09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq
Tarix: 24-09-2023 14:03 | Bölmə: Slayd
Erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq

20 sentyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq.

Reyting.az
-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaq.




Bölməyə aid digər xəbərlər