09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
İrəvanda kütləvi aksiyalar davam edir - Video
Tarix: 26-09-2023 12:08 | Bölmə: Slayd
İrəvanda kütləvi aksiyalar davam edir

Ermənistan paytaxtı İrəvanda revanşist müxalifətin təşkilatçısı olduğu vətəndaş itaətsizliyi aksiyaları davam edir.

Reyting.az
xəbər verir ki, vətəndaşlar bir sıra küçələri bağlayıb və nəqliyyatın hərəkətini iflic edib. Polis vətəndaşların hərəkətlərinin qanunsuz olduğunu bildirir və “digər vətəndaşların sərbəst hərəkət hüququ pozulduğundan” onları aksiyanı dayandırmağa çağırır.

Erməni müxalifətinin nəzarətində olan media yazır ki, sentyabrın 19-da Azərbaycanın antiterror əməliyyatından sonra İrəvanda genişmiqyaslı nümayişlər başlayıb. Məlumata görə, İrəvanın müxtəlif universitetlərinin tələbələri də aksiyaya qoşularaq bütün sürücüləri avtomobillərini qoyub onlara qoşulmağa çağırırlar. Nümayişçilər müxtəlif şüarlar səsləndirməklə yanaşı baş nazir Nikol Paşinyanın istefasını da tələb edirlər.

Qeyd edək ki, son bir həfətə ərzində İrəvanda Rusiyaya bağlı müxalifətin keçirdiyi aksiyalar böyük xalq kütləsini özünə cəlb edə bilməyib. Müşahidələr göstərir ki, ermənilər N. Paşinyandan narazı olsalar da, müxalifət liderləri ilə müqayisədə ona üstünlük verirlər.



E. KAMAL




Bölməyə aid digər xəbərlər