09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Laçın və Ağdam-Xankəndi yolları ilə bağlı razılıq əldə olunub
Tarix: 17-09-2023 19:28 | Bölmə: Slayd
Laçın və Ağdam-Xankəndi yolları ilə bağlı razılıq əldə olunub

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunub.

Reyting.az
xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya Ermənistanın İctimai Televiziyasına istinadla məlumat yayıb.

BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam - Xankəndi yolu vasitəsilə çatdırılması razılaşdırılıb.

Həmçinin əlavə olunub ki, yüklər BQXK-nın maşınları ilə daşınacaq.

Qeyd edək ki, hər iki marşrutdan istifadə ilə bağlı sentyabrın 1-də razılıq əldə edilsə də, Qarabağdakı separatçı rejim bu prosesi qəsdən uzadırdı. Lakin göründüyü kimi, məsələ Azərbaycan dövlətinin maraqlarına uyğun olaraq, Azərbaycanın istədiyi kimi öz həllini tapıb.(APA)




Bölməyə aid digər xəbərlər