Ermənistan hökuməti Qarabağdan köçəcək ermənilər üçün hazırlıq işləri görür
Tarix: 21-09-2023 16:33 | Bölmə: Slayd
Ermənistan hökuməti Qarabağdan köçəcək ermənilər üçün hazırlıq işləri görür

Ermənistan hökuməti və Qarabağdakı separatçı rejimin təmsilçiləri humanitar məsələləri, eləcə də Ermənistan Respublikasına köçmək istəyənlərlə bağlı məsələni müzakirə edirlər.

Reyting.az
-ın xəbərinə görə, erməni mediası Ermənistan Nazirlər Kabinetinə istinadla yazır ki, bu istiqamətdə qərarların qəbulu vəziyyətə uyğun və Qarabağ erməniləri, Azərbaycan və Rusiya sülhməramlılarının nümayəndələri arasında aparılan müzakirələrin nəticələrindən asılı olacaq.

“Ermənistan hökuməti Qarabağ ermənilərinin təxliyəsi məsələsini qaldırmayıb və hesab edir ki, Qarabağ ermənilərinin öz evlərində təhlükəsiz və ləyaqətlə yaşamaq hüququ təmin edilməlidir. Amma ermənilərin Qarabağda və ya onların bəzilərinin yaşamasının qeyri-mümkün olduğu qəbul edilərsə, lazımi qərarlar veriləcək”,-məlumatda bildirilir.

Ermənistan KİV-ləri yazır ki, belə bir ssenarinin həyata keçirilməsi üçün lazımi hazırlıqlar görülür və müxtəlif ssenarilər hazırlanır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər