ölkəsinə hücum ola bilər
10:20 / 24-06-2025
Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub - Video
10:14 / 24-06-2025
Tramp dünyanı aldadıb: atəşkəs yoxdur, İsrail İrana ağır zərbələr endirir
09:57 / 24-06-2025
Əhməd Orucun oğlunun ölümü ilə bağlı yeni məlumatlar yayılıb
09:45 / 24-06-2025
Məktəb direktoru şagirdlərdən polisə şikayət edib
08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Qanlı diktatorun cadugərlər ordusu olub; O, 50 mindən çox insanı edam etdirib - Fotolar
Tarix: 14-10-2018 10:54 | Bölmə: Slayd

Ata və oğul Dyuvalye Haiti Respublikasını təxminən 30 il növbə ilə idarə ediblər.
Dünyanın ən yoxsul ölkələrindən biri olan Haitiyə amansız diktator rəhbərlik edib. O, xəzinəni dağıdıb, 50 mindən çox adama işgəncə verərək edam etdirib. Onun vaxtında qul alveri və uşaqların satılması da artıb. Yerli əhalini qorxu içində saxlamaq üçün vudu ayinləri kömək edirdi. Haitililərin arasında şayiələr dolaşırdı ki, Kennedinin qətlində məhz onun əli olub.
“Vudunun ən təhlükəli ayinlərindən birini Şənbə günü Baronu adlandırırdılar. İnanclara əsasən, ölülərin ruhunu ölülər səltənətinə göndərib, həm də onları zombilərə yönəldə bilərdi. Haitililər hesab edirdilər ki, bu ruh modabaz kimi geyinirdi: nəfis qara frak, silindr və bahalı eynəklər daşıyırdı. Bu ruhu təqlid etmək üçün Haitinin diktatoru Fransua Dyuvalye həmişə belə geyinirdi. Şənbə günü Baronu haqqında mifləri hörmətdən salmamaq üçün o, hətta onun kimi – pıçıltı ilə danışmağa çalışırdı”, - ölkənin keçmiş liderinin bioqraflarından biri söyləyib.
Kənd həkiminin resepti

Dyuvalye Haitinin paytaxtı Port-o-Prensdə müəllim və jurnalist ailəsində anadan olub. O, həkim kimi ali təhsil alaraq kəndə işləməyə gedib, sonra ABŞ-ın hərbi missiyasında xidmət edib və Miçiqan universitetində təcrübə keçib. 1939-cu ildə gələcək dövlət başçısı tibb bacısı Simone Ovide ilə evlənib: o, ona 3 qız və bir oğul dünyaya gətirib. Dyuvalyenin oğlu da sonralar ölkə tarixində qanlı iz qoyub.
Ailəsinin doktor olması ilə fəxr etməsinə baxmayaraq, birdən tibb sahəsindən ayrılaraq siyasətlə maraqlanıb: 1946-cı ildə ölkədə hakimiyyətə qaradərili prezident Dyumarse Estime gəlir (əvvəllər belə yüksək vəzifələri mulatlar tuturdular). Dyuvalye əvvəlcə əmək nazirinin müavini, sonra səhiyyə naziri olur. Sonrakı on il ərzində siyasi çevrilişlər ölkəni silkələyir, nəticədə Dyuvalye suyun dibinə yatmalı olub. Lakin sonrakı hadisələr onun tozunu soyutmayıb.
Yeni hakimiyyətdən qaçaraq Makiavellinin “Padşah” traktatını oxuyur və sonsuz hakimiyyət haqqında düşünür. Bu şans ona 1956-cı ildəki növbəti qiyamdan sonra yaranıb. O, çoxları üçün gözlənilmədən prezident seçkilərində öz namizədliyini irəli sürüb. O zaman onun opponentləri müəllim Daniel Finyole və vəkil Kleman Jyumel Dyuvalyeni ciddi qəbul etmir, cəsarətli “gənc cırtqoz” kimi gülürdülər. Lakin doktoru açıq-aşkar hesabdan silməyə dəyməzdi.
O, əllərini sallayıb oturmayıb, iğtişaşların təşkili üçün bütün gücünü səfərbər edib. Dyuvalye öz tərəfdarları qarşısında vətəndaşlarda vahimə hissi yaratmaq tapşırığı qoyub. Prezident Finolye olur, ancaq hakimiyyətdə az qalır – onu hakimiyyətə gəldikdən 20 gün sonra həbs ediblər. Etirazlar vəhşicəsinə dağıdılıb və təyin olunan yeni seçkilərdə artıq Fransua Dyuvalye qalib gəlib.
Yeni lider yerini möhkəmləndirmək üçün opponentlərini gülləbaran edib, həbsxanalara göndərib, ölkədə prezidentinkindən başqa, ictimai təşkilatlar və partiyalar qadağan edilib, liberal qəzetlər bağlanıb, qeyri-loyal biznesmenlərin əmlakı milliləşdirilib. Katolik kilsəsi daim təqiblərə məruz qalıb, ibadəti dəyişməyə məcbur ediblər. “Atamız bizim” duası Allaha deyil, şəxsən Haiti liderinə qarşı işlədilib. Amma buna baxmayaraq, Haitinin əsas dini ayini vudu olub.
Canlı ölülərin gecəsi
Haitililər öz prezidentlərinin özünə ləqəb düşünməyi xoşladığını bildiyindən Dyuvalye özünə Papa Dok ləqəbi verir. Sonradan “inqilabın danılmaz lideri”, “milli birlik apostolu”, “yoxsulların pənahı” titullarını mənimsəyib. Lakin daha çox Papa Dok ləqəbinə alışıb.
Orduya çox etibar etməyən Papa Dok öz ordusunu təşkil edib. Yarımkriminal hərbiləşdirilmiş tonton-makuta dəstələri yeni diktatorun əsas dayağı olub. Onlar büdcədən pul almırdılar, yerli əhalini qarət etməklə qidalanırdılar.

Onlara cadugər vudular rəhbərlik edib, dəstəyə dəhşətli dərəcədə savadsız yerli sakinlər gətirilib. Onlar ağ cübbələr geyinib və günəşdən qoruyucu eynəklər taxırdılar, heç kim onların gözünü görmürdü. İnsanların dərisini soyurdular, onları boğurdular, diri-diri yandırırdılar, daşla vururdular. Haitililər bir-birinə danışırdılar ki, tonton-makutları ələ almaq, yaxud öldürmək olmaz, çünki onlar “zombi” kimi yalnız Dyuvalyeyə tabe olurdular.
Dyuvalyenin hər səhəri gizli polisin rəisi ilə görüşlə başlayırdı. Rəis ona fərqli düşünən və cəzaya layiq olan insanlar barədə danışırdı. Nəticədə, hər gün həbs edilməsi lazım olanların siyahısı hazırlanırdı ki, sonradan barələrində edam hökmü çıxarılsın.
Diktatorun yanında bütöv həbsxana və konslager sistemi yaradılıb, şübhəlilər və qeyri-loyallığı ilə fərqlənənlər orada saxlanılıb. Ən təhlükəli düşmənlər prezident sarayının altındakı xüsusi həbsxanaya salınıblar. Tətbiq olunan işgəncə vasitələrinə orta əsrlərdə belə həsəd aparıla bilərdi. Qədim vasitələrlə yanaşı, bu sahədə texnikanın son nailiyyətlərindən də istifadə edilib. Yerli mətbuatda mütəmadi olaraq başı kəsilmiş, parçalanmış bədənlərin foto hesabatı dərc edilib.
Cənnətin arxa tərəfi
Bu arada ölkə iqtisadiyyatı sürətlə tənəzzülə gedib. Əhalinin cəmisi 10 faizi savadlı idi, qalanları yazmağı və oxumağı bilmirdi. Dyuvalye və onun ailəsi ciblərinə milyonlarla dollar doldurub, sonradan İsveçrə bankına köçürüblər. Həmin vaxt haitililər acından ölürdülər, uşaqları qul kimi satılırdılar, ümid edirdilər ki, heç olmasa sahibləri onları yedizdirəcək.
Dyuvalye qan satışından daha da varlanıb. Yerli sakinləri donor qanı verməyə məcbur edirdilər, sonra ABŞ-da satırdılar: ayda iki dəfə Vaşinqtona 2,5 min litr qan göndərilirdi. Yeri gəlmişkən, buradan da gələn pulu diktator cibinə doldururdu. Qondarma “Prezident Fondu” prezidentin şəxsi daxılı olub, milyonlarla dollar ora köçürülüb. Kibritdən başqa hər şeydən vergi alınıb.
Kennedinin qatili
Qərbdə ada dövlətində baş verənləri diqqətlə izləyirdilər. Məsələn, amerikalılar görüblər ki, Haitidə baş verənlər qətiyyən demokratiyaya bənzəmir, lakin hesab edirdilər ki, Dyuvalye özünü “köpək oğlu” kimi aparmır, əvəzində köpək oğlu özlərininkidir, amerikayönümlüdür. Vaşinqtonda həm də qərara gəlinir ki, hökm sürən diktatura Haitidəki qeyri-sabitlikdən daha yaxşıdır və ada dövlətinə milyonlarla dollar verilməsi davam etdirilib. Təbii ki, bu da Dyuvalye və onun ətrafındakıların cibinə gedib.
1958-ci ildə qiyamı yatıran diktator özünə fövqəladə səlahiyyət verib və tonton-makutovların köməyi ilə kütləvi terrora başlayıb. Diktatorun idarəçiliyi zamanı ölkədə 50 mindən çox insan edam edilib. 300 mindən insan ölkədən qaçıb.

O, üç il sonra parlamenti buraxıb. Seçkilərdə seçici bülleteninə ölkənin əsas postuna Dyuvalye soyadlı cəmisi bir namizədin soyadı təklif edilib. Səslərin sayılmasından sonra elan ediblər ki, haitililər “onu könüllü şəkildə yeni müddətə seçiblər”.
Prezident Con Kennedi Haitiyə maliyyə yardımı göstərməkdən imtina edən Ağ evin yeganə sahibi olub. Qəzəblənən Dyuvalye cavab olaraq Amerika liderinin kuklasını hazırlatdıraraq, onun üzərində ovsunçuluq mərasimləri keçirib. Kuklaya acığından iynə batırdıb, onun Amerika liderinə dəhşətli ölüm vədi çoxlarında yalnız acı təbəssüm doğurub. Ancaq altı həftə sonra Kennedini Dallasda gülləyiblər. Haitililərin çoxu liderlərinin qüdrətli olduğuna inanıb, öz başçısı qarşısında qorxu və pərəstiş mühitində yaşamağa davam edib. Sonrakı Amerika prezidentləri Kennedinin taleyini yaşamamaq qərarına gəliblər və Haitidə böyük pullar tökməyə davam ediblər.
Dyuvalye bir daha seçkilərə gedilməməsi üçün 1964-cü ildə referendum keçirib və onun ömürlük prezident kimi tanınması ilə bağlı sual verilib. “Siz razısınızmı?” sualına iri hərflərlə “Bəli” yeganə düzgün cavabı yazılıb. Kim “Yox” demək istəyibsə, bunu əllərinə yazıblar. Bu isə o demək idi ki, sonradan repressiya qurbanı olacaq.
1970-ci ildə baş verən üsyanı Papa Dok amerikalıların köməyi ilə vəhşicəsinə yatırdıb. Qiyamdan sonra onsuz da ağır xəstə diktatorun gücünü dağıdıb. Onun 19 yaşlı oğlunu özünün varisi təyin etməkdən başqa yolu qalmayıb. Bebi Dok kimi də çağırılan Jan-Klod 1971-ci ilin aprel ayında atasının əvəzinə paradı qəbul edib. Bir neçə həftədən sonra prezidentin öldüyü xəbəri verilib. Yerli KİV-lər yazıblar ki, diktatorun tabutuna “Rəhbərin xatirələri” kitabı və çarmıx da qoyulub.

Növbəti lider onun oğlu Klod olub. O, narkotik ticarəti və ölən haitililərin orqanlarını satmaqla dəbdəbəli həyat sürüb. Onun toyu tarixə düşüb: şənliyə rekord məbləğ – 3 milyon dollar xərclənib.
Yeri gəlmişkən, oğul atasının ümidlərini doğrultmayıb: 1986-cı ildə onu postdan aşırıblar. Bundan sonra 800 milyon dollar da ələ keçirərək ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsində ailəsi ilə birlikdə Fransaya qaça bilib. Bu məbləğin böyük hissəsini sonradan boşanmaqla bağlı iddia qaldıran keçmiş həyat yoldaşı Mişel Bennett məhkəmə vasitəsilə alıb.
Təxminən 30 il hakimiyyətdə olan ata və oğul Dyuvalyelər ölkənin iqtisadiyyatına ciddi ziyan vurub və indiyə qədər baş vermiş hadisələrdən özünə gələ bilmir. Papa Dok və onun Bebi Dokunun birgə səyləri ilə Haiti dünyanın ən yoxsul və geridə qalmış ölkələrindən birinə çevrilib.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Bu gün, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
Dünən, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
Dünən, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
Dünən, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Dünən, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Dünən, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Dünən, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır