09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Paşinyan Qarabağdakı məğlubiyyətə görə Rusiyanı ittiham edir
Tarix: 24-09-2023 15:18 | Bölmə: Slayd
Paşinyan Qarabağdakı məğlubiyyətə görə Rusiyanı ittiham edir

“Son illər baş verən bir sıra hadisələr hamımızı vəziyyəti dəyərləndirməyə və nəticə çıxarmağa məcbur edib”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqına müraciətində bildirib.

Daha sonra Paşinyan xalqını inandırmağa çalışıb ki, Ermənistanın ənənəvi müttəfiqləri Azərbaycanın hücumu qarşısında onları müdafiə etməyib:

“Azərbaycanın Ermənistana qarşı hücumları açıq-aşkar nəticə çıxarır ki, bizim təmsil olunduğumuz xarici təhlükəsizlik sistemləri Ermənistanın dövlət maraqları və təhlükəsizliyi baxımından effektiv deyil. Bu, 44 günlük müharibə zamanı, 2021-ci ilin may və noyabr hadisələri zamanı, eləcə də 2022-ci ilin sentyabr ayında özünü göstərdi”.

Paşinyan əlavə edib ki, 2020-ci ilin dekabr ayında Qarabağın bəzi ərazilərindəki əməliyyatlar və 60-dan çox erməni hərbçisinin əsir götürülməsi, Laçın dəhlizinin blokadaya alınması, Azərbaycanın sentyabrın 19-da başladığı hücum və digər hadisələr Rusiya sülhməramlılarının fəaliyyətinin məqsəd və motivləri ilə bağlı ciddi suallar yaradır.

Baş nazir deyib ki, son günlər Qarabağa humanitar yardımlar gətirilib, lakin bu, vəziyyəti dəyişmir: “Əgər Qarabağ erməniləri üçün öz evlərində real həyat şəraiti yaradılmasa, o zaman yeganə yol oranı tərk etmək olacaq”. Paşinyanın iddiasına görə, hadisələrin bu cür inkişafının məsuliyyəti Azərbaycanın və Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşəcək.

“Təbii ki, Ermənistan hökuməti beynəlxalq tərəfdaşlarla Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizmlər formalaşdırmaq üzərində işləyir, lakin bu səylər konkret nəticə verməsə, hökumət Qarabağdakı bacı və qardaşlarımızı qəbul edəcək. Ermənistan heç vaxt müttəfiqlik öhdəliklərindən əl çəkməyib və heç vaxt öz müttəfiqlərinə xəyanət etməyib, lakin hadisələrin təhlili göstərir ki, bizim uzun illər etibar etdiyimiz təhlükəsizlik sistemləri və müttəfiqlərin bizim zəifliyimizi, erməni xalqının müstəqil dövlətə sahib olmasının mümkünsüzlüyünü göstərmək istəyiblər”, - deyən Paşinyan ad çəkməsə də Kremli ittiham edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər