09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
ABŞ Azərbaycana ermənilərlə bağlı təklif verib
Tarix: 26-09-2023 14:21 | Bölmə: Slayd
ABŞ Azərbaycana ermənilərlə bağlı təklif verib

ABŞ hesab edir ki, Ermənistan və Azərbaycanın davamlı sülh sazişi əldə etməsi vacibdir.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Miller bildirib ki, sülh sazişi bir müddətdir təbliğ etdikləri məsələdir:

“Biz açıq şəkildə dedik ki, hər iki tərəf çətin kompromislərə getməyə hazır olarsa, sülhə nail olmaq mümkündür. Açığı, biz son bir neçə ayda belə bir şey görməmişik”.

Miller qeyd edib ki, prezident Əliyev və baş nazir Paşinyan gələn həftə görüşəcəklərini açıqlayıblar. “Biz onların görüşməsinin və nəticədə iki ölkə arasındakı uçurumu aradan qaldırmasının vacib olduğuna inanırıq”,- deyə ABŞ rəsmisi əlavə edib.

Miller deyib ki, ABŞ yaranmış vəziyyətdən narahatdır:

“Vacib hesab etdiyimiz odur ki, birincisi, hazırda mövcud olan atəşkəs rejimi qorunub saxlanılsın və növbəti hərbi əməliyyatlar olmasın.

İkincisi, Qarabağ əhalisinin humanitar ehtiyaclarının ödənilməsi həyata keçirilsin.

Üçüncüsü, Azərbaycan və Ermənistan davamlı sülh sazişi əldə etsin”.

Yerdəki humanitar vəziyyətə gəldikdə, Miller əlavə edib ki, Qarabağdakı etnik erməni əhali öz evlərində sülh və ləyaqət içində, hüquqlarına və təhlükəsizliyinə hörmətlə yaşaya bilməlidir: “Getmək və qayıtmaq istəyənlərə neytral, müstəqil üçüncü şəxsin nəzarəti altında təhlükəsiz keçid təmin edilməlidir. Azərbaycan isə mülki insanları qorumaq və hər kəslə, o cümlədən yaraqlı hesab etdiyi şəxslərlə humanist rəftar edilməsinə görə məsuliyyət daşımalıdır”.

Onu da qeyd edək ki, Ermənistandan və ermənilərdən fərqli olaraq, Azərbaycan öz ərazisindəki erməni əhalinin hüquqlarına hörmətlə yanaşır, ehtiyacı olanlara yardımlarını əsirgəmir. Buna misal kimi Qarabağın erməni əhalisinin ərzaq, yanacaq, elektrik enerjisi və tibbi xidmətlə təminatını göstərmək olar.

Y. QACAR




Bölməyə aid digər xəbərlər