09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ermənistan parlamenti Putinin həbsinə əsas olacaq sənədi müzakirəyə çıxarır
Tarix: 20-09-2023 11:01 | Bölmə: Slayd
Ermənistan parlamenti Putinin həbsinə əsas olacaq sənədi müzakirəyə çıxarır

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi Ermənistan Milli Məclisində ekspertizadan keçirilib. Reyting.az xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, hüquqi ekspertiza zamanı mübahisəli normalar müəyyən edilməyib, parlament layihəyə beynəlxalq müqavilənin ratifikasiyasının məqsədəuyğunluğu barədə arayış əlavə etməyib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Ukrayna müharibəsi səbəbindən Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Bunun ardınca beynəlxalq ekspertlərin bəyanatları səslənib ki, Ermənistan BCM-nin Roma Əsasnaməsinə qoşularsa, Rusiya Federasiyasının Prezidenti bu əraziyə gəldikdə, onu həbs etmək məcburiyyətində qalacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər