23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

General 20 milyon manat yeyinti ittihamına etiraz edir: "O qədər ola bilməz..."
Tarix: 26-09-2023 17:59 | Bölmə: Slayd

Müdafiə Nazirliyi (MN) sistemində on milyonlarla manat yeyintiyə dair cinayət işində həbs olunanlardan biri də Fikrət Mirzəyevdir. O, uzun müddət nazirliyin Mənzil İstismar İdarəsinə rəhbərlik edib. Müdafiə Nazirliyinin bu cinayət işi çərçivəsində həbs olunan bir sıra başqa vəzifəli şəxsləri kimi, o da Bakı Hərbi Məhkəməsində mühakimə edilir. Onların məhkəməsi ayrı-ayrılıqda keçirilir.
Reyting.az xəbər verir ki, MN-dəki yeyintilərlə bağlı araşdırmalar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində vahid cinayət işi üzrə aparılıb. Məsuliyyətə cəlb olunanların işləri məhkəməyə göndərildikcə ümumi cinayət işindən ayrı-ayrı işlər ayrılıb. O cümlədən Mənzil İstismar İdarəsi ilə bağlı yeyinti iddiaları da F. Mirzəyev haqqında cinayət işinin materiallarında məhkəməyə göndərilib.
Bu cinayət işində təmir-tikinti məsələlərində qiymətlərin şişirdilməsi yolu ilə 3 milyon 380 min manatlıq yeyintidən söhbət gedir. Özünü qismən təqsirli bildiyini deyən F. Mirzəyev həmin rəqəmlə razı deyil. Onun sözlərinə görə, 111 min manat ziyan vurub, bunu da istintaq dövründə ödəyib.
"Fikrət müəllim özü də cibxərcliyi verirdi"
Fikrət Mirzəyevin vəkili İntiqam Hacıyev məhkəmənin qapalı keçirilməsini istəyir. İddia edir ki, bu işdə dindirilən şəxslərin ifadələrində dövlət sirri sayılan bilgilər ola bilər. Di gəl, nə prokuror, nə də hakimlər məhkəməni qapalı keçirmək məsələsində vəkilin fikri ilə razılaşıb.
Məhkəmədə vaxtilə Fikrət Mirzəyevin tabeliyində çalışmış Rəhim Laçınov şahid kimi dindirilib. O, nazirliyin Mənzil İstismar İdarəsinin Əsaslı təmir bölməsinin rəisi olub.
R. Laçınovun sözlərinə görə, iş gördürmək, avadanlıq almaq üçün müqavilə bağlanmış şirkətlərə pulların artıq ödənilmiş hissəsini sonradan geri almaqdan ötrü bəzən onu göndərirdilər. Deyir ki, idarənin rəisi, hazırda təqsirləndirilən şəxs F. Mirzəyev də özünün işi olanda o gedir, pulu alıb gətirir, rəisə verirdi.
R. Laçınov sonradan o pulların hansı istiqamətdə getdiyini dəqiq bilmədiyini söyləyir. Amma, onun sözlərinə görə, eşitmişdi ki, gətirib rəisə verdiyi pullardan ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkova, nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədova (o da hazırda həbsdədir-red.) da çatır.
Keçmiş bölmə rəisi qiymət şişirtməsi nəticəsində şirkətlərdən gələn pullardan konkret kimə nə qədər çatdığını bilmədiyini söyləyib. Özünə gəlincə, deyir ki, ona heç nə çatmırmış: "Şirkət rəhbərləri qonaqlıq, Fikrət müəllim də cibxərcliyi verirdi...".
Burası da var ki, o, istintaqdakı ifadəsində şirkətlərdən geri qayıdan pulların nə qədərinin Baş Qərargah rəisinə çatdığını, nə qədərinin də N. Məmmədovla F. Mirzəyev arasında bölündüyünü söyləyib.
R. Laçınov deyir ki, istintaqda söylədiklərini keçmiş rəisinin ifadəsinə uyğunlaşdırdığından elə ifadə verib. Polkovnik Mirzəyev sabiq işçisinin dediklərinə etiraz edib: "Bu adam məndən əvvəl dindirilib, dediklərini mənim ifadəmə necə uyğunlaşdıra bilərdi?".
"Özlərinin büdcəsi vardı… özləri biliblər ki, nə iş görürlər"
MN-nin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, hazırda məhkəməsi gedən general Nizami Məmmədov da bu məhkəmədə şahid kimi dindirilib. General Mənzil-İstismar İdarəsindən ona pul çatması haqda ittihamları təkzib edib:
"Mənzil-İstismar Sahəsi Müdafiə Nazirliyinin tabeliyində olsa da, sanki ayrıca bir qurum kimi fəaliyyət göstərirdi. Hətta Maliyyə Nazirliyi də onlara birbaşa vəsait ayırırdı, bizim idarədən asılı olmadan. Özlərinin büdcəsi vardı. Özləri biliblər ki, nə iş görüblər, hansı şirkətə nə sifariş veriblər, nə alıblar...".
İddia olunur ki, F. Mirzəyev bir neçə dəfə general N. Məmmədova 369 min manat verib.
General Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi Məlikməmməd Qurbanovun öz məhkəməsində səsləndirdiyi 20 milyonluq ittihama da toxunub. M. Qurbanov demişdi ki, MN-nin tabeliyindəki qurumlar üçün ərzaq, avadanlıq alışında qiymət şişirtməsi nəticəsində beş il ərzində əldə olunan təxminən 20 milyon manatı iş otağında ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkova verib. Ancaq N. Məmmədov bu rəqəmi inandırıcı saymır. O, məhkəmədə bildirib ki, məbləğ bundan dəfələrlə az ola bilər: "20 milyon ola bilməz...".
Polkovnik F. Mirzəyev təsdiqləyir ki, Maliyyə Nazirliyi birbaşa onun rəhbərlik etdiyi idarəyə vəsait ayırırmış. Ancaq bu, 2019-cu ildən sonra belə olub. O vaxtadək nazirliyin Maliyyə və Büdcə İdarəsinə tabe olublar.
MN-nin keçmiş vəzifəlilərinə qarşı milyonlarla manat maliyyə yeyintisi ittihamı ilə bağlı məhkəmə araşdırmaları davam edir.
Xatırlatma: adları çəkilən şəxslər də daxil, nazirliyin bir sıra yüksək vəzifəliləri ötən ilin əvvəlində DTX-nın keçirdiyi əməliyyatlar nəticəsində həbs olunublar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulur.
Bütövlükdə söhbət 143 milyon manatlıq yeyintidən gedir. Məsələn, MN-nin tabeliyindəki qurumların ərzaqla təminatına dair müqavilələrdə təkcə "Azersun"la əməkdaşlıq nəticəsində beş il ərzində 20 milyon manat yeyinti olduğu iddia edilir.
Həbs olunanlar özlərini qismən təqsirli bilir, ancaq rəqəmlərin şişirdildiyini, bəzi ittihamların onlara aidiyyəti olmadığını deyirlər.(AzadlıqRadiosu)
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Bu gün, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
Dünən, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
Dünən, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
Dünən, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər
9-09-2025, 08:20
Netanyahu Qəzza əhalisini bölgəni tərk etməyə çağırır
8-09-2025, 23:20
ABŞ düşüncələrə nəzarət etməyə çalışır
8-09-2025, 16:29
Rusiya Qarabağda yaşamış ermənilərdən terrorçu qrup yaratmaq istəyir