09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Yeni müharibə qaçılmaz ola bilər - Analitik
Tarix: 22-09-2023 16:44 | Bölmə: Slayd
Yeni müharibə qaçılmaz ola bilər

Nikol Paşinyanın gücü Qarabağdakı böhran səbəbindən hər ötən gün zəifləyir, xüsusən də baş nazirin daxili və xarici dəstəyi baxımından.

Reyting.az
xəbər verir ki, bunu “Eurasia Group” siyasi risk konsultasiyasının Avrasiya üzrə analitiki Tinatin Caparidze CNBC-yə bildirib.

T. Caparidze deyib ki, son yarım ildə regionda alovlanmalar olub, bir neçə gün əvvəl baş vermiş gərginlik isə düzgün sülh danışıqları aparılmayacağı təqdirdə müharibənin qaçılmaz olduğunu göstərir.

Avrasiya üzrə analitik əlavə edib ki, onilliklər ərzində Ermənistan təhlükəsizlik qarantı kimi Rusiyaya arxalansa da, Kremlin ölkəni dəstəkləmək iradəsini görmədikdə hakimiyyət məyus olub.

Qeyd edək ki, ABŞ-ın Müharibə Araşdırmalar İnstitutu (ISW) hesab edir ki, Rusiyanın Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi rolu azala bilər. Buna səbəb Kremlin Ukraynaya genişmiqyaslı işğalı prioritetləşdirməkdə davam etməsi və İrəvan hakimiyyətinin Moskvadan narazılığının getdikcə daha çox eşidilməsi göstərilir.

Caparidze onu da əlavə edib ki, Azərbaycan mərkəzi hakimiyyəti ilə Qarabağdakı separatçılar arasında danışıqlarının nəticəsi bundan sonra nə baş verəcəyini müəyyən edəcək:

“Ermənistanda siyasi nöqteyi-nəzərdən Paşinyanın rəhbərliyi ilə nələrin baş verdiyini və bundan sonra onun sağ qalıb-qalmamasını görmək çox maraqlı olacaq”.

ABŞ və Avropa İttifaqının qarşısında duran variantlara gəlincə, Caparidze qeyd edib ki, onların dərhal gərginliyin azaldılması və hərbi əməliyyatın ictimai qınağına çağırılmasından başqa edə biləcəyi çox az şey var.

Analitikin fikrincə, Azərbaycana qarşı sanksiyalar perspektivi “çox çətin” hesab edilməlidir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər