09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Baş katib: “NATO uzunmüddətli müharibəyə hazırlaşmalıdır”
Tarix: 17-09-2023 12:02 | Bölmə: Slayd
Baş katib: “NATO uzunmüddətli müharibəyə hazırlaşmalıdır”

“Erkən sülh istəyinə baxmayaraq, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi uzun müddət davam edəcək və biz buna hazır olmalıyıq”.

Reyting.az
-ın xəbərinə görə, belə bir xəbərdarlığı NATO-nun baş katibi Yens Stoltenberq edib.

Y. Stoltenberq Almaniyanın “Funke” media qrupunun nəşrinə bazar günü verdiyi müsahibəsində deyib ki, “müharibənin çoxu başladığı vaxt gözlənildiyindən daha uzun sürür” və bu səbəbdən NATO Ukraynada uzun sürəcək müharibəyə hazırlaşmalıdır.

Baş katib əlavə edib ki, hamımız sürətli sülh üçün çalışsaq da, eyni zamanda, dərk etməliyik: prezident Vladimir Zelenski və ukraynalılar döyüşü dayandırsalar, onların ölkələri mövcud olmayacaq. Prezident Putin və Rusiya silahlarını yerə qoysalar, sülh olacaq.

Stoltenberq vurğulayıb ki, Ukrayna müharibə başa çatdıqdan sonra Rusiyanın ona qarşı təcavüzünün təkrarlanmaması üçün təhlükəsizlik zəmanəti almalı olacaq.

"Sülh müqaviləsi Rusiyanın yenidən (Ukraynaya - red.) hücumu üçün möhlət verməməlidir. Biz artıq Rusiyanın Avropanın təhlükəsizliyinə xələl gətirməsinə icazə verə bilmərik. Şübhə yoxdur ki, Ukrayna nəhayət NATO-da olacaq", - deyə baş katib bildirib.

Xatırladaq ki, keçən ay Kanadanın baş naziri Castin Trüdo demişdi ki, G7 dövlətləri Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin uzunmüddətli xarakterindən xəbərdardırlar və lazım olan müddətdə Kiyevi dəstəkləməyə hazırdırlar.

Eyni zamanda, ABŞ prezidenti C. Bayden hesab edir ki, Ukraynadakı müharibə illərlə davam etməyəcək, çünki Rusiya prezidenti V. Putin sonda bunun Rusiyanın maraqlarına uyğun olmadığına qərar verəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər