09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ermənilərin Qarabağdan daşınması üçün 30 avtobus ayrılıb
Tarix: 24-09-2023 20:40 | Bölmə: Slayd
Ermənilərin Qarabağdan daşınması üçün 30 avtobus ayrılıb

Özünü Qarabağdakı separatçı rejimin başçısı adlandıran Samvel Şahramanyan son hərbi əməliyyatlar nəticəsində təxliyə edilmiş ermənilərlə görüşüb.

Reyting.az
-ın Ermənistan KİV-lərinə istinadla verdiyi xəbərə görə, bu gün keçirilən görüşdə Qarabağda yaşayan ermənilərin bir qismi S. Şahramanyana deyib ki, Ermənistandakı qohumlarının yanına köçmək istəyirlər.

Azərbaycanda yaşamaq istəməyən ermənilərin Ermənistana maneəsiz daşınması üçün 30 avtobusun ayrılması barədə qərar qəbul edilib.

Ermənilərdən köçürülmə prosesi ilə bağlı rəsmi məlumatı gözləmələri xahiş olunub.




Bölməyə aid digər xəbərlər