09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Deputat: “Paşinyanı ittiham edirlər, amma…”
Tarix: 26-09-2023 12:36 | Bölmə: Slayd
Deputat: “Paşinyanı ittiham edirlər, amma…”

“Ermənilərin çoxlu simpatizanları, himayədarları, lobbiləri var. Ancaq yalnız Rusiya və KTMT müttəfiq idi. Azərbaycan Ermənistanın müttəfiqlərini zərərsizləşdirə bildi. Onların əksəriyyəti (Belarus, Qazaxıstan, Qırğızıstan) ermənilərlə deyil, bizimlə həmrəy olduqlarını bildiriblər”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistana silah-sursatla böyük yardım göstərsə də, İkinci Qarabağ müharibəsinə birbaşa müdaxilədən yayınıb.

R. Musabəyov əlavə edib ki, ermənilər müharibəni qeyd-şərtsiz uduzub, Qərb simpatizanlarının və lobbiçilərinin diplomatik və informasiya dəstəyi də vəziyyəti dəyişə bilməyib:

“Azərbaycanın müttəfiqi Türkiyə uzun illərdir ki, silahlı qüvvələrimizin müasir NATO standartlarına uyğun qurulmasına və yenidən təşkilinə köməklik göstərir. Strateji tərəfdaş olan İsrail ABŞ və Fransanın xəbərdarlığının əksinə olaraq hətta hərbi əməliyyatlar zamanı da ölkəmizi müasir silahlarla təchiz edib. Müsəlmanların yeganə nüvə dövləti olan Pakistan isə lazım gələrsə, Azərbaycanla çiyin-çiyinə olacağını açıq şəkildə bildirib. Azərbaycan Böyük Britaniya, Macarıstan və Qoşulmama Hərəkatına daxil olan bir çox ölkələrdən müəyyən diplomatik dəstək alıb”.

R. Musabəyovun fikrincə, hamılıqla rəhm edilməyə və dəstəklənməyə adət etmiş ermənilərin arxayınlığı onlara pis təsir göstərib: “Bakının ordunun gücləndirilməsi və beynəlxalq dəstəyin səfərbər edilməsi istiqamətində apardığı sistemli iş öz nəticəsini verdi. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinin heç olmasa bir hissəsini saxlamaq şansı yox idi. İndi İrəvandakı etirazçılar boş yerə Paşinyanı ittiham edirlər. Məğlubiyyət Azərbaycana qarşı düşmənçilik siyasəti və ərazi iddiaları irəli sürən bütün sələflərinin yanlış siyasətinin nəticəsidir. Milyonlarla erməninin şüurunu çaşdıran Miatsum təbii çöküşə gətirib çıxardı. Mitinq keçirməyin mənası yoxdur və düşünmək lazımdır ki, bölgədəki qonşularınızla necə yaşamaq və sülh münasibətləri qurmaq lazımdır”.

Y. QACAR





Bölməyə aid digər xəbərlər